U ğursuzluq haqqında xatirələr
Belə bir fikirlə banşm aq la
zımdır ki, çıxışlarınızdan biri həqiqətən də uğursuz alına bilər
(yeri gəlmişkən, hətta təcrübəli natiq də uğursuzluqla rastlaşa
bilər, heç də bütün çıxışların tam bir razılıq hissi doğurmadığını
isə ümumiyyətlə söyləmirik).
Uğursuzluğun nəticələrinin aradan qaldırılması
natiqin fo r
m alaşm ası prosesinin tərkib hissəsidir,
özü də uğursuz çıxışın,
233
məlumatın şərhi üsullarının, əsas müddəaların dəlillərlə möhkəm
ləndirilməsi, şərhin tərzinin və çıxış zamanı qeyri-verbal davra
nışın (mimika, jestlər, duruş və s.) incəliklərinə qədər təhlili yolu
ilə həyata keçirilir. Bu zaman
cavan natiq
söz birləşməsi natiqin
yaşını yox, təcrübəsini nəzərdə tutur.
Heç bir natiq, çıxışa nə qədər diqqətlə hazırlaşsa belə, uğur
suzluqdan tamamilə sığortalanmır. Lakin təcrübəli natiq nitq
prosesində baş verən m üxtəlif qüsurlara sürətlə və dəqiq münasibət
göstərməsi ilə digərlərindən fərqlənir.
Məsələn, çıxış edən birdən məzmunun «ip ucunu itirir», sö
zünü yarımçıq kəsir və daha nə deyəcəyini bilmir. Onun yerində
başqası, sadəcə, nitqi bitirər, yaxşı halda, yeni mövzuya keçər. Bəs
peşəkar natiq nə edər?
H ər şeydən əvvəl o, sakitliyini mühafizə edər: qorxulu heç
nə olmayıb, hamının başına gələ bilər, mövzunun davamı üçün
nəqlin «ip ucunu tapmalıyam!» fikrini cəmləyib, nitqinin sonun
cu cümləsini bir daha təkrar etdikdən sonra başqa sözlərlə, «Mən
bir daha qeyd etmək istəyirəm ki...» dil modelindən istifadə edir.
Əgər bu kömək etməsə, vaxtı uzatmaq lazımdır. Məsələn, sonuncu
cümlədəki fikri yeni cümlənin başlanğıcı etmək, yaxud sanki so
nuncu cümlə ilə əlaqədar olan maraqlı bir hadisəni danışmaq olar-
bu həm çıxışı gözəlləşdirər, həm də bəlkə onun ardım xatırlamağa
kömək edər.
Əgər bu da bir nəticə verməsə, təəssüf ki, çıxışı bitirmək la
zımdır (təxminən aşağıdakı sözlərlə); «Məsələ ilə bağlı demək
istədiklərim, əsasən bu qədərdir. Əgər müzakirələrin gedişində daha
bir imkan yaranarsa, mən öz çıxışıma əlavələr etməyə hazıram».
Daha bir nümunə - natiq yanılıb, düzgün olmayan ifadədən
istifadə edib. Bu zaman necə hərəkət etməli? Auditoriyadan üzr
istəməli («Xahiş edirəm, üzürlü sayasınız, mən səhv etdim. Hər
kəsin başına gələ bilər. Mən, əlbəttə, aşağıdakı məsələni nəzərdə
tuturdum...»), yaxud heç bir şey olmamış kimi davranmalı? Hər
şey səhvin mahiyyətindən asılıdır.
Bu səhv nəticəsində mülahizənin mənasının dəyişib - dəyiş
mədiyini tez müəyyənləşdirmək lazımdır. Dinləyicilər əvvəldə
234
danışdıqlanmzdan əslində nə deməli olduğunuzu aydınlaşdıra
bilərmi? Buna uyğun olaraq sonrakı nitq davranışı variantını seç
mək mümkündür.
Az əhəmiyyətə malik olan (əhəmiyyətsiz) səhvləri düzəltməyə
dəyməz - sadəcə, çıxışı davam etdirmək lazımdır. Bəzi dinləyicilər
bu səhvi, ümumiyyətlə hiss etməyəcək, hi ss edənlərin çoxu da natiqə
güzəştə gedəcəklər. Əgər bu səhvə görə, hər halda mülahizənin
mənası pozulursa, həmin anda səhvinizi düzəltməlisiniz.
Belə də olur: dinləyicilər əsnəyir, bir-biri ilə söhbət edir, ki
nayə ilə ağızlarını əyir, yerdən nə isə qışqırır, bəziləri isə çıxışın
ortasında zalı tərk edirlər.
Burada yadda saxlamaq lazımdır ki, dinləyicilərin hər bir
mənfi (yaxud mənfi kimi qəbul etdiyimiz) reaksiyasının səbəbi na
tiq deyil, yaxud məhz ona aid deyil. Bu münasibəti şəxsiyyətiniz
üçün təhqir, yaxud çıxışın məzmununa hörmətsizlik kimi qiymət
ləndirmək lazım deyildir.
Ayn-ayn dinləyiciləri zalı vaxtından əvvəl tərk etməyə başqa sə
bəblər məcbur edə bilər: həkimin qəbuluna getməli olmaları, yaxud
mənzil istismarı idarəsinin rəisinin yanına düşmək üçün vaxtın çat
ması, evə təmir ustalarının çağırılması, yaxın adamının xəstəliyi və s.
Onların bu işləri görmək üçün əvvəlcədən vaxt müəyyənləş-
dirmələri, lakin bunu natiqə xəbər verməmələri mümkün ola bilər
(bu faktı da mühazirədən sonra dəqiqləşdirmək arzuolunandır).
Əgər dinləyicilərdən bəzilərinin gözləri yumulursa, tələsmək,
həyəcanlanmaq lazım deyil. Bəlkə onlar qarşıdakı imtahana hazır
laşaraq, xəstə uşağa qulluq edərək, gecə yarıyadək oturmuş qonaq
larla söhbət edərək və s. yuxusuz bir gecə keçiriblər? Bu səbəbdən
onların ünvanına sərt atmacalar atmaq lazım deyil, bu, qalan dinlə
yicilərə də mənfi təsir göstərə bilər.
Əksinə, dinləyicilərin diqqətini bir şəkildə cəlb etmək üçün,
konkret nitq vəziyyəti nəzərə alınaraq, nitqinizi nitq taktikaları ilə
(həyatdan nümunələr, maraqlı məlumat, yüngül yumor və s.) can
landırmağa çalışmalısınız.
Auditoriyadakı söhbətlər onunla da bağlı ola bilər ki, sizdən
əvvəlki natiq eynilə sizin dediklərinizi, yaxud tamamilə zidd olan
235
fikirlər söyləmişdir və dinləyicilər təəssüratlarını bölüşür, bəlkə də
uğurlu verilmiş məlumatı müzakirə edirlər. Əgər dinləyicilər şü
urlu surətdə çıxışa mane olurlarsa, onlara çıxışın mövzusunun və
sonrakı şərhinin zalda əyləşənlər üçün əhəmiyyətini bir daha xa
tırlatmaq və bütünlükdə dinləyicilərin nüfuzuna əsaslanmaq olar.
Zaldan atmacalar eşidilir - təcrübəli natiq bununla əlaqədar nitq
vəziyyətinin dəyişilməsini o an qiymətləndirir: bu atmaca nitqin
məqsədinə nə dərəcədə mane olacaq ( heç bir halda, əhəmiyyətsiz
dərəcədə, əhəmiyyətli şəkildə?) Bu dəyərləndirməyə müvafiq ola
raq, natiq ya sadəcə, həmin atmacaya əhəmiyyət verməmək, ya
onu qeyd etmək, ya da onlara həmin anda, bəzən isə çıxışın müva
fiq hissəsində dəlillərlə cavab vermək qərarına gələ bilər.
Mənasız, ya da adi atmacaya əhəmiyyət verməmək də olar.
Əgər dinləyici həmin atmacanı təkrar edirsə, ona öz fikrini çı
xış etməklə bildirmək təklif oluna bilər.
Əgər atmaca, natiqin fikrincə, müzakirə edilən problemlə bağ
lı müəyyən bir əhəmiyyətə malikdirsə, onda bu fikrə həmin anda
münasibət bildirmək və çıxışın müvafiq hissəsində onu bir daha
nəzərdən keçirməyə söz vermək lazımdır. Lakin bu «sonradan
nəzərdən keçirməyi» qətiyyən unutmaq olmaz.
Əgər dinləyicinin kobud atmaca ilə natiqi özündən çıxarmaq
və bu zaman nitqin məqsədini şübhə altına almaq istəyi aydın olur
sa, bu halda o saat hücuma keçmək, ağıllı və gözlənilməz ifadə ilə,
lakin əlbəttə, təhqirə yol vermədən, yerdən gələn atmacalara cavab
vermək lazımdır.
Sosial iş üzrə mütəxəssislər, sosial menecerlər, xidmət sahə
sində müxtəlif səviyyəli rəhbər vəzifə tutanlar üçün mürəkkəb şi
fahi nitq ünsiyyəti sistemində daha çətin olan şifahi monoloji nit
qin əsaslarına yiyələnmək çox mühümdür.
M əlumdur ki, idarəetmə sahəsində və işgüzar aləmdə daha bö
yük uğurlar çox zaman öz peşə bilikləri ilə yanaşı həm də yaxşı da
nışmaq, insanları inandırmaq, öz tərəfinə çəkmək, özünü və ideya
larını reklam etmək bacarığına malik olan şəxslərin payına düşür.
Sonda Bebel və X.Şvalbenin «Şəxsiyyət, karyera, uğur» kita
bında gətirilmiş məsləhətlərdən bir neçəsini nümunə kimi veririk.
236
1. Auditoriyaya köklənin.
2. Əvvəlcə sizin nitqinizin məzmununun auditoriyanın ma
raqlarına uyğun olub-olmadığım aydınlaşdırın. Əgər sizin maraq
larınız onların maraqlarından fərqlənirsə, qarşılıqlı anlaşma körpü
sü yaratmağa səy göstərin.
3. Çıxış zamanı inamlı olun və öz sözlərinizə qəti inam nüma
yiş etdirin.
4. Baxışlarınız auditoriyaya, dinləyicilərə yönəlməlidir. Heç bir
halda sizə yönəlmiş baxışlardan qaçmayın. Bir nöqtəyə baxmayın. Çı
xışa başlamazdan əvvəl auditoriyam nəzərdən keçirin, sanki onlann
sizin sözlərinizi qəbul etməyə hazır olub-olmadığım yoxlayırsınız.
5. Yalnız sakitlik yarandıqdan sonra damşmağa başlayın.
6. Nitqinizi auditoriyaya qısa xitabla başlayın, bunun ardınca
ani (ehtiyac yaranarsa daha uzun) pauza verilməlidir.
7. İlk sözünüzdən başlayaraq, auditoriyanın reaksiyasım diq
qətlə müşahidə edin.
8. Nitqin aydın olmasım nəzarətdə saxlayın, çox sürətlə və
heç bir halda yeknəsəq danışmayın.
9. Əgər auditoriyanın bir qismi sizi az diqqətlə dinləyirsə, san
ki məhz onlara müraciət edirmiş kimi, baxışlarınızı onlara tərəf
yönəldin.
10. Əgər auditoriyanın yorulduğunu hiss edirsinizsə, yavaş da
nışmağa başlayın, sonra birdən səsinizi ucaldın (lakin o qədər yox
ki, auditoriya sizin onları canlandırmaq üçün bunu qəsdən etdiyi
nizi başa düşsün).
11. Əgər indicə dediyiniz sözlərin auditoriya tərəfindən müdafiə
edildiyini hiss edirsinizsə, toxunduğunuz məsələni ləngimədən in
kişaf etdirməyə səy göstərin.
12. Auditoriya tərəfindən müsbət reaksiyaya nail olduğunuz
anda çıxışın əsas hissəsinə keçin. Dinləyicilərdə yaratdığınız müsbət
emosiyalar sizə sözlərinizi onlara bəyəndirmək imkanı verər.
13. Auditoriyanın fikirlərinizi bəyənməsindən doğan mənəvi
coşqunluq anında da özünənəzarəti itirməyin.
14. Ən təhrikedici atmacalar da sizi müvazinətdən çıxarmama
lıdır.
237
15. Çıxış zamanı hətta yerdən təhrikedici səslər eşidilsə belə,
diskussiyaya girməyin. Söyləyin ki, çıxış bitdikdən sonra böyük
həvəslə istənilən suallara cavab verməyə hazırsınız. Bununla dis
kussiyaya köklənmək üçün vaxt qazanmış olarsınız. Bundan başqa,
çıxışınızın sonrakı gedişində diskussiya suallarının hamısı, yaxud
böyük bir qismi öz aktuallığını itirə bilər və deməli, diskussiyaya
da ehtiyac öz-özünə aradan qalxar.
16. Çıxışın böhranlı anlarında inamla, hər sözü vurğu ilə
deyərək danışmaq lazımdır.
17. Çıxışınızın auditoriya üçün xoşagəlməz ola biləcək hissələ
rini aydın görünən nümunələrlə əsaslandırmağa səy göstərin. Qeyd
edin ki, yalnız zərurət sizi bu cür mövzuya toxunmağa məcbur
edir, sonra isə bu sərt fikirlərinizi bir neçə xoş sözlə yumşaltmağa
çalışın.
18. Hətta əgər auditoriyanın sizdən məhz bunu gözlədiyini
düşünrüsünüzsə belə, səmərəlilik baxımından mühüm olmayan
ümumiləşdirici nəticələr çıxarmayın.
19. Heç bir vəchlə nitqi çətinliklə söylədiyinizi, yorulduğunu
zu, yaxud bəzi anlarda özünüzü inamsız hiss etdiyinizi büruzə ver
məyin.
20. Nitqi başa çatdırdıqdan sonra iştirakçılara diqqətlərinə görə
təşəkkür etməyi unutmayın. Heç bir zaman, hətta bu, çox cəlbedici
olsa da, çıxışdan sonra sizə hər hansı formada təzim etməyə və
yaxud susmayan alqışlarla yola salmağa yol verməyin.
238
|