• kartoçkanın məzmununun vahid bir məsələni, müəyyən alt
mövzunu, yaxud kiçik mövzunu izah etməsini nəzarətdə saxlamaq;
• qeyd edilən müddəalann müəlliflərini, onların ədəbiyyatdan
sitat (məhz, konkret olaraq hansı ədəbiyyatdan), yaxud oxucunun
şəxsi şərhləri olduğunu dəqiq göstərmək;
• qeydi kartoçkanın yalnız bir tərəfində aparmaq. Oxunmuş
lar üzrə düşünülmüş şəkildə qeydlər apanlması və bu qeydlərin
sistemləşdirilməsi natiqə nəinki aynca bir çıxışa hazırlaşmağa,
həm də tədricən, onu maraqlandıran mövzu üzrə özünün təkrarsız
və sonralar dəfələrlə müraciət edəcəyi işçi arxivini (artıq işlənilmiş,
yığcam və şəxsi təfəkkürünün süzgəcindən keçmiş xəzinəsini) ya
ratmaq imkanı verəcək ki, bu arxivi şəxsi mülahizələrinə əsasən
nizama salmaq və xüsusi ayıncı kartoçkalar qoymaqla qutulara, ya
da mövzu zərfləri ilə aynca qovluqlara yığmaq mümkündür.
Natiqlik, yaxud bədii söz ənənəsində mətn üzərində işin bütün
sonrakı mərhələlərinin uğurlu alınmasında
yaranış
mərhələsinin
müəyyənedici əhəmiyyəti dəfələrlə qeyd edilmişdir. Hələ Katon
«İşi öyrən, sözlər gələcək» lakonik məsəlini özünün «ritorik kre
dosu», şüan kimi irəli sürmüşdü.
Siseron düşüncənin yüksək idealına yönəlmiş aşağıdakı mak-
simalist fikri irəli sürürdü: «Nitq yalnız onun mövzusunu tam
bilmə əsasında çiçəklənməli və genişlənməlidir».
5. 2. Çıxışın kompozisiyası. M aterialın
yerləşdirilm əsi m ərhələsində rito rik fəaliyyət
Dostları ilə paylaş: