Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Məcazların (tropların) və obrazlı ifadələrin(fiqurların)



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə83/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Məcazların (tropların) və obrazlı ifadələrin(fiqurların)
təsnifatına müxtəlif yanaşmalar 
Nitqin ifadəliliyi və səmərəlili­
yini yaradan ritorik vasitələr hələ yeni eranın başlanmasından çox 
əvvəl araşdırılmış və əməli surətdə ritorikanı öyrənənlər tərəfindən 
mənimsənilmişdi.
198


I
Ritorikaya aid bir çox müasir dərs vəsaitlərində ritorik üsulla­
rın bədii ifadə vasitələri və məcazlara bölünməsi o qədər də «tari­
xi», hətta tam «məntiqi» olmayan kimi təsnif edilir.
Məsələ bundadır ki, antik fəlsəfə məcazları obrazlı ifadələrin 
tərkibində öyrənirdi, həm də onların fərqli əlamətləri dəqiq forma­
laşdırılmamışdı. Bununla yanaşı, bu fərqlər həqiqətən çətin hiss 
edilirdi. Bu səbəbdən, eyni üsulların izahı zamanı son dərəcə bö­
yük fərqlilik yaranır, olduqca mürəkkəb və çox zaman son dərəcə 
süni təsnifatlar meydana çıxırdı ki, onlarda məcazlar gah ayrıca 
qrup kimi təqdim olunur, gah da əksinə, yanm qruplara bölünürdü. 
Obrazlı ifadələrlə məcazlar arasındakı münasibətləri təsvir etmək 
olduqca mürəkkəbləşirdi.
Rəsmi nəzər nöqtəsi məcazları ifadə vasitələrinin növlərindən 
biri kimi nəzərdən keçirir, ənənəvi olaraq yenidən mənalandırmanın 
ifadə vasitəsi kimi təsnif edir. Bu zaman həm də göstərilir ki, ifadə 
vasitələri ilə məcazlar arasındakı münasibətlərdə hər hansı sistemi 
aşkarlamaq çətindir.
Buna baxmayaraq, «Ümumi ritorika»mn müəllifləri tərəfindən 
aşkarlanmış sistem, əslində, məcazlar və obrazlı ifadələr arasında 
kifayət qədər şəffaf münasibətlərin varlığım nəzərdə tutur: onların 
fikrincə, məcazlar yalnız bir sözə, həm də yalnız həmin sözün se- 
mantikasına aid olur, ifadə vasitələri isə söz qrupları ilə əməliyyatdır.
S.Todorovun semiotik yanaşması (semiotika- işarələr və işarə 
sistemləri haqqında elm) bəzi məcazların əhəmiyyətinin təbii 
şəkildə genişlənməsinə, məsələn, «metafora» və «metonimiya» 
anlayışlarının kino sahəsinə köçürülməsinə səbəb oldu.
Bu səbəbdən «məcazlar və bədii ifadələr nəzəriyyəsi» sırf fı- 
loloji aspektdən başqa sahələrə keçir və onlarda əhəmiyyətli rol 
oynayır (məsələn, sənətşünaslıqda). Neoritorika bütövlükdə bədii 
nitqin inkişafı ilə əlaqədar məcazların təkamülünü öyrənir.
Fikrimizcə, məcazlar problemi təkcə sistemli yox, həm də 
tarixi yanaşma tələb edir. Məcazların və bədii ifadələrin klassik 
tərifi (hər ikisi Kvintiliana məxsusdur) divergent (əlamətləri bir- 
birindən fərqləndirən) əlamətləri görmək üçün o qədər də çox im ­
kan yaratmır. Müqayisə edək:
199


«Məcaz sözün öz mənasının, yaxud ifadənin başqası ilə elə 
dəyişilməsidir ki, bu zaman mənanın zənginləşməsi baş verir».
Obrazlı ifadəyə iki cür tərif verilir: birincisi, « fikrin ifadə 
edildiyi hər hansı forma kimi»; ikincisi, obrazlı ifadə, sözün dəqiq 
mənasında «fikrin ifadəsinin şüurlu surətdə adi və sadə formadan 
uzaqlaşması» kimi izah edilir.
Bu təriflərdən az da olsa, başa düşmək mümkün olur ki, məcaz­
lar mənaların m üxtəlif variantlarını, bədii ifadələr isə hər şeydən 
əvvəl strukturun variantlarını nəzərdə tutur.
Ritorikadakı ənənəvi təsnifatı qəbul edərək ifadə vasitələrini 
ritorik məcaz və bədii ifadələrin birliyi, sistemi kimi nəzərdən ke­
çirək.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin