Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Qüvvətləndirmə (qradasiya fiquru)



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə90/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Qüvvətləndirmə (qradasiya fiquru) 
(latın dilində grada- 
tio - tədricən qüvvətlənmə, «pilləkən»). Sözün tərcüməsi anlayı­
şın mahiyyətini əks etdirir - əlamətin tədricən dəyişməsi (artması, 
yaxud azalması). Qüvvətləndirmənin əsasında dil, yaxud kontekst 
sinonimləri durur. Sinonimlərin minimal miqdarı üçdür.Məs., Oca­
ğında qızındığım, Qucağında isindiyim, Qoynunda boya-başa çatdı­
ğım, Ağlım, düşüncəm, hikmətim - Universitetim.(Z.Yaqub)
Qüvvətləndirmənin iki növü mövcuddur: yüksələn və azalan. 
Məsələn: ayaqlarım sürümək, sürünmək, quyruqda sürünmək; 
yerimək, qaçmaq, yel kimi getmək, cummaq; Atanın üç oğlu var­
dı: böyüyü ağıllı, ortancılı elə-belə, kiçiyi ümumiyyətlə axmaq idi.
Dialogizm fiqurunun ifadə vasitələrini 
ifadə, yaxud mürək­
kəb cümlə yox, dəlil, çox zaman isə nitq hissəsi təşkil edir. Dialoji 
fraqment kompozisiya baxımından tamamlanmış olduğu üçün, ge­
niş şəkildə amplifıkasiya oluna bilir və bəzən mülahizə içərisində 
mülahizəni təmsil edir: onun daxilində mətnə münasibətdə müstəqil 
qarşılıqlı əlaqələr meydana çıxır
Ritorik sual 
- sual formasında olan təsdiqdir; iki şəkildə 
istifadə olunur: nəqldəki əsas anlan qabartmaq üçün verilən bir ri­
torik sual və ritorik suallar sırası, bloku, qrupu. 
Ömür başdan- başa,
beşikdən -qəbrə, H əyat sevinci qəm i deyilm i? Ölüm bir öm ürlük
iztirabların, Ağunun, acının cəm i deyilm i ?
(B. Vahabzadə)
Ritorik sual təhrikedicilik məqsədilə istifadə oluna bilər: onun 
cavabı məlumdur, lakin buna baxmayaraq, danışan başqa bir ca­
vab təklif edir, məsələn, Fərman Kərimzadənin əsərində olduğu 
kimi: 
«Siz bu dağlara bələdsinizm i?» - burada öz-özünə nəzərdə
tutulan cavab: «Əlbəttə !»-dir, lakin yazıçı başqa cavab tə k lif edir:
«Deməli, Siz bizim dağlara bələd deyilsiniz!»
Sual-cavab gedişi
- bu üsul ondan ibarətdir ki, danışan sualı 
verməklə dinləyicini düşünməyə məcbur edir. Məsələn: 
«Əgər bu
fa k t həqiqətən də m övcud idisə, niyə iddiaçı özünün iddia ərizəsində
onu göstərm əm iş və məhkəmədə bu haqda danışm am ışdı? M əgər o,
bu cür əhəm iyyətli halı diqqətdən kənarda qoya bilərdi? M əhkəm ə
iclasında bu haqda ilk dəfə şahid hakimə m əlum at verib, həm də
irəli sürülm üş iddia üzrə vəkilin izahatından sonra. Bu da iddiaçını
209


çətin vəziyyətdə qoyub. İndi o, hər vasitə ilə bu vəziyyəti düzəltm ək
istəyir və vəkilinin diqqətsizliyinə istinad edir».

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin