Giriş və yekunların müxtəlif növləri
Ritorik ənənələrdə öz
məna və quruluş xüsusiyyətlərinə görə fərqlənən girişlərin iki
növü aydın şəkildə qarşılaşdınlır: bilavasitə(birbaşa) və bilvasitə
(dolayısı ilə).
Birbaşa (bilavasitə) giriş (işarə edilmə - sinonimlər - sadə, təbii,
bilavasitə giriş) nitqin elə başlanğıcına deyilir ki, bu zaman danışan
praktik olaraq nitqə başlayan kimi dinləyiciləri mülahizənin möv
zusu ilə tanış edir və onun məntiqi aydınlaşdınlmasına başlayır. Ho-
ratsinin sözləri ilə desək, bu, «şeylərin tən ortasına» daxil olmaqdır.
Bilvasitə (dolayısı ilə) giriş (süni, vasitəli) nitqin elə hissəsinə
deyilir ki, orada natiq incəliklə və dərinliklərə nüfuz edərək, onla
rın qəlblərinin «könüllü əsir düşmələrini» həyata keçirərək, audi
toriyanı mövzunu qavramağa hazırlayır.
Quruluş baxımından bu, dolayısı ilə nitqin girişindən əvvəl
gələn
təşəbbüs
kimi ünsüründə həyata keçirilir.
A.F.Koninin tanınmış «Mühazirəçilərə məsləhətlər» əsərindən
çox məşhur illüstrasiyalara əsaslanan paralel nümunələri nəzərdən
keçirək. Birinci halda mühazirəçi öz çıxışını çox məqsədyönlü, au
188
ditoriyaya hesablanmış, əvvəlcədən işgüzar və mütəşəkkəil şəkildə
başlayır:
“Bu gün biz sizinlə fizikanın əsas qanunlarından biri - ümum-
dünya cazibə qanunu haqqında danışacağıq. Qanunun mahiyyəti
istənilən əşyanın cazibəsinin onun çəkisindən və onlar arasındakı
məsafədən asılılığının müəyyənləşdirilməsindən ibarətdir...”
İkinci halda mühazirənin giriş ifadələri daha maraqlı və əylən
cəli səslənir:
1642-ci ilin yeni il gecəsində İngiltərədə, orta gəlirli fermerin
ailəsində bir çaxnaşma var idi. Dünyaya bir oğlan gəlmişdi, həm
də elə balaca idi ki, onu böyük pivə bokalında çimizdirmək müm
kün idi.
Sonra o oğlanın həyatı və təhsili, tələbəlik illəri, kral elmi
cəmiyyətinə üzv seçilməsi haqqında bir neçə söz və nəhayət,
şəxsən ser İsaak Nyutonun adı çəkilir.
Bundan sonra onun kəşf etdiyi ümumdünya cazibə qanununun
mahiyyətinin şərhinə başlamaq olar. Bu təsvirlərdən birincisində
mövzunu əvvəlcədən nümayiş etdirən bilavasitə giriş üsulundan,
ikincidə isə - bilvasitə, süjetli başlanğıc üsulundan istifadə olun
masını görmək çətin deyil.
Əlavə olaraq, az istifadə olunan, nitqin
gözlənilm əz g iriş
ad
landırılan kəskin, qüvvətli, «partlayış təsiri oyadan» başlanğı
cı haqda danışmaq olar. Belə giriş hansısa fövqəladə vəziyyətlə
əlaqədar ola bilər. Bu mənada, Siseronun Katalina əleyhinə nitqi
nin başlanğıcı klassik nümunə ola bilər -y əq in ki, ikincini, heç ol
mazsa, ürəyində, özündən asılı olmadan titrədən birbaşa, tələbkar
və qəzəbli müraciət nəzərdə tutulur.
Girişlərin əsas növlərinin fərqləndirilməsi zamanı yekunların
iki əsas növünü ayırmaq (əsas hissənin məzmununa münasibətdə,
dinləyiciyə emosional təsirin dərinliyinə və quruluşunun mürək
kəbliyinə görə yenilik səviyyəsindən asılı olaraq) lazımdır.
Birbaşa yekun - nitqin belə bitirilməsi bilavasitə çıxışın qalan
müddəalarından irəli gəlir; əksinə, bilvasitə isə nitqin elə yekunlaş-
dınlm asıdır ki, bu zaman sonluq, çıxışın əsas hissəsindən ən az ası
lılığa və müəyyən yenilik effektinə malikdir, həm də dinləyicilərin
189
söhbətin mövzusuna maraqlı münasibətini möhkəmləndirmək
üçün istifadə olunur.
Bu, ikinci növün quruluşunda öz yekunundan başqa az və ya
çox müfəssəl sonluğun mövcudluğu nəticəsində mümkün olur.
Dostları ilə paylaş: |