Çıxışdan əw əl nə etmək lazımdır
Öz qeydlərinizi, yaxud nitqin mətnini yoxlayın - onlar lazımi
qaydada düzülübmü?
258
Yeni məlumatla tamş olun. O sizin çıxışınıza təsir edə bilərmi?
Nəyi isə dəyişməyə hazır olun.
Yeni hadisələri diqqətdə saxlayın. Dünən qəbul edilmiş qərar
ların da sizin çıxışınız üçün əhəmiyyəti ola bilər.
Əgər kiminləsə birlikdə çıxış edirsinizsə, onunla görüşmək və
çıxışı sona qədər razılaşdırmaq üçün vaxt saxlayın.
Çıxış edəcəyiniz yerə əvvəlcədən gəlin. Çıxışın baş tutaca-
ğı otağı, yaxud zalı nəzərdən keçirin və ehtiyac varsa, nəyi isə
dəyişdirin.
Əgər istifadə edəcəksinizsə, mikrofonun işlək vəziyyətdə ol
masım yoxlayın.
Əgər slaydlardan istifadə edəcəksinizsə, onlara bir də baxın,
lazımi qaydada düzülməsinə əmin olun, proyektoru yoxlayın və
fokusunu düzəldin və s.
Diqqəti yayındıracaq məsələlərin olub-olmadığını yoxla
yın. Divarlardan asılmış çap materialları, plakatlar dinləyicilərin
diqqətini sizin çıxışınızdan yayındıra bilər.
Xarici görkəminizi güzgüdə nəzərdən keçirin, saç düzümünü
zün səliqəliliyinə əmin olun.
Əgər tribunada sizə su lazım olacaqsa, onun mövcudluğunu
yoxlayın. Başqalarına arxayın olmayın.
Əgər siz prezidiumun kürsüsü arxasındasınızsa, unutmayın ki,
«başlıca fiqur» sizsiniz, auditoriya sizə intizarla baxır.
Nitqi başlayarkən ayağa qalxanda inamlı olun.
Danışmağa başlamazdan əvvəl fasilə edin. Ürəyinizdə üçə
qədər sayın. Dinləyicilərə baxın. Özünüzün orada mövcudluğunu
zu təsdiq edin. Nəfəsinizə diqqət yetirin.
Çıxışın mətnini, yaxud məruzəni oxumaq improvizə edilmiş
nitqlə çıxış etməkdən daha çətindir. Bu, aşağıdakı səbəblərdən bö
yük təcrübə və hazırlıq tələb edir:
• Üzündən oxu zamanı səs həvəsliliyini və canlılığını itirir;
• Hazırlıqsız oxu zamanı dinləyicilərlə əlaqənin itirilməsi
mümkündür;
• Hazırlıqsız oxu zamanı nitqin sürəti artır və yeknəsəqlik ya
ranır.
259
Çıxış üçün mətn forma etibarilə çapa verəcəyiniz mətndən
fərqlənməlidir.
Sətirlərin böyük formatından istifadə edin.
Mətn sətirlər arasında iki, abzaslar arasında üç interval olmaq
la çap edilməlidir.
Hər bir
əsas hissəni
yeni səhifədən başlayın. Yeni səhifənin
oxunuşu zamanı həmişə səsdə yüksəliş hiss olunur. Yeni bəndə ke
çid zamanı bu, əhəmiyyətlidir.
Abzas yeni səhifəyə keçməməlidir, bu, cümlələrə də aiddir.
Fikrin ortasında səhifənin çevrilməsi yəqin ki, yaxşı olmaz.
Vərəqin yalnız bir üzündən istifadə edin: vərəqlərin sayının
çox olması hələ çıxışın uzun olması demək deyil.
Səhifələri nömrələyin. Rəqəmi səhifənin sağ küncündə qoy
mağa üstünlük verilməlidir.
Səhifələri dəftərxana sancağı ilə birləşdirməyin. Çıxışdan əv
vəl bütün sancaqlan çıxann.
Mətnin daha çox diqqət yetirilməsi, xüsusi intonasiya ilə
oxunması, yaxud fasilə verilməsi lazım gələn yerlərində qeydlər
edə bilərsiniz, lakin bu qeydlər çox olmamalıdır.
İki mətn hazırlayın - məşq üçün və çıxış üçün. Çıxış üçün olan
nüsxəyə yalnız çıxış üçün son dərəcə zəruri olan qeydlərinizi kö
çürün.
Sonuncu məşqi çıxış üçün hazırladığınız mətnlə keçirin.
Kafedra-tribuna (kağızların qoyulması üçün pyüpitr) rahat ol
malıdır ki, oxuyarkən başınızı çox aşağı əyməli olmayasınız.
Kafedranın sizi tamamilə gizlətmədiyinə əmin olun. Mətnin
oxusu zamanı bütün dinləyicilərin sizi yaxşı görüb eşitdiyinə əmin
olmalısınız.
Məşqlər zamanı əmin olacaqsınız ki, mətndəki bəzi cümlələr
çox uzun, ağırdır, tələffüzü çətin olan sözlər var. Onları başqaları
ilə əvəz edin ki, danışmaq sizin üçün asan olsun.
Heç bir halda çıxışdan əvvəl onun mətnini dinləyicilərə ver
məyin, onlar sizin ucadan oxumaq qabiliyyətinizi yoxlamağa gəl
məyiblər. Jurnalistlər üçün istisna etmək olar.
K ağızdan oxuya necə hazırlaşm alı
260
Səsinizdən fəal istifadə edin, aktyorluq qabiliyyətlərinizi işə
salmağa səy göstərin.
Cümlələr uzun, tərkibində 15 sözdən çox olmamalıdır.
M üxtəlif uzunluqda cümlələrdən istifadə edin ki, bir uzun
cümlənin ardınca digəri gəlməsin.
Cümlələrin quruluşu sadə və aydın olmalıdır. Tabeli mürəkkəb
cımlələrdən, xüsusilə şərt budaq cümlələrindən istifadə etməyin.
Jarqonlar və xüsusi terminlərdən istifadə etməyin.
Aydın olmayan və heç bir məna ifadə etməyən təyin və zəiflik
ləri mətndən çıxarın.
«Ölü» ifadələr, qəlib fikirlər və artıq sözlərdən xilas olun.
«Hal-hazırki vəziyyətdə», «nöqteyi-nəzər» əvəzinə «indi», «ba
xım» kimi sadə sözlərdən istifadə etmək daha münasibdir.
Çıxışınızdan heç bir mənası olmayan «mahiyyət etibarilə»,
«lap açığını desək», «əlavə etməliyəm ki», «qeyd etmək maraq
lı olardı», «buna diqqət yetirmək vacibdir», «diqqətinizə çatdıra
bilərəm», «diqqətinizi cəlb edə bilərəmmi», «demək lazımdır ki»,
«icazənizlə söyləyim» və s. kimi şablon ifadələri çıxarın.
Fel zamanlarını sadələşdirin. Sadə indiki, keçmiş və gələcək
zamanlardan («biz gəlirib), «biz gəldik», «biz gedəcəyik») istifadə
edin. Mürəkkəb şəkillərdən istifadədən çəkinin («biz getməyə ha
zırlaşdığımızı biruzə vermiş olduq» və yaxud daha qəliz: «biz ar
zularımızın ziddinə də olsa, bu çətin və məşəqqətli yolu bizimlə
birgə bu əzablan qəbul etməyə hazır olan vətənpərvər gənclərlə
getməyə hazır olduğumuzu bildirməkdən çəkinmədiyimizi elan
etməkdən şərəf duymuş oluruq.»).
Kitabdan sitat gətirərkən də indiki zamandan istifadə edin
(«Mirzə Cəlil bizə xatırladır...», «Sabir bu haqda başqa cür dü
şünün)). Yalnız konkret zaman göstərilən cümlələr istisnadır
(«Uinston Çerçil 1942-ci ildə müəyyən etmişdi ki...). Məmməd
Əmin Rəsulzadə 1918-ci il 28 May günü — Azərbaycanı müstəqil
dövlət
elan e d ir .
Rəsulzadə və şura üzvləri İstiqlal Bəyannaməsini
ayaq üstə
dinləyir.
Bütün ölkələrin radiostansiya və qəzetləri
Azərbaycanın müstəqillik xəbərini dünyaya
yayır.
261
|