Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə100/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Şifahi çıxış ustalığı 
Ali məktəblərin qeyri-dil ixtisaslarında, 
təəssüf ki, nitq ünsiyyətinin əsaslarının, natiqlik ustalığının tədrisi 
nəzərdə tutulmayıb. Bu isə məişət və rəsmi-işgüzar ünsiyyətin bü­
tün səviyyələrində nitq mədəniyyətinin aşağı səviyyədə olmasına 
gətirib çıxarır. Halbuki xarici təhsil sistemində, o cümlədən Ru­
siyada, Türkiyədə ritorikaya kifayət qədər böyük diqqət yetirilir. 
Nitq ünsiyyətinin öyrənilməsi nəinki tədris planlarına daxil edi­
lir, həmçinin auditoriyadankənar işdə də nəzərə alınır. Xüsusilə, 
müntəzəm olaraq natiqlik sənəti üzrə müsabiqələr keçirilir.
Natiqin ustalığı dinləyicilərin emosional-iradi və əqli imkan­
larını öz nitqində nəzərə almaqla bəlağətli nitqin üsullarını və nitq 
taktikasını yerində tətbiq etmək bacanğından ibarətdir.
Əslində, natiq başqalarına təlqin etdiklərini hiss etməyə və 
duymağa borclu deyil. O, dinləyicilərini inandırmaq istədiyinə özü 
inanmaya da bilər. Lakin o, nitqin qavranılması zamanı dinləyici­
lərin nə hiss edəcəklərini, yaxud hansı addımı atacaqlannı aydın 
təsəvvür etməlidir.
Natiq, sadəcə gözəl nitqə malik insandan, natiqlik ustalığı, 
istedadı, həm də hansı dinləyici qrupu üçün və hansı məqsədləri 
həyata keçirməyin yerinə düşəcəyini, daha təsirli olacağını düşü­
nə bilmək qabiliyyəti ilə fərqlənir. Beləliklə, natiqin nitqinin sə­
mərəliliyi, təsirliliyi ilk növbədə onun səmimiliyi ilə deyil, onun 
mənimsədiyi nitq bacarıq və vərdişlərinin mükəmməlliyi ilə mü­
əyyənləşdirilir.
Şifahi monoloji nitq ustalığı təcrübə nəticəsində yaramr. Bəzi 
cavan natiqlər (belələri heç də az deyil) camaat qarşısında çıxışla 
bağlı sıxıntı, hətta qorxu hiss edirlər. Kifayət qədər çıxış təcrübəsinə 
malik olmayan belə natiqlər çox zaman öz imkanlarını düzgün qiy­
mətləndirmir, lazım olan səviyyədə psixoloji baxımdan məqsədyön­
lü və ritorik baxımdan səmərəli nitq üsulları və taktikasına malik 
olmurlar. Natiqin sıxıntı keçirməsinin bəzi səbəbləri bunlardır:
232


D axili narahatlığa həddindən artıq aludə olm a
Bu maneəni 
aradan qaldırmaq, yaxud zəiflətmək üçün mütəxəssislər natiqə diq­
qətini nitqin məzmununa istiqamətləndirməyi və bu zaman «Mənim 
təmsil etdiyim mövqe mənim şəxsiyyətimdən daha mühümdür» fik­
rini özünə təlqin etməyi məsləhət görürlər. Lakin bunun üçün, ən 
azı, dəqiq, düşünülmüş mövqeyə malik olmaq lazımdır.
İm ka n la rın ın lazım ınca qiym ətləndir il m ə m əs i
Özünüzü çıxı­
şa əla hazırlaşmış olmağınıza, mövzu üzrə toplanmış materialın 
çox zəngin olduğuna və dinləyicilərə lazımi təsir göstərə biləcəyinə 
inanmağa məcbur etmək lazımdır.
Yeri gəlmişkən, insanların başqaları tərəfindən anlaşılmaması­
nın adi səbəblərindən biri onların ifadə etmək istədikləri fikri öz­
lərinin lazımınca anlaya bilməmələridir. Bu səbəbdən, qarşıdakı 
nitq ünsiyyətinə diqqətlə hazırlaşmaq öz imkanlarınıza inanmağa 
imkan verər.
Təcrübə çatışm azlığı
Bunu yalnız bir vasitə ilə - təcrübə top­
layaraq aradan qaldırmaq mümkündür. Təklif edilir ki, ünsiyyət 
biliklərinizi bütünlükdə inkişaf etdirmək üçün istənilən imkandan 
istifadə edəsiniz: tez-tez seminarlarda çıxış etmək, idman, siyasət, 
mədəniyyət və başqa mövzularda, xüsusilə dostlarınızın əhatəsində 
müzakirələrə qatılmaq və s. səmərəlidir
D inləyicilərin səhv qiym ətləndirilm əsi
Bəzi təcrübəsiz na­
tiqlər auditoriyanın istənilən kiçik mənfi davranışını özlərinə pis 
münasibət kimi qiymətləndirməyə meyillidirlər. Bəzən bu, həqiqə­
tən də belə olur, lakin çox zaman auditoriya xüsusilə cavan, yeni işə 
başlayan natiqə münasibətdə bitərəf, yaxud xeyirxah mövqe tutur. 
Bu səbəbdən natiq dinləyiciləri pisniyyətli, bədxah adamlar kimi 
yox, onu başa düşən tərəfdaşlar kimi qəbul etməyə hazır olmalıdır.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin