Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə88/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Parafraz 
(ifadə və ya sözün mənasını təsviri ifadəsi) - şəxsin, 
əşyanın, yaxud hadisənin adının onların əhəmiyyətli əlamətlərinin 
təsviri ilə əvəz edilməsindən ibarət məcaz. Nümunələr: Xalq nağıl­
larında heyvanların şahı («şir» əvəzinə); Odlar yurdu («Azərbay­
can» əvəzinə); Nizaminin vətəni (Gəncə haqqında).
Əsasında kinayənin olduğu bir neçə ritorik vasitə mövcuddur. 
Kinayə 
(yunanca - 
eironeia
- hiyləgərlik) - görünən və gizli 
məna arasında təzad; həqiqi hiyləgərlikdən onunla fərqlənir ki, bu 
ritorik məcaz metafora və metonimiya kimi, danışanın və dinləyənin 
şüurunda söz və ya ifadənin eyni zamanda birbaşa (həqiqi) və məcazi 
(birinciyə zidd) mənasım oyadıb saxlayır. Məhz bu iki mənanın oyu­
nu lazım olan effekti - incə, gizli istehzam yaradır. Yalanlar həqiqət 
qiyafəsində, Yeklər cövlan edir şeş xanəsində, Oğrular, əyrilər zəma­
nəsində, Əyrilik sayılır fərasət, Allah. ( B. Vahabzadə)
Kinayənin ən sadə forması antifrazdır ki, burada zidd olan mə­
nada bir sözdən istifadə edilir. Belə ki, zəif, gücsüzün birini Herakl 
(Fərhad), kasıbı - Şah Abbas, eybəcəri - Yusif-Sərrac və s. adlan­
dırırlar.
204


Estetikada kinayə komizmin bir növüdür, onun elementar mo­
deli kimi nitqin, üslubi kinayənin struktur-ekspressiv prinsipi çıxış 
edir (ideya- emosional bəzək).
Kinayəli münasibət çox m üxtəlif şəkildə: qroteskin, paradok- 
sun, parodiyanın, hazırcavablığın, təzadlann, üslubların birləşdi­
rilməsinin köməyi ilə həyata keçirilir.
Beləliklə, şifahi nitqdə məcazlardan istifadə etmək zəruridir, 
lakin ölçü hissini itirmək olmaz. Əslində, bəlağətli nitqin «gülləri­
ni», yəni məcazları əlyazmadakı qırmızı mürəkkəb və kompyuter 
mətnində kursivlə müqayisə etmək olar. Əgər bütün mətn qırmı­
zı mürəkkəblə və kursivlə yazılıbsa, o da, məcazlardan məhrum 
olmuş mətn kimi, ifadəliliyini itirər. Deməli, nitqin cazibədarlığı 
onun təbiiliyi ilə uzlaşmalıdır. Parlaq şəkildə danışmaq üçün na­
tiq təkcə yaxşı hazırlığa yox, həm də nitq prosesində lazım olan 
təsvirləri tapmaq və ağlına gələn məcazı işlətmək üçün müəyyən 
cəsarətə malik olmalıdır. Bu haqda Kvintilian belə deyirdi: - 
«İstənilən fikir özü elə sözləri tapır ki, onlarda o daha yaxşı ifadə 
olunsun; bu sözlər təbii gözəlliyə malikdir, biz onları elə axtarırıq 
ki, sanki onlar bizdən gizlənir, qaçır; biz heç inanmırıq ki, onlar 
artıq bizim qarşımızdadır. Bəlağətli nitq böyük cəsarət tələb edir; 
qüvvətli nitqin ənlik və kirşana ehtiyacı yoxdur».
M əcazlar (fiq u rlar) m əzm unun ifadə edilm əsinin xüsu­
si form ası kim i «Fiqur» (məcaz) sözü «ritorik fiqur» termininin 
tərkibində latın sözü olan «fıgura»ya uyğun gəlir ki, bu da «nitq 
forması, ümumi çevrə, təsvir, görünüş» anlamına gəlir və yunan 
sözü 
schem a-
sxemin mənasını verir.
Nitq fiqurları sintaktik konstruksiyaların xüsusi formalarıdır 
ki, onların köməyi ilə nitqin ifadəliliyi qüvvətləndirilir, onun din­
ləyiciyə təsir qüvvəsi artır.
Ayrıca bir ifadəni «bəzəmək» mümkün olan bu «naxışlar» 
ritorik fəaliyyət gedişində minilliklər boyu formalaşmış, ritorlar 
tərəfindən nəzəri surətdə dərk edilmişdir.
Onlarla ritorik fiqur mövcuddur. Biz isə yalnız bu gün də 
istənilən açıq nitqdə istifadə edilən, istifadəsi səmərəli və sadə ol­
205


duğu üçün mütləq zəruri olanlara nəzər salacağıq ki, onlarsız heç 
bir ritorikadan danışmaq mümkün deyil.
Məcazların (fiqurların) öyrənilməsinə müxtəlif yanaşmalar möv­
cuddur. Nitqdə ən məhsuldar və çox istifadə olunan yanaşma onun 
tədricən qüwətləndirilməsidir ki, bunun da əsasında 
təkrar
durur.
Təkrar
qrupu və ayn-ayn konstruksiyaları göstərir. Geniş 
mənada təkrar istənilən səviyyədə dil elementlərinin təkrarından 
ibarətdir.
Təkrarın ünsiyyət vəzifəsi - təkrar olunan hissələr yaddaşda 
qeydə alınır və məsələnin, problemin qavranılmasına təsir edir. Şi­
fahi nitq özünün xəttiliyi və dönməz olması ilə dinləyiciyə müəyyən 
informasiyanın üzərində dayanmaq imkanı vermir. Dinləyicilərin 
məlumatı yadda saxlaması üçün təkrarlardan istifadə edilir.
Nitqin yeknəsəq görünməməsi üçün təkrar olunan hissələr for­
ması dəyişdirilməklə istifadə olunur.
Bu ritorik fiqurun əsasında belə bir aforizm yaranıb: üç dəfə 
deyilənə xalq inamr. Sovet ideologiyasında bu fiqurdan geniş istifadə 
edilib: “ Sov.İKP-yə eşq olsun!”, “Kommunizm qalib gələcək!”, 
“Bəşəriyyətin sabahı Leninizmdir” kimi şüarların təkrarlanması və 
geniş “reklamı” insanların böyük əksəriyyətini inandırmışdı.
Təkrarlar nitqi asan, yaddaqalan edir, çünki ona müəyyən ritm verir.
Nitqin m üxtəlif səviyyələrində yaradılan təkrarların müxtəlif 
növləri:
• 
hem enasiya
- hərfi: sözlərin leksik səviyyədə təkrarı (illər 
ötür, ötür, ötür...);
• 
anafora
- eyni başlanğıc, eyni ünsürlərin hər bir paralel sıra­
nın başlanğıcında təkrarı (qanun sərtdir. Sərtdir, amma ədalətlidir); 
Barmaqlar pul sayır, çiçək də dərir, Barmaqlar can verir kamana, 
tara. Barmaqlar, barmaqlar yol da göstərir, Nabələd yollarda yol 
azanlara. (B. Vahabzadə)
• 
epifora
- eyni sonluq, bir-birinə yaxın olan sətir və misra­
ların sonunda eyni sözlərin, söz birləşmələrinin təkrarı. Bu təkrar 
nəticəni hazırlamaq imkanı verir (Gülünclərə gülünc gələn bu ada 
güldüm, Yüyəninə hər əl yetən bu ata güldüm. M ən özümlə oyna­
dığım şahmata güldüm... Kl.Araz);
206


• 
calaq, y a xu d anadiplozis
- əvvəlki cümlənin tamamlandı­
ğı sözün sonrakı cümlədə təkrarı (O haqlı deyil. Bu qaydadır, hər 
kəsin ki, acığı tutur, bərkdən qışqırır, o haqlı deyil.);
• 
e p a n o d -
inkarla təkrar, məsələn, seçim olmayanda seçim;
• 
paronom aziya
- paronim adlanan sözlərin təkrarı (biz bəra- 
bərhüquqluyuq, lakin bərabər deyilik, çünki təbiət bizi fərqli yara­
dıb). Bu halda təkrar hansısa məna çalarlannı xüsusi olaraq nəzərə 
çarpdırmağa kömək edir;
• 
poliptoton
- sözün ismin m üxtəlif hallarında təkrarı (seçkiləri 
seçkilərdən seçkilər fərqləndirir);
• 
sintaktik p a ra lellik
- birtipli (oxşar) sintaktik quruluşların 
təkrarı (sağlıq deməklə başladı, “Allah rəhmət eləsinlə” bitir­
di). Konstruksiyaların paralelliyi nəinki onların özünü, həm də 
mənasını qarşılaşdırmağa məcbur edir ( insan yoxdur- problem də 
yoxdur; cinayətkarların sayı artır- qurbanların sayı azalır);
• 
polisindeton
- çoxbağlayıcılıq. Bağlayıcılann təkrar olunma­
sı sintaktik strukturların həmcinsliyni, eyni zamanda onların bağ­
ladığı ünsürlərin bir-birinə uyğun olmamasını nəzərə çarpdırmağa 
imkan verir. Məsələn: Həm rəssam, həm varlı sifarişçilər, həm varlı 
sifarişçilərin dostları, həm də rəssamın həyat yoldaşı - hamı razıdır. 
Düzdür, vicdanı narazılıq edir. Yaxud: «Həm məni sevirsən, həm 
pisləyirsən, həm salıb qəlbinə əzizləyirsən» (B Vahabzadə).
• 
asindeton
- bağlayıcısızlıq. Sözlər arasında maraqlı məna 
münasibətləri yaratmağa imkan verir. Bağlayıcılar olmadıqda 
quruluş və məzmun baxımından qeyri-adi cərgələr əmələ gəti­
rən daxilən sərbəst strukturlar yaranması imkanı meydana çıxır. 
Məsələn: hakimiyyət nümayəndələri, deyirlər paytaxta köçür, 
deyirlər kurortlara gedirlər, deyirlər o qədər oğurlayıblar ki, deyir­
lər yalan danışırlar, deyirlər öz aralarında savaşırlar.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin