N itqin em osionallığı:
1) istifadə edilən nitq vasitələrinin (intonasiya, lüğət, struktur)
və mətnlərin ümumi həcminin, onların kompozisiya quruluşunun,
obrazlılıq və metaforalılığının uzlaşdırılmasında;
2) mətnlərin məzmunluluq xüsusiyyətlərində, onların emosio
nal modallığmı müəyyən edərkən, həmçinin fərd üçün bütünlükdə
xarakterik olan nitq davranışının m odallıqlannda
təzahür edir.
Yüksək mənfi emosionallıq vəziyyətində
nitqdə irəli sürülən
tezis və mülahizələrin miqdan, həmçinin fəal lüğət tərkibinin
həcmi azalır. Fikirlər eyni sözlərin ətrafında «ayaq döyməyə» baş
layır, sözlər müxtəlif sifət və təyinlərlə istifadə edilməyə başlayır.
Eyni bir tezis üçün istifadə edilən dəlillərin sayı çoxalır.
Nitqdə qiymədəndirici mülahizələrin sayı artaraq, təhqirə qədər ça
tır, sözlərə böyük həcmdə anlayışlar daxil edilir. Sözlər fikirlərin sürətinə
çata bilmir, həcmi və istiqaməti göstərən jestlərin miqdan çoxalır.
Tezis və mülahizə birləşir, səbəb aynca göstərilmir, nəticə isə
yekun əvəzinə göstərilir. Belə «klassik» «emosiyayaradıcı vəziy
yətdə» natiq özünün nitq məlumatını (tənqidi rezyume kimi) özgə
mətninin fraqmentləri, sitatlan, qəlibləri ilə əvəz edir.
Ciddi
məhdudiyyətlərin, leksik və sintaktik vasitələrin ciddi se
çiminin olmadığı intervyü, elmi diskussiya, operator reportajı zamanı
dil işarələri kodlanmn sərt reqlamentləşdirilməsi şəraitinin əksinə ola
raq, emosional tənzimlənmənin sərbəst forması daha dəqiq aşkara çıxır.
Nitqdə metaforalar, maraqlı assosiativ müqayisələr meydana
çıxır, əvəzedici sözlər buraxılır. Mətnlərin belə emosional əlvanlı
ğı müsbət psixoloji iqlim yaradılmasına, məqsədə çatılmasına qüv
vətli təsir göstərir.
Emosionallıq şifahi mülahizənin məqsəd və vəzifələrindən
asılı olaraq tənzimlənir. Emosiyaların belə tənzimlənməsi qabaq
cadan planlaşdırılmış çıxış, yaxud nitqdə həyata keçirilir. Məsələn,
elmi və rəsmi-işgüzar nitqdə emosional ifadə vasitələrinin miqdan
bu üslublann tələbləri ilə məhdudlaşacaqdır.
Publisistik (nəsihət, təsəllivermə), yaxud bədii (sağlıq, təbrik)
nitqlərdə bu vasitələrin sayı çox olacaq. Çünki son nəticənin mət
nin emosional çalarlanndan asılılığı yüksələcək.
214
Təkzib mətnlərində emosional çalarlann səviyyəsi isbat mənt-
lərindən və təqdim edilmiş verbal materialın
məzmununu xülasə
edən mətnlərdən yüksəkdir və xarakteri də mürəkkəbdir, bu isə
verbal ünsiyyətin m üxtəlif şəraitlərinin təşkil edilməsi üçün maraq
doğurur.
Emosional-ekspressiv vasitələrin daha böyük çoxluğuna danı
şıq nitqində rast gəlinir. Bu növdə üslub çərçivələri mövcud deyil,
deməli, psixoloji ifadəlilik üçün daha çox imkan yaranır.
Beləliklə, gündəlik nitq fəaliyyətində dinləyiciyə emosional
təsir göstərməyin mexanizmlərini bilmək və onu nəzərə almaq şi
fahi nitqin səmərəliliyini
əhəmiyyətli dərəcədə yüksəldə, emotiv
verbal ünsiyyətdə əhəmiyyətli yardım göstərə bilər.
Digər tərəfdən, şəxsi emosiyaların sərbəst şəkildə tənzim
lənməsi natiqə nitqindən dinləyicilərə, xüsusilə insan psixika
sına mənfi təsir göstərən şəraitdə emosiyaları kənarlaşdırmağa,
ünsiyyət üzrə tərəf-müqabilləri ilə sabit, rəvan münasibətləri təmin
etməyə imkan verir.
Siseron natiqin emosional davranışını onun ən mühüm vəzifəsi
ilə birləşdirirdi:
«D anışıqdanatiqüçündinləyiciniöztərəfinəm eyilləndirm əkdən
mühüm heç nə yoxdur və bundan ötrü dinləyici elə heyran olm alı
dır ki, onu şüurlu m ülahizələrin gücü yox, qüvvətli ruhi həyəcan,
ya xu d ekstaz idarə etsin.
Axı, insanlar həqiqətin, göstərişlərin, hüquqi norm a və qa
nunların tələblərindən daha çox nifrətin, məhəbbətin, ehtira
sın, qəzəbin, kədərin, sevincin, ümidin, qorxunun, yanlışlığın və
ümumiyyətlə, hansısa m ənəvi hərəkətin təsiri ilə mühakimə yürü
dürlər».
Emosiyalar da fikirlər kimi şüurda yaradıla bilər.
Bu zaman
« fikirlərin dili və sözlərin dili bir-biri ilə uyğunlaşmır», belə ki,
fikrin yadda saxlanılması onun ifadə edildiyi sözün yadda saxla
nılması demək deyil, burada əlaqə yoxdur.
Əgər fikri eyni sözlərlə yaratmaq istəsək, bu həmin fikrin yad
da saxlanmasını çox çətinləşdirər - məhz bu fakt yuxanda qeyd
olunan fikri təsdiq edir.
215
Eksperimentlər göstərir ki, natiqin söylədiyi ifadənin dərk
olunması fikir dilindən
söz dilinə özünəməxsus tərcümə, onun
qarşı tərəfdən başa düşülməsi isə, əksinə, söz dilindən fikir dilinə
tərcümədir. Müəyyən edilmişdir ki, belə tərcümənin emosiyalarla
müşayiət olunması fikrin yadda saxlanılmasının
səmərəliliyini və
onun təfəkkür prosesinin emosional motivasiyası hesabına yara
dılmasının keyfiyyətini yüksəldir.
216