Çıxışın qurulmasının ümumi qaydaları
Çıxışın qurulması
nın ümumi qaydaları sırasına «qızıl kəsmə» qaydası da aiddir. Bu
qayda nitqin quruluş hissələrinin optimal tənasübünün axtarışını
istiqamətləndirir. Qaydanın adı məcazi məna daşıyır. «Qızıl» sö
zü burada ən yaxşı, tapılmasının xoşbəxtlik gətirdiyi, yüksək ləya
qətin göstəricisi mənasında istifadə edilir.
Belə terminoloji ad intibah dövrünün məşhur dahi sənətkarı Le
onardo da Vınçi tərəfindən verilmişdi, lakin bu qaydanın mahiyyəti
hələ antik dövrdə də mövcud idi: o, incəsənətin müxtəlif növlərində
yaradılmış, ilk növbədə plastik sənət nümunələrinə aid edilirdi.
Natiqliyə aid edilərkən bu qayda belə səslənir: nitqin giri
şi və yekunu (onun kompozisiya çərçivəsi) həcmi etibarilə bütün
mülahizənin üçdə-birindən artıq olmamalıdır. Bu cəhəti vurğula-
maq lazımdır: əgər natiq dinləyicilərin diqqətini təşkil edə bilsə və
mülahizənin üçdə-birindən daha qısa zamanda çıxışını yekunlaşdır
mağı bacarsa, bunun üçün ona yalnız təşəkkür etmək lazımdır.
Bu qayda çıxışın yalnız yuxan cizgisini - çıxışın davametmə
müddətinin və yekununun son sərhəddini müəyyən edir. Qaydanın
tətbiqi sadə riyaziyyat məsələsidir.
Məsələn, əgər siz yuxan sinif şagirdləri qarşısında yazıçının həyat
və yaradıcılıq yolu haqqında yanm saatlıq bir mühazirə oxumalısımzsa,
giriş və yekun (dövrün ümumi mənzərəsi və həmin yazıçının sələfləri,
yaradıcılığının əhəmiyyətinin qiymətləndirilməsi, sonrakı nəsillərin
ona verdiyi qiymət və s.) 10 dəqiqədən artıq vaxt almamalıdır.
Əks halda, əgər bunun üçün vaxt varsa, mühazirənin mövzu
sunu başqa şəkildə formalaşdırmaq lazımdır ki, daha ətraflı izah
etdiyiniz istiqamətlər müzakirənin əsas obyekti kimi yer ala bilsin.
Göstərilən qanunauyğunluğun funksional baxımdan doğrul
dulması ondan ibarətdir ki, əsas hissə çıxışın üçdə ikisindən daha
183
qısa mətn aralığına malik olduqda, natiq nitqin məzmununu aç
maqda çətinliklə üzləşir, çünki bu halda məzmun zəngin və kifayət
qədər inandırıcı ola bilmir.
Eyni zamanda, hədsiz dərəcədə uzadılmış giriş, yaxud yekun
dinləyicilərdə yorğunluq və səbrsizlik yaradır (bununla əlaqədar al
man professoru X. Lemmermanın əyani surətini xatırlamaq müm
kündür. O, qeyd edirdi ki, qonaqların gözü qarşısında yemək masa
sını uzun müddət bəzəməklə biz onlann qıcıqlanmasına səbəb ola
bilərik).
Məşhur məhkəmə natiqi və natiqlik nəzəriyyəçisi A. F. Koni çıxış
edənin «qızıl kəsim» qaydasına əhəmiyyət verməməsi nəticəsində
nitqinin tamamilə bərbad olmasının canlı təsvirini vermişdir.
Ola bilər ki, siz ritorikanın tarixi kursundan gənc müdafiəçinin
az əhəmiyyətli oğurluq işi haqqında çıxışı zamanı düşdüyü tra-
gikomik vəziyyəti xatırlayırsınız. O, yarım saat ərzində şəxsi
mülkiyyət anlayışının m üxtəlif ölkələr və dövrlərdə keçdiyi inkişaf
yolunu izləməyə qalxmışdı. Sonda isə belə söyləmişdi: «indi isə
işin vəziyyətinə keçirəm» (yəni nitqin məzmununun əsas hissəsinə
keçirəm)- və elə həmin an məhkəmə üzvlərindən ən yaşlısının çox
ifadəli ah çəkməsindən soma nitqini yekunlaşdırmalı olmuşdu.
Nitqin qurulmasının fundamental qanunauyğunluqlarından
biri də
«kənar am ili»
(«sərhəd effekti») adlanır. Onun mahiyyəti
bütünlükdə qavrama və yaddaşın psixologiyasına aiddir və aşağı
dakını bildirir: istənilən ardıcıllıqda
başlanğıc
və
son orta hissədən
daha yaxşı yadda qalır. Natiqin nitqinə aid edildikdə, bu çıxışın
kompozisiya çərçivəsinin hazırlanması (giriş və nəticə) xüsusi
diqqət və dəqiqlik tələb edir.
Natiqlik sənətinin nəzəriyyə və təcrübəsində qeyd edilən
hala çoxdan diqqət yetirilmişdir. Heç də təsadüfi deyil ki, özünü
öldürməyə məcbur olmuş
Demosfenin ölümündən sonra onun qaralamalarında natiqliyə
aid əsərlər üçün m üxtəlif mövzularda çıxışların 50-dən artıq müm
kün giriş və nəticə variantlan tapılmışdı.
Qabaqcadan görülmüş bu hazırlıqlar qiymətli ritorik fon
du, qayğıkeşliklə düşünülmüş mövzulan təşkil edirdi və hətta
184
I
improvizə olunmuş nitq üçün də elə bir başlanğıc tapmaq imka
nı verirdi ki, o, dinləyicilərin diqqətini cəlb etsin və çıxışın qav-
ramlmasına lazımi rəng verə bilsin. «Kənar amili»nə aid birbaşa
göstərişi M. V. Lomonosov v erird i:« D inləyicilər .. daha çox baş
lanğıca və sona diqqət yetirir və onlan daha çox xatırlayırlar».
Bununla yanaşı, ümumi psixologiyaya aid ədəbiyyatda bu qa
nunauyğunluq XIX əsrdə yaşamış alman alimi Q. Ebbinhauzun adı
nı daşıyır (Ebbinhauz qanunu kimi yada salınır) və burada bir zərrə
belə ədalətsizlik yoxdur. Yadımıza salaq ki, məhz XIX əsr eksperi
mental psixologiyanın yaranması və çiçəklənməsi dövrüdür.
Məhz Ebbinhauzun əvvəllər də dəfələrlə qeyd etdiyi informasi
yanın mənimsənilməsi ideyası sonralar çoxsaylı statistik təcrübələrdə
təsdiqini tapmışdı. Sınaqdan keçirilən material nə olursa - olsun
(istər rəqəmlər, istər mücərrəd həndəsi fiqurlar, istər sözlər), nəticə
eyni olaraq qalırdı: təklif edilən cərgənin yalnız əvvəli ilə sonu şüu
ra və yaddaşa daha parlaq şəkildə həkk olunurdu.
G iriş və yekun hissələrin vəzifələri, on ların qu ru lm ası
üsulları Söylənəcək nitqin giriş və nəticəsini tələb olunan şəkildə
formalaşdırmaq üçün ritorikanın hansı müddəalarını nəzərə almaq
faydalı olardı? Hər şeydən əvvəl, nitqin adı çəkilən hissələrindən
hər birinin ifadəsi zamanı natiqin qarşısında duran vəzifələri
nəzərə almaq lazımdır. Giriş, obrazlı desək, bir növ, kamerton (ya
xud üvertüra) kimidir, o, auditoriyanı müəyyən məqama kökləyir.
Girişin vəzifələri - dinləyicilərin diqqətini cəlb etmək, onlarda
maraq oyatmaq; onların inamını qazanmaq, təmas qurmaq, qan-
şılıqlı anlaşma yaratmaq, bəzən auditoriyada natiqə qarşı yaranan
və ünsiyyətin əks- suggestiv sipəri (təlqinə qarşı təbii psixoloji
müqavimət, kənar təsir) adlandırılan «gözəgörünməz ehtiyatlılıq
buzu»nu əritmək; dinləyiciləri çıxışın əsas hissəsini qəbul etməyə
hazırlamaqdır.
Yekun hissənin vəzifələri - başlıca olanı xatırlatmaq, deyi
lənləri yekunlaşdırmaq (bunu hələ Platon Sokratın dili ilə 24
yüzillik bundan əvvəl söyləyirdi), nitqdən alınan təəssüratı qüv
vətləndirmək, fəaliyyətə səsləməkdir. A.F.Koninin daha bir mu
siqili müqayisəsinə əsasən, yekun isə idealda elə olmalıdır ki,
185
istər-istəməz dinləyicilərin qulaqlarında səslənsin, özü haqqında
xoşagələn-lirik, yaxud gümrah, eneıjili xatirələr oyatsın.
Yüz illər ərzində
ritorikada giriş və yekun hissə zama
nı «natiqə yaxşı xidmət edə biləcək», onun vəzifələrinin həyata
keçirilməsinə yardımçı olan üsullar haqqında anlayışlar toplanıb
zənginləşmişdir. Ayn-ayn oxşar üsulları sadalayaraq, zərurət ya
randıqda, bu siyahını onların istifadəsinin xüsusiyyətləri haqqında
qısa şərhlərlə müşayiət edək.
Beləliklə, girişdə üzvi surətdə aşağıdakılar səslənir:
• Etiket vəzifəsini yerinə yetirən salamlama və müraciət, tanış
olmayan natiqin dinləyicilərə təqdim edilməsi;
• Məruzənin mövzusunun elan edilməsi;
• Nitqin «reklamedici», maraq doğuran adının elan və izah
edilməsi;
• Mövzunun əhəmiyyətinin birbaşa göstərilməsi (onun aktual
lığı, yeniliyi, təcrübi əhəmiyyəti);
• Natiqin mövzu ilə maraqlanması səbəbinin şərhi. Şəxsiyyətə
yönəlmiş diqqət kimi bu, dinləyicilərdə maraq yaratmağa kömək
edə bilər;
• Mövzunun əsas anlayışının mahiyyətinin açılması;
• Açar tezisin irəli sürülməsi;
• Çıxışın məqsədinin quruluşu (buraya həm də ondan əvvəl
gələn üsuldan istifadə daxildir), (çıxış edənin çatdırmaq istədiyi
başlıca fikrin formalaşdırılması);
• Dinləyicilərin nitqin planı ilə tanış edilməsi. Plan yığcam olma
lıdır, həm də o, natiqin ətraflı, çoxsaylı bəndlər və yanmbəndlərdən
ibarət olan, nitqinin məzmununu sistemləşdirərək, «dispozisiyanın
(mövqenin) mətbəxi»ni açıqlayan işçi plan yox, ən optimal, insanın
operativ yaddaşının həcminin «sehrli sayma» uyğun gələn - yəni
1-2 bənddən ibarət, bir növ, auditoriya plam olmalıdır;
• Problemin meydana gəlməsi və öyrənilməsi tarixinin yığcam,
seçilmiş şəkildə (məhz yığcam və seçilmiş, çünki başqa cür olsa,
işin əsas mahiyyətindən kənarlaşmaq və dinləyiciləri çoxsözçülü-
yün dövri genişliyi və zamanların tozu ilə örtülmüş təfərrüatlarla
doydurmaq təhlükəsi çox böyükdür) işıqlandırılması;
186
• Fəal daxili reaksiya üçün təkan rolunu oynayacaq sualın, ya
xud suallar seriyasının qoyulması (məşhur başlanğıc nümunəsi:
«Bilirsinizmi...?») Bunlar həm ritorik, həm də sual-cavabın tərki
bindəki suallar ola bilər;
• Parlaq, xüsusilə səciyyəvi nümunə (nümunələr);
• Təsadüfi olmayan, konseptual əhəmiyyətə malik, nitqin əsas
müddəalarından birinin mahiyyətini izah edən obrazın cəlb edil
məsi və mümkün təhlili;
• Süjetli başlanğıc (məişət əhvalatı, təmsil, əfsanə, rəvayət və
s.). Ümumiləşdirmənin sonuncu səviyyəsində fərqləndirilən nitq
növlərindən (təsvir, nəqletmə, mühakimə) məhz nəqletmə diqqəti
daha möhkəm cəlb edir.
• Yumoristik, satirik, yaxud kinayəli qeyd, yerinə düşən lətifə.
Lakin yumorun cəlb edilməsi süni, qəsdən edilmiş hərəkət təsiri
bağışlayırsa, söhbətin mövzusuna aidiyyəti yoxdursa, belə bir fi
kir yarana bilər ki, natiq müzakirə edilən məsələyə kifayət qədər
maraq və diqqət göstərmir;
• Nitqin söyləndiyi məkana və zamana, auditoriyanın tərkibinə
aid şikayət. Belə giriş ifadələri vəziyyətə görə şərtləndirilən eks-
promt, yaxud əvvəlcədən planlaşdırılmış ola bilər, belə ki, natiqdən
auditoriyanın və nitqin söylənmə vəziyyətinin öncədən çox dəqiq
müəyyənləşdirilməsi tələb olunur. Adətən, auditoriyanın xüsu
siyyətlərinin nəzərə alınması dinləyicilər tərəfindən onlann ünvanı
na söylənilən xoş söz və diqqət nümunəsi kimi müsbət qarşılanır;
• Sitat. Lakin hər hansı bir sitat yox, mənasına görə tam orijinal,
formasına görə dəqiq (xüsusilə poetik, yaxud qanadlı ifadə) nümunə.
Bu, çıxışa bir növ, «şifahi epiqraf» artırmağa, nitqin lap əvvəlində
mühüm intellektual və emosional çalar yaratmağa imkan verir;
• Atalar sözü və ya məsəli nümunə göstərdikdən sonra ya
onunla həmfikir olduğunuzu, ya da razılaşmadığınızı bildirmək
(çıxışın mövzusuna müvafiq olaraq onun mümkün dəyişdirilməsi);
• Qeyri-iradi diqqəti cəlb edən əyaniliyin nümayiş etdirilməsi
və s.
Sadalanan üsullar çox zaman nəticə effektinin qüw ətləndiril-
məsi ilə kombinə edilir. Yekunda, adətən, əsas məsələ yada salı
187
nır və nəticələr formalaşdırılır. Bu üsulların hər ikisi müzakirənin
yekunlaşdınlması formasıdır. Onların arasındakı fərqlər informa
siyanın məzmun-fakt və məzmun- konseptual növlərindən çıxış
edərək müəyyənləşdirilir.
Bundan başqa, yekun üçün aşağıdakılar xarakterikdir:
• Nitqin predmetinin inkişafının perspektivlərinin, sərhədləri
nin cızılması;
• Çağırış, məsləhət, arzu, xəbərdarlıq;
• Sonrakı fəaliyyət üçün əməli tövsiyələrin formalaşdırılması;
• Diqqət və xeyirxahlıq üçün minnətdarlığın ifadə edilməsi;
• Dinləyicilərlə vidalaşma.
Nitqin tamamlanmasının ayn-ayn uğurlu üsulları girişdə çox
işlənənlərlə üst-üstə düşür: bura sonra üzərində düşünmək üçün su
allar (çox zaman həll edilməmiş, yaxud qətiyyən həll edilməmiş);
xüsusilə təsirli, inandıncı nümunə və surətlər; süjetli və yumoristik
haşiyələr; sitatlar, atalar sözü və məsəllər; əyaniliyin cəlb edilməsi
və s. aiddir.
Dostları ilə paylaş: |