Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Kütlə qarşısında çıxışın üslubunun seçilməsi



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə81/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Kütlə qarşısında çıxışın üslubunun seçilməsi 
Dinləyicilərə 
məlumat verən şəxs öz qarşısına təkcə onlara müəyyən materialı 
çatdırmaq (invensiya), onu istifadə üçün rahat şəkildə yerləşdirmək 
(dispozisiya) vəzifəsini yox, həm də bu materialı müəyyən şəkildə, 
müəyyən «üslubda» çatdırmaq vəzifəsini qoyur. Ritorikanın elo- 
kusiya bölməsi məhz üslub üçün cavabdehdir.
Elokusiyanın tarixən ritorikanın əsas sahəsi kimi formalaş­
dırılması, hər şeydən əvvəl, siyasi səbəblərlə izah olunur. Gözəl 
danışığın hər bir vətəndaşın az qala Konstitusiya vəzifəsi hesab 
olunduğu Roma respublikasının süqutundan sonra (e.ə. 3 1-ci il) o, 
məktəb müəllimlərinin ixtiyarına keçdi, məhz məktəb müəllimləri 
ritorikaya «rəhbərlik» etməyə başladılar.
İfadəli oxu (deklamasiya) üzrə məşğələlər keçirərkən müəllim­
lər qəsdən şagirdlərə bir növ mücərrəd (çox zaman romantik) ma­
terial təklif edərək, onlann diqqətini müstəsna olaraq kataloqlaşdı- 
nlmalı və əzbərlənməli olan ritorik obrazlı ifadələrə yönəldirdilər.
Lakin elokusiya sahəsində bilici olanlann vəzifələrinə təkcə 
lazım olan bədii ifadələrin seçilməsi yox, həm də onlann nəsə bir 
bütöv, tam halına salınması daxil idi ki, bu tərkibdə bədii ifadələr 
bir-birinə ahəngdar surətdə yerləşdirilmiş olmalı idi.
Danışanın məqsədinə çatmasında daha səmərəli olan nitq 
vasitələri haqqında məlumat verək. Mülahizənin xarakteri bizim 
harada, nə və necə danışmağımızdan, yəni nitq vəziyyətindən ası­
lıdır. Nitq vəziyyətinin xüsusiyyətlərindən asılı olaraq, çıxış üçün 
müəyyən funksional nitq üslubu seçilir.
Nitqin funksional üslubları - nitq vəziyyəti nəzərə alınmaqla 
hər bir ünsiyyət sahəsi üçün nitqin sabit növ müxtəlifliyidir.
Funksional üslublar bir-birindən dildaxili əlamətlərinə görə: 
seçim prinsipləri, ümummilli dil vasitələrinin uzlaşdırılması və 
təşkilinə görə fərqləndirilirlər. Beş funksional üslub mövcuddur: 
rəsmi-işgüzar, elmi, publisistik, bədii və danışıq.
194


Natiq ədəbi dildə, yəni yazılı nitqin qanunlarına tamamilə uyğun 
şəkildə, eyni zamanda, şifahi nitqin xüsusiyyətlərini və dinləyici­
lərinin psixologiyasını nəzərə almaqla danışmalıdır. Ədəbi dilin məhz 
bu növü «yazılı nitqin şifahi kimi saxtalaşdırılması» adlanır. Müasir 
publisistik nitqin bu üslub xüsusiyyəti danışıqlı adlanır və sadəliyin 
qüsursuz ədəbi-tələffüz vərdişləri ilə uzlaşdırılmasım nəzərdə tutur. 
Camaat qarşısında çıxışda kitab və danışıq dili üzvi surətdə birləşir. 
Onlar bir-birini tamamlayaraq özünəməxsus natiqlik üslubu yaradır.
Bədii danışıq müasir çıxışın, bir növ, «üzü»dür, yəni ilk ola­
raq gözlə görünəndir. İndi isə kütlə qarşısında çıxışın anlaşıqlığı- 
nı və səmərəliliyini müəyyən edən əsas üslub əlamətlərinə, yaxud 
keyfiyyətlərinə müraciət edək. Onlar aşağıdakılardır:
• Düzgünlük (ədəbi normalara əməl edilməsi);
• Aydınlıq və sadəlik;
• Qısalıq;
• Zənginlik və emosionallıq.
A ydınlıq
- hər şeydən əvvəl, materialın dinləyicilər üçün anla­
şıqlı olmasıdır. Buna dəqiq kompozisiya, dəlillərin inandıncılığı, 
dilin sadəliyi və emosionallığı ilə nail olmaq mümkündür.
Sadəlik -
mürəkkəb və ciddi məsələlər haqqında anlaşıqlı 
danışmaq, ən sadə vasitələrin köməyilə ən mürəkkəb olanı ifadə 
etmək, insanların səni başa düşməməsinin mümkün olmamasına 
nail olmaq bacarığıdır.
Q ısalıq
- məlum olduğu kimi, «istedadın bacısıdır». Hələ Si- 
seron göstərirdi ki, «natiqin ən böyük ləyaqəti təkcə lazım olanı 
söyləmək yox, həm də lazım olmayanı söyləməməkdir». Mark 
Tven nəql edirdi ki, bir dəfə missioner moizəçinin nitqi elə xoşu­
na gəlir ki, ona bir dollar ianə vermək qərarına gəlir. Moizə artıq 
bir saat idi ki, davam edirdi və Mark Tven öz ianəsini yarım dol­
lara endirmək qərarına gəlir. Moizə daha yarım saat uzanır və o, 
qərara alır ki, heç nə verməyəcək. Ruhani iki saat sonra moizəsini 
bitirəndə Mark Tven itirdiyi vaxtın əvəzini kompensasiya etmək 
üçün onun qarşısındakı boşqabdan bir dollar götürüb.
Zənginlik və em osionallıq.
A.F.Koni yazırdı: «Öz doğma di­
lini bilmək və ondan istifadə etməyi bacarmaq lazımdır». Nitqin
195


zənginliyi, hər şeydən əvvəl, insanın fəal və qeyri-fəal lüğət və 
frazeoloji ehtiyatı, həmçinin bu ehtiyatdan istifadə edərkən üslub 
çevikliyi ilə müəyyən olunur.
Filoloqların hesablamalarına görə, müasir mədəni insanın fəal 
söz ehtiyatı 3-4 min vahid, qeyri-fəalı isə 15 min vahid frazeolo- 
gizmdən ibarətdir. Natiqin fəal söz ehtiyatı nə qədər geniş olarsa, 
o lazım olan sözü daha asanlıqla «tapar». Nitqin zənginliyinin və 
üslub çevikliyinin çoxsaylı göstəricilərindən biri dilin sinonimik 
ehtiyatlarından istifadə bacarığıdır.
Nitqdə məcazlar və bədii ifadə vasitələri tanınmamalı, gözə 
girməməli, lazım olmayan, «gözəllik üçün» edilən əlavə kimi 
qəbul olunmamalıdır. Obrazlı ifadələr nitqdə o qədər təbii yer tut­
malıdır ki, həmin nitqi onlarsız təsəvvür etmək mümkün olmasın.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin