Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə91/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Xəbərdarlıq 
- natiq tərəfindən qəsdən əks dəlilin və onun 
cavabının irəli sürülməsi. Bu vasitədən istifadə edərkən natiq elə 
etirazlar tapır ki, onlara özü də cavab verə bilsin.
Cavab verinə 
- auditoriyanın adından sualın qoyulması və 
ona natiqin adından cavab verilməsi. Bu ifadə vasitəsi cavabı çətin 
olan arzuolunmaz sualı, yaxud etirazı qabaqlayır.
Dubitasiya 
- problemin qoyuluşu və mülahizənin formasının 
əsaslandırılması üçün təxəyyüldəki həmsöhbətə bir sıra suallar 
verilməsi. Məsələn: 
bu işdə qanun kim in hüquqlarını və qanuni
m araqlarını m üdafiə edir? Bu m übahisədə kim haqlıdır? Onun
həlli zam anı hansı hüquq norm aları rəhbər tutulm alıdır?
Oksyumoron 
(yunan dilində oxys - iti, moros- səfeh) - birləş­
məyənin birləşdirilməsi. Oksyumoronun komponentləri bir-birini 
rədd etmir, bir-biri ilə təzad yaradır. Məsələn: 
Canlı meyid, paralel
əyrilər, qabaqcıl geridəqalanlar, məlum yeniliklər.
Təzadlı mülahizələr vasitəsilə daha maraqlı məna kəşfləri edi­
lir. Oksyumoron gerçəkliyin ziddiyyətli mahiyyətini təsvir edir.
Paradoks 
- (yunan dilində paradoxos - gözlənilməz, qəribə) 
iddia, ilk baxışda sağlam düşüncəyə zidd olan, lakin özündə ümu­
mun qəbul etdiyi, adi fikirdən daha dərin məna gizlədən fikirdir və 
paradoksda kinayə predmeti olur. Amerikalı filosof T.Cefferson de­
mişdir: 
«Ə nyaxşı hakim iyyət, ən az hökm ranlıq edəndir»
O.Uayld: 
«Birisi gün edilm əsi mümkün olanı sabaha saxlam a»(bu günün
işini sabaha qoyma -əvəzinə).
«Paradoks» termini Qədim Yuna­
nıstanda meydana gəlmişdir (orijinal, bənzəri olmayan fikri belə 
adlandırırdılar). 
Nə ya xşı ki y er üzərində təzadlar var, A za d ikən
dustaq olan, dustaq ikən azadlar var .
(Xəlil Rza Ulutürk ) 
Qa­
barlı əldə olan hünər, qeyrət - ağ əlcəkli əldə ola bilməz.
(Nəriman 
Nərimanov)
«Paradokslar» adlanan bütöv bir fəlsəfi traktat Siserona məx­
susdur. Paradoks - nitqə parlaqlıq verən çox gözəl ritorik vasitədir. 
Paradoks ehkamları dağıtmağa, köhnəlmiş, təngə gətirmiş, bayağı 
olanlara gülməyə kömək edir. Bu elə bir ritorik silahdır ki, ondan
210


istifadəni öyrənmək qılıncoynatmada qılıncla rəftarı öyrənmək 
qədər çətindir.
Kinayə kimi 
eyham 
da bilvasitə (dolayısı ilə) informasiya 
vermək üsuludur. Bu o deməkdir ki, məlumatın ünvanlandığı şəxs 
onu hərfi mənada başa düşə bilər, lakin onu genişləndirməli, ta­
mamlamalı, mənasını şəxsi fikrinin işi ilə inkişaf etdirməlidir.
Eyham nə qədər uğurludursa, onun ünvanlandığı insanın 
nəyinsə axıra qədər deyilmədiyini hiss edəcəyi və deyilməmişi düz­
gün bərpa edəcəyi ehtimalı daha yüksəkdir. P.Sergeyiçin məşhur 
«Məhkəmədə nitq sənəti» kitabında «Axıra qədər deyilməmiş 
haqqında» adlı parlaq bir fəsil var. Oradan 
eyham la
bağlı ümumi 
tövsiyələri nümunə göstərək:
1. Təcrübəli natiq həmişə dinləyicidən öz başlıca fikrini 
gizlədərək, axıra qədər söyləmədən ona yönəldə bilər. Natiqin fik­
rini «düşünüb tamamlayaraq», eyhamın anlaşılması işini yerinə 
yetirdikdən sonra dinləyicilər artıq inamsızlıqla dolu tənqidçi yox, 
natiqin özlərinin fərasətinə heyran olmuş həmfikirləridir. Fikir də 
hisslər kimi keçicidir.
2. Faktlar özləri danışdığı zaman fikrinizi axıra qədər söylə­
məyin. Bu tövsiyə istənilən nitq situasiyasında faydalıdır, yalnız 
lazım olan faktlar dəqiq və aydın təqdim edilməlidir.
3. Eyham üçün daha geniş və təbii mühit - tərif və danlama 
sahəsidir. Bacarıqsız danlama yaltaqlığa, ələsalmaya, təhqirə, ya­
xud bayağılığa keçir. Tərif və danlaq qədər heç nə ifadələrdə təm­
kinlilik tələb etmir. Şekspir deyirdi: «Sezara layiq olduğu haqqı 
vermək istəyirsənsə, de:- Sezar».
Beləliklə, əgər məcazlarla ifadə vasitələrinin qarşılıqlı müna­
sibətini nəzərdən keçirsək, belə bir nəticəyə gəlmək olar ki, ifadə 
vasitələri məcazlara nisbətən daha güclüdür, çünki onlar mətni bü­
tünlükdə, müəyyən prinsipə əsasən qurulmuş vahid struktur kimi 
əhatə etməyə imkan verir.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin