Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə85/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Metafora 
(yunan dilində 
m etafora
- köçürmə) - iki əşya və 
ya hadisənin nədə isə oxşar olması əsasında sözün məcazi mənada 
işlədilməsidir.
İstənilən müqayisə əməliyyatı kimi, metaforalaşma əməliyyatı 
da aşağıdakıların olmasım tələb edir:
1) müqayisə edən;
2) müqayisə edilən;
3) əsasında müqayisənin həyata keçirildiyi əlamət (əlamət uy­
ğun gəlməlidir).
Aristotel - «Yaxşı metaforalar qoşmaq- oxşarlıqları tapmaq 
deməkdir» - deyirdi. Eyni zamanda məsləhət verirdi: «Natiq üçün
201


hər şeydən mühümü metaforalarda usta olmaqdır, lakin bunu baş­
qalarından öyrənmək mümkün deyil - bu, istedad əlamətidir», 
«Metaforaları... qohum sahələrdən, lakin gözlə görülən olmayan­
lardan... almaq və hətta çox m üxtəlif əşyalarda yaxınlığı görmək 
lazımdır». Onun nəzər nöqtəsini bir çox məsələlər təsdiq edirdi
məsələn: «Metafora - miniatür əfsanədir» (D.Vıko).
Xüsusiyyətlərinə görə metaforanı məcazlar kimi xarakterizə 
etmək qəbul olunmuşdur. Məsələn: tikanlı(gözçıxardan) işıq, vic­
danı didişdirir, fikirlər axır, dağın ətəyi, quş südü, taleyin qisməti.
Kataxreza 
- (yunanca 
katachresis -
sözdən sui - istifadə, düzgün 
olmayan istifadə) - ziddiyyətli anlayışların birləşdrilməsi, sözün öz 
etimoloji mənasına müvafiq olmayan mənada istifadəsi. Nümunələr: 
«bir 
zərrənin işığına
milyonlar şərik» (M.Araz), «dünyanın toyu da 
müsibətindir» 
(B. 
Vahabzadə), sükunətin gurultusu və s.
Sinesteziya 
- (yunanca 
synestesia
- eyni zamanda qavrama)- 
metaforik məcaz növü. Onun xüsusiyyəti bir neçə hiss sahəsini 
(görmə, eşitmə və dad, iybilmə və lamisə və s.) cəlb etməsidir. 
Nümunələri: mənə elə dəlil göstərin ki, ona əlimlə toxuna bilim
soyuq mühakimə, danışan rənglər, şirin söz.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin