V FƏSİL
NİTQ FƏALİYYƏTİ
1. Y aranış m ərhələsində rito rik
fəaliyyət
Yaranış
zamanı fəaliyyətin iki mərhələsi olur:
1. analitik-konseptual mərhələ - bu mərhələdə çıxışın strateji
ideyası yetişməyə başlayır;
2. komplektləşdirici - işlənilmə mərhələsi - bu mərhələdə
konkret materialın seçilməsi işi aparılır.
Çıxış üzərində işin başlanğıc mərhələlərinin inkişafı gedişini
göstərmək üçün natiqlik ustalığına aid kitablarda müəyyən cədvəl
nümayiş etdirilir.
Məlum
olduğu kimi, hətta çıxışa hazırlığın lap başlanğıcında,
mövzu seçildiyi zaman o, natiq üçün «tabula rasa» («ağ lövhə»)
olmur; natiq nitqin mövzusu haqqında mütləq hansısa, çox zaman
tam
dərk edilməmiş olsa da, heç olmazsa, müəyyən və təsadüfi
anlayışlara malik olur.
Yaranışın
analitik - konseptual mərhələsində bu yayğın an
layışların nizama salınması və nitqin ideyasının saflaşdınlması
baş verir. Sonra çatışmayan materialın
qeyd olunan istiqamətlər
üzrə seçilməsi təşkil edilir və yeni əldə edilmiş, nəinki çıxışın
reqlamentinə uyğunlaşmayan, hətta onun həcmindən artıq olan
məlumat,
bir qayda olaraq, optimal şəkildə sistemləşdirilmiş ol
mur. Bu vəzifə artıq
yaranışın
çərçivəsindən kənarda həll edilərək,
materialın yerləşdirilməsi mərhələsinin üstünlüyünü təşkil edir.
Beləliklə, nitqin məzmunu üzərində işin analitik-konseptual
mərhələsində aşağıdakılar həyata keçirilir:
169
• Əgər gələcək natiqə belə bir imkan verilibsə, nitqin mövzu
sunun seçilməsi;
• Mülahizənin əsas ideyasının müəyyənləşdirilməsi və nitqin
məqsədinin dərk edilməsi;
• Nitqin adının formalaşdırılması;
• Onun ilkin eskiz-planının müəyyənləşdirilməsi.
Çıxışın m övzusunun və adının seçilməsi Çıxış üçün mövzu
ya natiqə kənardan təklif edilir, ya da onun özü tərəfindən müstəqil
olaraq seçilir. Mövzunun seçilməsi imkanına
malik olduqda
(məsələn, seminar məşğələsinə hazırlıq üçün müəllim tərəfindən
təklif edilən məruzə və çıxışların mövzularının təhlili zamanı) aşa
ğıdakı mühüm meyarlar rəhbər tutulmalıdır:
•
Dostları ilə paylaş: