Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə117/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

suallar
onlara 
cavablar
əhəmiyyətli rol 
oynayır. Suallar dəlillərin xüsusi növünə çevrilir və aydınlaşdır­
ma, həqiqətə şübhə oyatma, məlumatın dəqiqləşdirilməsi, əsas­
landırmada istinad olunan vasitə kimi istifadə oluna bilir.
Sualların köməyi ilə dərkedici, problemli situasiyalar yaradıla 
və nəhayət, suallar həm taktiki üsul, həm də m üxtəlif növ fəndlər 
kimi istifadə oluna bilər.
Standart şəkildə yoxlanılan (həqiqiliyi yoxlanılan və saxtalaş­
dırılan) hökm və mülahizələrdən fərqli olaraq, sualları açıq-aşkar 
həqiqi, yaxud yalan kimi qiymətləndirmək mümkün deyil.
281


Lakin bu heç də onların düzgün, yaxud yanlış, yerində, yaxud 
yersiz, anlaşıqlı, yaxud mənasız, müəyyən mövzuya aid, yaxud 
heç bir şeyə aid olmayan, cavab tələb edən, yaxud ritorik (cavaba 
ehtiyacı olmayan) ola bilməsi mənasını vermir.
Sualların çoxunda əlavə informasiya, alternativ olanlar arasın­
da seçim edilməsi tələb olunur. Adətən, belə suallar «yoxsa» tip­
li suallar adlanır. Onların məntiqi forması aşağıdakı şəkildə olur: 
A yoxsa B?(Azərbaycan dilində bəzən “mı” ədatı “yoxsa”nı əvəz 
edir.) Məsələn: «Siz öz məzuniyyətinizi istirahət evində, yoxsa id­
man düşərgəsində keçirirsiniz?» Belə suallar ayırıcı adlanır. Bəzən 
ayırıcı suallar daha mürəkkəb formada olur: «Ahəqiqətənmi B-dir, 
yaxud C-dirmi?» Yaxud: «Üçbucağın bütün bucaqlarının iti yaxud 
kor bucaq olması doğrudurmu?» Bu zaman ayırıcı suallann yanlış 
olmaması qaydasına əməl edilməsi zərurəti meydana çıxır. Sadə 
ayırıcı sualda (A, yaxud B?) soruşulan alternativlərdən biri həqiqi 
olmalıdır. Əks halda, bütün sual 
yanlışa
çevrilir.
Mürəkkəb ayırıcı «Ahəqiqətənmi В ...» sualında alternativlərdən 
biri təsdiq olunmalıdır. Əks halda bu sual da yanlışa çevrilmiş olar.
Sualın tam olması üçün tələb edilən alternativlərin sayı kifayət 
qədər olmalıdır. Belə ki, üçbucağın bucaqlan haqqındakı sualı 
yanlış hesab etmək olmaz, lakin o, tam deyil, çünki iti və kor bu­
caqlardan başqa düz bucaqlar da mövcuddur.
Suallar təkcə yanlış, yaxud yarımçıq yox, həm də 
m ənasız
ola 
bilər, məsələn, «Üçbucağın bütün bucaqlarının qırmızı, yaxud ya­
şıl olması doğrudurmu?» sualı da «İsti, möhkəm və ağdırmı?» sua­
lı kimi mənasız (düşünülməmiş) suallar sırasına aiddir.
Sual tələbin bir növü, cavab isə tələb edilən məlumatın təqdim 
edilməsidir (yaxud əksinə). İstənilən sualda əldə edilməsi tələb 
olunan informasiyaya yönəlmiş ünsür mövcuddur. Doğrudur
çox zaman bu yönəldilmə dolayısı ilə, aydın olmayan şəkildədir. 
Məsələn, «Ververley» romanım kim yazıb?» sualında bu adda bir 
romanın mövcudluğu nəzərdə tutulur və əgər belə bir roman möv­
cuddursa, deməli, onun müəllifi də olmalıdır.
Yuxanda qeyd edilən sual mövcud informasiyaya əlavələr 
olunmasını tələb edən suallara aiddir. Belə suallann qrammatik
282


əlaməti «kim?», «nə zaman?», «Nə üçün», «kim tərəfindən?» və s. 
kimi bilavasitə sual sözləri olacaq.
Bu növ suallarda da onlann düzgünlüyü haqqında fikir 
yürütmək imkanı verən ünsürlər mövcuddur. Bu, hər şeydən əvvəl, 
sualın hissələrinin məna uyğunluğu ilə bağlıdır. Əgər bu uyğunluq 
pozulmuşdursa, sual yanlış olur.
Müəyyən mülahizənin həqiqiliyini dəqiqləşdirən suallar möv­
cuddur. Məsələn, «Marsda həyat varmı?» Belə sualların qramma­
tik əlaməti mı (4) sual ədatıdır. Onlar elə «mı sualları» adlandırılır. 
Düzgünlük tələbi bu növ suallara da aid edilir.
Digər sual növləri sırasında 
şərti
sualları da göstərmək müm­
kündür. «Naqilin müqaviməti artdıqda şəbəkədəki gərginliyin art­
ması doğrudurmu?» Belə sual aşağıdakı şəkildə olur: «Əgər A ..., 
ondaB»; 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin