Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə64/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Fəaliyyətə səsləyən nitq 
Fəaliyyətə səsləyən nitqlər də bü­
tün digərləri kimi faktik məlumata malik olur, psixoloji həssaslıq 
oyadır, razılığa gətirir, bundan başqa, özünəməxsus xüsusiyyətə 
malik olur, dinləyiciləri natiqin səslədiyi hərəkəti yerinə yetirmək 
tələbatını duymağa məcbur edirlər.
Dinləyiciləri fəaliyyətə - yeni, yaxud əvvəlkinin davam etdiril­
məsinə, yaxud dayandırılmasına səsləyirlər - deməli onları inandırıb­
lar. Fəaliyyətə çağınş birbaşa və ya dolayısı ilə olur; hərəkət nə za­
mansa, yaxud həmin anda başlaya bilər. Lakin bu zaman auditoriyada 
olmayanların yox, yalnız dinləyicilərin hərəkəti nəzərdə tutulur.
145


Fəaliyyətə çağırış xarakterli nitqə hazırlaşarkən natiq aşağıda­
kı şərtlərə əməl etməlidir:
1. Mövzunun dinləyicilər üçün aktual olmasını nəzərə alma­
lıdır;
2. Dinləyicilərə təklif edilən fəaliyyət növünü, yaxud çağırışı 
onların yerinə yetirmək imkanlarını dəyərləndirməlidir;
3. M üxalifətin nə qədər qüvvətli olduğunu müəyyənləşdir­
məlidir; dinləyiciləri fəal hərəkətə səsləmək mümkündür, yoxsa 
yalnız onları inandırmaqla kifayətlənməlidir;
4. Dinləyicilərə təklif edilən fəaliyyət proqramını onların 
tələbatlarının ödənilməsi ilə əlaqələndirməlidir.
Oyandıncı nitqin vəzifəsi - insanların öz davranışına baxışla­
rını müəyyən edən motivləri hərəkətə gətirməkdir. Necə? H ər şey 
natiqin təşəbbüsü ilə müəyyən olunur.
Lakin aşağıdakı qaydaların nəzərə alınması faydalı olardı:
1. Motivləşdirməni nitqin digər elementləri ilə (psixoloji və 
məntiqi təsir vasitələrinin sintezi) uyğunlaşdırın;
2. Motivləşdirmə auditoriyaya və şəraitə (dinləyicilərin ma­
raqlarının, həmçinin auditoriya ilə natiqi birləşdirən və ayıran 
əlamətlərin nəzərə alınması) uyğun olmalıdır;
3. Motivləşdirməni konkret üsullarla inkişaf etdirin (oyadıcı 
nitq yalnız şüarlardan - ümumi müddəalardan ibarət olmamalıdır; 
öz-özlüyündə fəaliyyət üçün motiv hələ oyadıcı qüvvəyə malik de­
yil, onu möhkəmləndirən məlumatlar olmalıdır).
4. Adi (borc hissinin qüvvətli çağırışına cavab verək... və­
təndaşa layiq olmayan davranış... və s., ), yaxud yalnız insanın 
duyğularına toxunan(biz ömürlərini azadlıq uğrunda fəda etmiş in­
sanların arzularına layiq olm alıyıq... və s . ) çağırışlardan çəkinin; 
hansısa duyğuları oyatmaq məqsədilə çox dərinə getmək olmaz, 
yaxşı olar ki, emosiyaların özlərinə yox, onları oyada biləcək fakt­
lara müraciət edilsin.
Fəaliyyətə səsləyən nitqin növlərindən biri də siyasi çıxışlardır 
(məsələn, mitinqdə nitq, çağınş və şüar).
Mitinq nitqi kəskin siyasi xarakter daşıyır və həmişə günün ən 
mühüm və ictimai baxımdan əhəmiyyətli probleminə həsr olunur,
146


yüksək emosional gərginliyə malik olur, son dərəcə yüksək into­
nasiyası və pafosu ilə fərqlənir. Mitinq nitqi auditoriyanın hiss və 
meyllərini ifadə edir; onun məqsədi baş verənləri qiymətləndirmək 
və auditoriyanı inandırmaqdır.
Mitinqdə çıxış edən natiq yadda saxlamalıdır :
• Nitq lakonik olmalıdır;
• Nitqdə yalmz bir tezis olmalıdır;
• Artıq məlum olan dəlilləri təkrar etmək lazım deyil;
• Artıq dinlənilmiş nitqdəki ideyam tənqid etmək olar, lakin 
onun müəllifinin şəxsiyytinə toxunmaq yolverilm əzdir;
• Nitq aydın, anlaşıqlı, emosional və dinamik olmalı, vərəqdən 
oxunmamalıdır.
Mitinq insanların konkret bir fəaliyyətə səfərbərliyini tələb 
edən məşhur daxili, xarici siyasi, yaxud beynəlxalq cari hadisəyə, 
və ya hansısa xüsusi hadisəyə (fakta) həsr oluna bilər.
Mitinqdəki nitq, bir qayda olaraq, həyəcanlı və ruhlandırıcı 
ola bilər. Yekun sözü parlaq, emosional baxımdan təsirli olmalı­
dır. Mitinqdə söylənən sözlər həmişə təsirli olub, ictimai həyatın 
bütün sahələrində böyük təşkiledici (yaxud dağıdıcı) əhəmiyyətə 
malikdir.
Mitinqdə söylənən nitq bir saat da, 10-15 dəqiqə də çəkə bilər. 
Lakin istənilən halda o, parlaq emosionallığı, intonasiyasının son 
dərəcə dəqiqliyi və yüksək pafosu ilə seçilməlidir.
Belə nitq mövzunun yeni istiqamətlərini aşkara çıxarmalı, təzə 
faktlarla möhkəmləndirilməli, bu səbəbdən də yeni şəkildə qəbul 
edilməlidir. Bu cür nitq çağınş səciyyəlidir və həmişə xarakterinə 
görə ümumi, vahid hiss və duyğulan təxirəsalınmaz məqsədə çat­
maq üçün səfərbər etməyin ilk carçısı olur.
Çağınş - hansısa insan qrupuna müəyyən hərəkətə başlamaq 
müraciətidir.
M üasir dövrdə daha çox kommersiya çağınşlan eşidilir ki, 
onlar insanlan hansısa məhsulu almağa, yaxud sərmayə yatınmı 
etməyə səsləyir, bəzən isə istənilən ticarət xidmətini təklif edir. 
Çox zaman kommersiya çağınşlannda birbaşa nitq taktikasından 
(alın, əldə edin və s.) yox, dolayısı ilə (bilvasitə) -m əsələn, sa­
147


tılan malın, təklif edilən xidmətin cəlbedici reklamından, malın 
keyfiyyətli, ediləcək alış-verişin sərfəli olması haqqında bu sahədə 
nüfuzlu sayıla biləcək və yaxud cəmiyyətin tanıdığı şəxsin rəyinin 
səsləndirilməsindən istifadə edilir.
Sosial çağınşlar bütünlükdə cəmiyyətin, yaxud onun ayn-ayn 
qruplanmn həyatının yaxşılaşdınlmasına, ictimai təşkilatların fəaliy­
yətinin, cəmiyyətin həyatının müxtəlif sahələrindəki yenidənqurmanın 
dəstəklənməsinə aid olur, şəhərin abadlaşdınlmasına səsləyir; bunlar 
konkret adamlara xəstəlikləri ilə, maddi vəziyyətinin çox pis olması 
ilə bağlı kömək göstərilməsi üçün çağınşlar da ola bilər.
Sosial çağınş nitqləri insanlann hislərinə müraciət edir və 
onlar tərəfindən başa düşülməyə, həmrəy olmalanna, mərhəmət 
göstərmələrinə hesablanır. Ona görə də, belə nitqlərdə müraciətin 
səbəbi və xahişin mahiyyəti haqqında məlumat emosional, təmkinli, 
lakin laqeyd qalmaq mümkün olmayan formada təqdim edilir. 
Şəxsiyyətə yönəlmiş çağınşlar da ictimai çağınşlara yaxındır. La­
kin bunlar bütün cəmiyyətə, yaxud onun ayn-ayn qruplanna yox, 
insanın daxili aləminə yönəldilmiş çağınşlardır, onlann vəzifəsi 
insanlann özünü təkmilləşdirməyə, vərdişlərini təshih etməyə, öz 
təbiətini dəyişdirməyə olan səylərini qüvvətləndirməkdir (məsələn, 
sağlam həyat tərzinə, siqareti, yaxud narkotik qəbulunu tərgitməyə, 
özünütərbiyəyə, özünütəkmilləşdirməyə və s. yönələn çağınşlar).
Siyasi çağınşlar m üxtəlif miqyaslı seçkilər dövründə, siyasi 
tədbirlərə (referendum, mitinq, etiraz aksiyası və s . ) hazırlıq za­
manı, siyasi- iqtisadi sahədə böhran olduqda, artıq vaxtı yetişmiş 
problemin həlli tələb olunduqda fəallaşır.
Siyasi çağınşın quruluşu hakimiyyətin müəyyən qurumu­
na (yaxud əhalinin müəyyən qrupuna, bəzən bütün cəmiyyətə) 
müraciətin səbəbi haqqında məlumatdan, onun mahiyyətindən 
(məhz nəyə, hansı hərəkətə çağınş edilməsindən) ibarətdir. Siyasi 
çağınşa xüsusi tələblər verilir - müraciətin səbəbləri kifayət qədər 
əsaslandınlmalıdır, çağınşın mətni yığcam və geniş əhali kütlələri 
üçün anlaşıqlı olmalıdır.
Şüar- qısa, aydın, yaxşı yadda qalan, tezisdən fərqli olaraq nə 
danışan, nə də dinləyənlər üçün heç bir əsaslandırma, yaxud isbat
148


tələb etməyən ifadədir. Bu, rəhbər ideyanı, vəzifəni, tələbi (məsələn, 
«Yalnız bir narkotik var- bu, idmandır», «Biz şəhərimizin rahat 
həyətləri və təmiz küçələrinin tərəfdarıyıq», «Hamı yerli mal alsın, 
xeyri vətənə qalsın», «... səs verək!», «Yaşasın demokratiya!» və 
s . ) qısa formada ifadə edən çağırışdır.
Şüar inandırıcı təsirin əhəmiyyətli ünsürüdür, lakin ondan sui- 
istifadə edilməməlidir. Bütün zamanlarda yüksək tribunadan arxa­
sında heç bir iş dayanmayan şüarlarla danışan natiqlərin sayı az 
olmayıb.(Azərbaycanda milli-azadlıq hərəkatı başlayarkən edilən 
çıxışları xatırlayın) Bəzən nitq yalnız şüarlar qışqırmaqdan ibarət 
olub ki, bu şüarlardakı məsələlərin həlli ilə bağlı natiq hətta ən 
ümumi şəkildə belə, heç bir yol, nüsxə, vasitə bilmir.
Belə çıxışlar təhsil səviyyəsi aşağı olan dinləyicilərə xoş gələ 
bilər, çünki bu zaman natiq auditoriyanın şüuruna yox, hislərinə 
təsir göstərməyə çalışır, məntiqi yox, emosional anlayışlarla işləyir.
Fəaliyyətə səsləyən nitqin yaradılmasının aparıcı prinsipləri 
aşağıdakılardır:

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin