nitqi tam am lam aq
üçün daha tez-tez istifadə etdiyi
metodlar.
1. çağırış, yaxud müraciət;
2. nəticə;
3. sitat;
4. illüstrasiya;
5. həvəsləndirici stimul;
6. şəxsi istək.
A.Monra nitq tərzi mükəmməllikdən çox uzaq olan natiqlərin
aşağıdakı tiplərini göstərir:
• aktyorluq edən, ünsiyyətdən daha çox özünü nümayiş
etdirmək üçün danışan boşboğaz;
• hər şeyi bildiyini nümayiş etdirən, “gələcəkdən xəbər verən”
(münəccim), həmçinin dinləyicilərin onu anlamasından çox alqış
larının qayğısına qalan;
• auditoriyanı heç sayan adamayovuşmaz;
• günahkar, öz danışdıqlarından utanan natiq;
• çərənçi, auditoriyanı söz seli ilə əzən.
Çıxışın təbiiliyi və sərbəstliyi, düşünmə və seçim, sözün «au
ditoriyanın gözü önündə yaranması» çox mühümdür. Bəs yuxanda
haqqında danışılan ətraflı hazırlıq bunun üçün maneə deyilmi? Ca
vab həmişə birmənalıdır:
natiqin çıxışa hazırlığı nə qədər sanbal-
lıdırsa, onun nitq yaratm a aktı o qədər canlı və sərbəst olacaqdır.
Bütün mütəxəssislər xəbərdarlıq edir ki, çıxışın mətnini əvvəl
cədən öyrənmək lazım deyil. Bu, çox zaman qeyri-təbii, çevik ol
mayan şərhə çevrilir. Natiq tələsməyə meylli olur, sözləri mənasına
varmadan tələffüz edir.
Bundan başqa, mətnin əzbərlənməsi metodu ona görə pisdir
ki, nitqə auditoriyanın münasibətinə uyğun şəkildə dəyişikliklər
etməyə imkan vermir. Çıxışın üzündən oxunması metodu da yadda
223
saxlama metodu kimi qeyri-çevikdir, o da danışan və auditoriya
arasında sədd yaradır.
Üzündən oxuyarkən danışanın gözləri mətnə zilləndiyi üçün
o öz dinləyicilərinə baxa bilmir, yalnız hərdən nəzər salır. Əgər o,
üzündən oxumanın xüsusi vərdişlərinə malik deyilsə, canlı nitqi
gözəlləşdirən səs imkanlarından, intonasiyanın zənginliklərindən
də kifayət qədər istifadə edə bilməyəcək.
Bəzi xüsusi vəziyyətlərdə qeydlərsiz keçinmək mümkün ol
mur, çünki sözlərin çox diqqətlə seçilməsi lazım gəlir. Məsələn,
rəsmi müraciətlər, yaxud elmi məruzə belədir. Belə hallarda natiqə
şərhdə canlılıq və müxtəlifliyi təmin etmək üçün əvvəlcədən oxu
məşqi etmək tövsiyə olunur. Lakin mümkün qədər qeyri-effektiv və
formal üsul kimi kağızdan oxumaqdan çəkinmək məsləhət görülür.
Yaxşı natiqlərin çoxu improvizə metodundan istifadə edir.
Qeyd etmək lazımdır ki, bu zaman nitq diqqətlə planlaşdırılır, la
kin sözlər qəti əzbərlənmir. Əvəzində natiq plan-konspekti bir kə
nara qoyur və nitqin ucadan söylənilməsini məşq edərkən hər dəfə
sözləri dəyişdirir.
D. Kamegi də bir sıra məsləhətlər verir. Onlardan bəziləri iş
güzar danışıqlar, söhbətlər və çıxışlar üçün aktualdır:
İnam lı olun.
D. Kamegi bu müddəanı psixoloq U.Ceymsə isti
nad edərək əsaslandırır:
«Sanki hərəkət hissin ardınca gəlir, lakin əslində hərəkət və
hiss uzlaşır: iradənin birbaşa nəzarətində olan hərəkəti idarə edə
rək, biz dolayısı ilə bu nəzarətə tabe olmayan hissi də idarə edə
bilərib).
Özünə inamlı olmaq çox mühümdür (bunun üçün böyük
material ehtiyatına, yaxşı hazırlığa malik olmaq lazımdır), lakin
özündən müştəbeh olmaq lazım deyil.
Səliqəli və z ə r if görünm əyə çalışın.
Bu, özünəhörməti artırır,
özünə inamı möhkəmləndirir və dinləyicilərdə hörmət yaradır.
Gülümsəyin və müsbət reaksiya əldə etməyə çalışın.
İşgüzar ünsiyyət üçün tövsiyə edilən ümumiləşdirilmiş plan
lardan ən çox aşağıdakı uyğundur:
• faktların şərhi (vəziyyətin qısaca işaqlandınlması);
224
• onlardan irəli gələn mülahizələrin, yaxud mahiyyət etibarilə
konkret təkliflərin söylənməsi;
• əməkdaşlığa, yaxud fəaliyyətə dəvət.
Lakin əvvəlcə
Dostları ilə paylaş: |