Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə66/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Ruhlandırıcı nitq 
Ruhlandırıcı nitq insanların hiss və arzu­
larına yönələrək, ən yaxşı mənəvi duyğuların oyadılması məqsədi 
daşıyır, dinləyiciləri vətəndaşlıq borcunun şəxsi mənafedən üstün 
olması fikrinə istiqamətləndirir. Ruhlandırıcı nitqdə yeni məlumat 
və faktlardan istifadə olunmur. Onun məqsədi - dinləyicilərin 
diqqətini artıq məlum olan, lakin dərindən dərk edilməmiş məsə­
lələrə cəlb etmək, ilk növbədə, hisslərə təsir etmək, mənəvi həyatı 
fəallaşdırmaqdır.
Ruhlandırıcı nitqin əsas janrları bunlardır: hərbi vətənpərvərlik 
məzmunlu çıxışlar, salamlama, təbrik və başsağlığı nitqləri, dini 
natiqlik və s.
Hərbi vətənpərvərlik nitqi adətən komandir tərəfindən həlledi­
ci döyüş qabağı söylənilir. Əlbəttə, hərbi işdə natiqliyin ən 
m üxtəlif növlərindən istifadə olunur. Lakin formasına və jan r xü­
susiyyətlərinə görə onlar sosial-siyasi və akademik natiqlikdən o 
qədər də fərqlənmir.
Son dərəcə qısa nitq - 
çağırış
vətənpərvər xarakter daşıyır, 
mahiyyəti etibarilə sərtdir, həmişə qəhrəmanlıq ideyasına kök­
lənmişdir, şəxsi igidlik, mərdlik göstərməyi tələb edir. Belə nit­
qin xüsusiyyətlərindən biri də onun müzakirə, xüsusilə də tənqid 
edilməyən olmasıdır.
Xarakterinə, çağırış intonasiyasına görə pafoslu, formasına 
görə lakonik, göstərişləri aydın və dəqiq olan hərbi vətənpərvərlik 
nitqi təkcə qəhrəmanlığa və hünərə çağırış yox, həm də əmrdir. 
Əgər belə nitq öz cəsarəti, hünəri ilə tanınmış şəxs tərəfindən 
söylənirsə, onu dinləyənləri xüsusilə ruhlandırır.
Salam lam a nitqi
çərçivə nitqi adlanan nitqlərə aid edilir (onla­
rın arasında hansısa bir müəssisənin açılışı ilə bağlı və təşəkküredici 
nitqlər də var). Onlar tədbirin mərkəzi hadisəsi sayılmır, amma 
həmin hadisəni əhatəyə alır, çərçivələyir.
Salamlayıcı nitq söylənərkən məruzəçini qısa şəkildə (fərdi) 
təqdim edən, lakin onun haqqında ifrat tərifə yol verməyən 
məlumatdan istifadə edilir. Bütün insanlan əsrin nəhəng xadimi 
kimi salamlamaq düzgün deyil.
151


Yüksək dərəcəli keyfiyyətlərin sadalandığı uzun-uzadı tə­
riflər xoşagəlməz narahatlıq hissi doğurur. Bəzi hallarda natiqi 
dinləyicilərə təqdim edərkən aparıcı onun məruzəsinin məzmunu 
da deyir. Bu, səhvdir. Natiqi yalnız təqdim edərək, onun nitqinin 
məzmununu iki-üç kəlmə ilə ifadə etmək lazımdır. Heç bir halda 
onun məruzəsinin mahiyyətini izah etmək olmaz.
Salamlama nitqi üzrə ixtisaslaşmış bəzi natiqlərdə «rəqabət 
kompleksi» (Veller üzrə) yaranır. Sanki onlar dinləyicilərə «bircə 
siz mənim bu barədə anlayışım olmadığını düşünməyin» fikrini 
isbat etmək məqsədilə nitq söyləyirlər... Əsas məruzəçi bundan 
sonra çətin vəziyyətdə qalır, çünki öz nitqinin ayn-ayn hissələrini 
dəyişməli olur.
Salamlayıcı nitqdə aşağıdakı ardıcıllığa riayət etmək lazım gəlir:
1. İclası açmaq və iştirakçıları salamlamaq. Bu halda «mənə 
yüksək şərəf qismət olub» tipli standart ifadələrdən istifadə etmək­
dən çəkinmək daha yaxşı olar. Yığıncaqda iştirak edən məşhur 
ictimai, siyasi xadimləri xüsusi şəkildə salamlamağın lazım olub- 
olmadıgını əvvəlcədən müəyyənləşdirmək, əgər buna ehtiyac 
zəruridirsə, o zaman onlann ad, soyad və vəzifələrini dəqiq demək 
lazımdır.
2. Məruzəçini və ya məruzəçiləri salamlamaq, yaxud təqdim 
etmək. Natiq giriş nitqi ilə vasitəçi vəzifəsini yerinə yetirərək 
əsas məruzəçini təqdim edir. Ola bilər ki, o, salamlama nitqi ilə 
çıxış edən məruzəçinin şəxsiyyəti haqqında nə isə söyləsin, həm 
də bunu ixtiraçı kimi etsin. Əsas məsələ təqdimatın yığcamlığıdır. 
Yumoristik ifadələr, parlaq fikirlər də yerinə düşər.
3. Sözü məruzəçiyə vermək.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin