Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə92/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Nitqin emosionallığı 
Formanın nitqin məzmununa uyğunlu­
ğu məqsədəuyğunluq və emosionallığın uzlaşması vasitəsilə ifadə 
oluna bilər. Mülahizənin məqsədəuyğun hissəsi mətnin məntiqi - 
kompozisiyalı strukturunda, emosional hissəsi isə nitq vasitələrinin
211


estetik komponentlərində ifadə olunur. Həm də nitqin estetik, emo­
sional istiqaməti həmin anda qəbul edilərək onun haqqında ilk 
təəssüratları yaradır.
Nəticədə onlar ya məqsədəuyğun, səmərəli vasitələrin təsiri 
ilə möhkəmlənə, yaxud zəifləyə, ya da ümumiyyətlə neytrallaşa 
bilər. Bu səbəbdən, ritorika nəzəriyyəsi nitqdə məqsədəuyğunluq 
və emosionallığın ağıllı uzlaşdırılmasını tələb edir.
Nitqin emosionallığı nitq fəaliyyəti mədəniyyətinin mühüm 
meyarı, verbal təsir vasitəsi kimi çıxış edir. Sözün suggestiv 
(təlqinedici) vəzifəsi amiranəlik kimi bir xassə ilə səciyyələndirilir. 
Onu nitqin ritmi, sürəti və yüksəkliyi, həmçinin modal fellər yara­
dır. Danışanın şüurlu surətdə bu göstəriciləri idarə etməsi sözün 
təsirini əhəmiyyətli dərəcədə artırır.
İfadəlilik
- mülahizənin, diqqəti cəlb etmə vasitələrinin estetik 
nizama salınması; onun köməyi ilə mülahizənin ab-havası, əhval- 
ruhiyyəsi yaradılır.
İfadəli nitq informasiya axınında «batmamağı bacara bilir». 
Bundan başqa, məlumatın tərkibindəki ifadəlilik komponentləri 
onda başlıca olanı qabardır və bununla da bütün deyilənlərin qav- 
ranılmasını asanlaşdırır.
Lakin ən başlıcası diqqətin məzmunun zəruri komponentlərinə 
cəlb edilməsi və mətnin düzgün qurulmasıdır. Məsələn, başlıqlar 
verilmiş abzaslara bölünmüş, əsas sözləri müəyyən şriftlə seçilmiş 
yazılı mətn hissələrə ayrılmamış məlumatın bütöv «mələfə»sindən 
ibarət mətndən daha ifadəlidir.
Sözdə təkcə anlayış yox, həm də hisslər, əhval-ruhiyyə, istək 
və həyəcanlar da əks olunur. Obrazlı ifadəlilik, xüsusilə, məcaz 
və analogiya «mövzunun qaldırılması vasitəsi», « emosional 
yüksəkliklərə qalxma yolu»dur.
Emosional vasitələrin köməyi ilə camaat qarşısındakı nitqin 
üslubunu yüksəltmək, ona təntənəlilik və əzəmət vermək mümkün­
dür. Müvafiq məzmuna malik uğurlu forma dinləyicilərə kompleks 
şəkildə, çoxamilli, hərtərəfli təsir göstərir.
Tasit qeyd edirdi: «
M əzm unlu, lakin xarici görkəm i etibarilə
gözəl olm ayan nitq bəzək vurulm am ış tikinti kimidir, orada divar­
212


lar möhkəm və sarsılmazdır, lakin kifayət qədər cilalanm ayıb və
parıldam ır».
Şifahi çıxışın uğuru «ani təsir» də, dinləyicilərə qüvvətli təsir 
göstərməsindədir.
Şifahi nitqə emosional ifadəliliyi eyni obrazlı-bədii sözlərin 
dəfələrlə təkrar edilməsi vasitəsilə vermək mümkündür. Bundan 
məna dəyişmir, lakin hər şey danışanın intonasiyasından asılıdır.
İntonasiya vasitəsilə danışan məzmunun və mətnin dəyərlən- 
dirici xarakteristikasım ötürür. Mətndə paralel məna vahidlərinin 
simmetrik quruluşu estetik baxımdan əhəmiyyətli olan və bu söz 
birləşməsinin emosional qüvvəsini yüksəldən müəyyən söz oma- 
menti yaradır.
Lazım olan fikirlərin ifadəsində 
m əntiqi vurğu
mühüm rol oy­
nayır. O, emosional vurğu, yaxud nitqin intonasiya ilə ifasıdır.
Emosional intonasiyamn rolu haqqında məşhur pedaqoq 
A.S.Makarenko yazırdı:
«M ən ya ln ız «bura gəl» sözünü 15-20 çalarla söyləməyi,
üzümdə, duruşumda, səsim də 20 nüans əks etdirm əyi öyrənəndən
sonra özümü həqiqi m üəllim saydım. Və o zam an mən artıq kim insə
yanım a gəlm əyəcəyindən, ya xu d lazım olanı hiss etm əyəcəyindən
qorxmadım».
Siseron yazırdı ki, nitqi süni surətdə bəzəməklə söylənilənə 
müvafiq münasibəti ifadə etmək və bununla dinləyicilərdə eyni 
hissləri yaratmaq mümkündür:
• 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin