2. Nümunənin mənasım zorla qəbul etdirmək olmaz.
3. Bir nümunənin köməyi ilə olduqca çox məsələni izah etmək
olmaz.
4. Eyni nümunəni bir neçə dəfə təkrar etmək olmaz.
Nümunənin tətbiqi zamanı aşağıdakı
qaydaları
nəzərə almaq
lazımdır:
a) nümunə nə qədər yerinə düşür ?
b) o, tipikdirmi?
c) nitqdə kifayət qədər nümunə varmı ?
ç) nümunədə dinləyicilərin hisslərinə müraciət varmı ?
Statistik məlumat - rəqəmlərin mütənasibliyi
ilə ifadə olunan
nümunədir. Mahiyyəti etibarilə statistika - rəqəmlərdə əks olunan
faktlardır. Statistik məlumatlardan istifadə
qaydaları
bunlardır:
1. Statistik məlumatları peşəkarlıq və mənbəyin bitərəfliyi ba
xımından yoxlamaq zəruridir.
2. Mütləq mənbə göstərilməlidir.
3. Statistik faktları formalaşdırarkən qeyri-müəyyən ifadələr
dən çəkinmək lazımdır.
4. Yalnız bir meyarla ölçülə bilən amilləri statistik baxımdan
müqayisə etmək mümkündür.
5. Yalnız məlumatların toplumu ilə təsdiq edilənləri təsdiqlə
mək mümkündür.
Əyani vəsaitlər
də kütlə qarşısında çıxışın faktik dəlilidir. Əyani
vəsaitlər sırasına çizgilər (o cümlədən lövhədə), sxemlər,
xəritələr,
plakatlar, illüstrasiyalar, modellər ( son dövrlərdə İKT
vasitəsilə
təqdim edilən nümünələr) daxildir. İstənilən əyani vəsait nəinki fikri
təsdiq edir, həm də sadəcə, diqqəti cəlb edir, maraq doğurur.
Əyani vəsaitlərdən istifadə edərkən aşağıdakıları nəzərə almaq
lazımdır:
a) əyani vəsaitlərdən məqsədyönlü şəkildə, yəni yalnız şərh
edilən materialın aydınlaşdırılması, maraq oyadılması
və diqqətin
başqa istiqamətə yönəldilməsi məqsədilə istifadə edilməlidir;
b) əyani vəsait qabaqcadan hazırlanmalıdır;
c) onlar hamı üçün görünməlidir;
ç) nitq əyani vəsaitlərin istifadəsi ilə sıx əlaqələndirilməlidir;
231
f) nitq söyləyərkən əyani vəsaitə yox,
dinləyicilərə müraciət
etmək lazımdır;
d)
ona olan ehtiyac ödənildikdən sonra əyani vəsaiti yığışdır
maq lazımdır, yoxsa o, dinləyicilərin diqqətini yayındıra bilər.
Dostları ilə paylaş: