Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Natiq iki əsas xüsusiyyətə malik olmalıdır: birincisi, dəqiq



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə56/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Natiq iki əsas xüsusiyyətə malik olmalıdır: birincisi, dəqiq
faktlarla inandırmaq, ikincisi isə dinləyicilərin qəlbini təlqinedici
və təsirli nitqlə həyəcanlandırmaq bacarığıdır.
Dəlillərin formalaşdırılması qaydaları
Məntiqi baxımdan:
1. resipientin (inandınlanın) mövqeyi baxımından dəlilin 
məzmunu həqiqətə uyğun olmalıdır;
2. tezis məntiqi şəkildə dəlildən çıxmalıdır;
Psixologiya baxımından:
1. resipientin bu tezisi qəbul etməsində şəxsi marağını axtar­
maq və göstərmək arzuediləndir (qüvvətli dəlillər);
2. resipientin dəyərlər sisteminin fərdi xüsusiyyətləri dəlildə 
nəzərə alınmalıdır.
İnandırıcı təsir prosesində dəlillərin keyfiyyəti ilə yanaşı, həm 
də onların bir çox amillərdən asılı olan təqdim edilmə qaydası çox 
mühüm əhəmiyyətə malikdir; onlardan ən mühüm olanları - inan- 
dınlanın qavramasına yönəldilən başlanğıc mövqe və qavramanın 
«kənar amili» adı alan, çoxdan məlum olsa da, alman psixoloqu 
Q.Ebbinhauzun yalnız XIX əsrin sonunda əsaslandırdığı psixoloji 
qavrama qanunudur.
Rus alimi M.V.Lomonosov özünün «Bəlağətli danışığa qısa 
rəhbərlik» əsərində yazırdı:
Dəlillərdən qüvvətli və mühüm olanlarını irəliyə çəkmək, o
birilərdən zə if olanlarını ortaya, ən qüvvətli olanlarını müddəanın
sonuna qoymaq lazımdır, çünki dinləyicilər və oxucular daha çox
əvvələ və sona diqqət yetirir və onları daha çox yadda saxlayırlar.
120


Dəlillərin yerləşdirilm əsi 
Resipientin başlanğıc istiqaməti
neqativdir (mənfidir).
Dəlillərin yerləşdirilməsi: induktor (inandı­
ran) güclü (bu resipient üçün) dəlillərdən başlayır və çox qüvvətli 
olmayanlarla tamamlayır.
Resipientin başlanğıc istiqaməti pozitivdir (müsbətdir).
Dəlillərin yerləşdirilməsi: induktor (inandıran) nisbətən zəif (bu 
resipient üçün) dəlillərlə başlayıb, qüvvətlilərlə başa çatdırır, 
beləliklə, «kənar effekti»ni nəzərə almış olur.
A.Y.Panasyuk dəlillərlə əsaslandırılmış təsirin əks-göstəriş ol­
duğu, apelyasiyanın (müraciətin) isə sadəcə perspektivsiz olduğu 
hallan müəyyənləşdirmişdir.
Bunlar «səmərəli şəkildə həll ediləməsi mümkün ol­
mayan əksliklər» vəziyyətidir ki, bu zaman «ehtimallıq» və 
«əhəmiyyətlilik» psixoloji maneələri işə düşür (həmsöhbət başqa 
təsəvvürlərə malikdir), yaxud «mən onsuz da razılaşmayacağam» 
kimi şüurlu təcridolunmalar vəziyyətində attraksiya (həmsöhbətini 
özünə tərəf çəkmək) formalaşdırmaq lazımdır.
Attraksiya formalaşdınlması üsullan verbal və qeyri-verbal 
(kinetik) növlərə bölünür.
Verbal üsullara aiddir:
• «şəxsi ad» (insan üçün şəxsi adı çox əhəmiyyətlidir, la­
kin resipient öz adını eşidərkən bütün diqqətini onda cəmləş­
dirməməlidir);
• «qızıl sözlər» (mətnə daxil edilmiş və sanki təsadüfən 
söylənilmiş və resipientin sanki hiss etmədiyi kompliment-sözlər);
• «sevimli mövzu» (sevdikləri barədə söhbət nəinki həmsöh­
bətinə yaxşı münasibət yaradır, həm də şəxsiyyətdə işlə heysiyyətin 
nə dərəcədə uzlaşdığını göstərən xüsusi testdir; bu üsulda «mən»i 
çox həssas olan insanlarla işləmək mümkün deyildir).
Attraksiyanın formalaşmasına açıqlıq/qapalılıq duruşları (po­
zaları), gövdənin, başın, əllərin vəziyyəti təsir göstərir.
İnsan şüurunda iki istiqamət (emosiyalar və intellekt) inandırıcı 
təsir zamanı eyni dərəcədə mühümdür və onların ahəngdar şəkildə 
uzlaşması da kifayət qədər mühümdür, çünki yalnız nəzarətdə olan 
emosiyalar işə fayda verir.
121


Əməli ünsiyyətə nail olmaq üçün ünsiyyətin «korporativlik 
prinsipi», yaxud «əməkdaşlıq prinsipi» adı almış ümumiləşdirilmiş 
prinsiplə diqtə edilən qayda və strategiyalarına əməl etmək 
zəruridir.
4.2. M onoloq və monoloji nitqin əsas növləri
Akademik lüğətlərdə monoloqu «öz-özü ilə təklikdə nitq, ya­
xud bir şəxsin dinləyicilərə ünvanlanmış sürəkli nitqi» şəklində 
izah edirlər. Şifahi monoloji nitq nitq ünsiyyətinin mürəkkəb for­
masıdır.
Şifahi monoloji nitq qədim elm olan ritorikanın əsasında du­
rur. Bu elm bəşəriyyətin inkişafında çox böyük rol oynamışdır.
Monoloji nitq məqsədyönlü məlumatvermə, insanlara dil vasi­
təsilə şüurlu təsir göstərmə prosesidir. Natiq dinləyicilərə müəyyən 
mövzu üzrə müvafiq dil formalarına salınmış və müəyyən məqsəd 
daşıyan düşündükləri ilə müraciət edir ki, bu da ya dinləyicilərdə 
müəyyən hiss və duyğular oyatmağa, yaxud onları müəyyən hərə­
kətlərə təşviq etməyə yönəldir. Buna müvafiq olaraq, informasiya 
(məlumat) verən, inandıran və təhrik edən nitq növlərini müəyyən­
ləşdirirlər.
İnform asiya (m əlum at) verən nitq M əlumatlandıncı nitqin 
məqsədi - yenini dərk etmək və mənimsəməkdə kömək göstərmək, 
fənn (yaxud obyekt) haqqında anlayış verməkdir. Bu isə yalnız 
nitq aydın və maraqlı olduqda mümkündür. Nitqdə nəqletmə, 
təsvir, mühakimə yürütmək, xüsusilə onun şərh kimi növlərindən 
biri üstünlük təşkil edə bilər.
N əqletm ə - hərəkətdir; təsvir əşyanı hissələrə ayırır, xüsu­
si hallar haqqında danışır və onlara şəkildəki kimi əyani görkəm 
verir; izah - hansı əşyanın hərəkətdə olduğunu, yaxud onun qu­
ruluşunun necə olduğunu göstərir. Nəqletmə ilə yaradılan hərəkət 
hissi, konkretlik təsvir üçün xarakterikdir və izaha xas olan qanu­
ni arlıcıllıq nitqin öyrədici əhəmiyyətə malik olan daha mühüm 
xüsusiyyətləridir.
122


Məlumatverici nitqin aşağıdakı xüsusiyyətləri vardır:
1. məlumatın aktuallığı;
2. mübahisəli anların olmaması;
3. dinləyicilərin marağını oyadan ünsürlərin mövcudluğu;
4. dinləyicilərin informasiya-intellektual tələblərinin təmin 
edilməsi (natiqin və auditoriyanın bütün suallarına cavab verilməsi).
Məlumatverici nitq ilk sözündən son sözünə kimi - əvvəlcədən 
düşünülmüş planın məhsuludur. Əks halda o, dolaşıq və ma­
raqsız olacaqdır. Həm aydın, həm də cəlbedici olması üçün nitq 
dinləyicinin maraqlan nəzərə alınmaqla, köhnə və yeni ünsürlərin 
məqsədyönlü şəkildə uzlaşdınlması əsasında qurulmalı, hər hissəsi 
ayn-aynlıqda və bütünlükdə konkret olmalıdır. Əgər natiq mövzu­
ya daxilolma duyğusu yaradırsa, münaqişəli-dramatik priyomlardan 
istifadə edirsə, auditoriyada getdikcə artan və düyünlərin açılması 
ilə tamamlanan gözləmə hissləri yaradırsa, nitq cəlbedici olacaqdır.
Giriş elə qurulmalıdır ki, diqqəti cəlb etsin, maraq oyatsın, na­
tiqin məqsədini aydınlaşdırsın.
Nitqin əsas hissəsi plana uyğun şəkildə, tematik tapşırığı, au­
ditoriyanın tərkibini və ümumilikdə ünsiyyətin vəziyyətini nəzərə 
almaqla açılmalıdır.
Nəticədə, nitqin məna üstünlüyü qabardılmalı, qarşıya qo­
yulan məqsəd aydınlaşdırılmalıdır; bu zaman dinləyicilərin 
marağı mümkün qədər yüksək səviyyədə fəallaşdınlır, nitqin 
məqsədinə yetişmək üçün auditoriyanın zəruri emosional vəziyyəti 
sabitləşdirilir. Bu funksional yönümlü çıxışlar müasir cəmiyyətin 
informasiya tələbatlarının sürətli intensivləşməsi şəraitində daha 
çox gərəkli olur. Elm və ona əsaslanan yüksək texnologiyalar bu 
gün, ictimai münasibətlərin ötürülməsində əsas amilə çevrilmişdir. 
Dünyanın aparıcı ölkələri informasiyalı, yəni biliklərə əsaslanan 
cəmiyyətlərə çevrilmişdir.
Bu, elmin sürətli inkişafı ilə bağlıdır. Bunu hətta statistikanın 
quru rəqəmləri də sübut edir. Məsələn, XX əsrin sonunda dünyada 
peşəkar alimlərin sayı 5 milyon nəfərdən artıq idi. İnsanların bəşər 
tarixi boyu etdiyi kəşflərin 90%-dən çoxu məhz XX əsrə təsadüf 
edir.
123


Sonuncu onilliklərdə postklassik elmlərin inkişafının infor­
masiya mərhələsi haqqında danışmaq mümkündür. İnsanlann infor­
masiyanı tərtib etdiyi, qoruduğu, ötürdüyü yollar kökündən dəyişdi, 
biliklər çox sürətlə köhnəlməyə başladı. M üasir dəyərləndirmələrə 
görə, bu gün ali məktəbləri bitirənlərin 80 %-i gələcəkdə hələ iki 
dəfə yenidən təhsil almalı və ixtisaslarını dəyişməli olacaqlar.
Bu səbəbdən də, hazırda təhsil texnologiyalarında əsas diqqət 
informasiya ilə işləmək bacarığına verilir. Tədqiqat bir fəaliyyət 
növü kimi özünün sırf elmi sahəyə aidliyini itirməyə başlayır. O, 
gerçəkliyin öyrənilməsinə kömək edən operativ vasitəyə çevrilir.
Bu səbəbdən rəqabətə davamlı olmaq istəyən peşəkar 
mütəxəssis müasir dünyada elmi əlaqələr sahəsini; onun fəaliyyət 
qanunauyğunluqlarını, onun subyektlərinin qarşılıqlı fəaliyyət for­
malarını (şifahi və yazılı), yəni janrlarını öyrənməlidir.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin