Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə118/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

birləşdirici
suallar: «Aristotelin Makedoniyalı İsgəndərin 
müəllimi və sillogistikanın banisi olması doğrudurmu?»; 
m üqayi-
səedici
suallar: «Bürünc alüminiumdan möhkəmdirmi?»
Beləliklə, əsaslandırmada vaz keçilməli 
suallar sırasına
aşağı­
dakıları aid etmək olar:
1. yalançı alternativə malik suallar;
2. terminlərin çoxmənalılığının, sinonimlərin mövcud olduğu 
suallar;
3. anlayışların həcminin mütənasibliyinin pozulmasına əsasla­
nan suallar;
4. mənasız alternativə malik suallar;
5. tərkibində ziddiyyət olan suallar;
6. tərif və təsnifat qaydalarının pozulmasına əsaslanan suallar.
Suallardan taktiki istifadə onlardan əsaslandırmada taktiki üsul
kimi istifadə edilməsini nəzərdə tutur. Belə üsullar sırasına sualla­
rın bəzi vəziyyətləri aydınlaşdırmaq, əlavə informasiya istəmək 
məqsədi ilə yox, taktiki üstünlük əldə etmək məqsədi ilə istifadə 
edildiyi bütün hallar daxil edilir. Çox zaman bu, reqlamentin, mü­
bahisə əməliyyatının müxtəlif qayda pozulmaları ilə əlaqədar olur.
Belə qayda pozulması sualların sayının həddindən artıq çox 
olmasıdır. Mübahisə konvensiyası dəlilin xüsusi növü kimi sualla­
rın mütləq cavablandırılmasını tələb edir.
283


Əgər sual diqqətsiz (cavabsız) qalırsa, bu o deməkdir ki, ya 
opponent qoyulmuş suala cavab vermək iqtidannda deyil (lazımi 
informasiyaya malik deyil), ya da cavab vermək istəmir. Həm bu, 
həm də digər hal pisdir.
Hər iki halda bu, taktiki məğlubiyyətə aparır. Lakin bir tərəfin 
digər tərəfə hədsiz çox sayda sual verməsi halında ilk baxışdan 
həlledilməz görünən vəziyyət yaranır: suallara cavab verməmək 
olmaz, lakin hamısına cavab vermək də, sadəcə, mümkün deyil. 
Misal: 
B ir gün M olla Nəsrəddin çöldə suvarma ilə m əşğul imiş. Bir
cavan oğlan yaxınlaşır ki, Molla, eşitmişəm sən ağıllı adamsan, sənə
40 sual hazırlamışam.Onları bir-bir verim, yoxsa hamısını birdən?
M olla deyir ki, hamısını birdən soruş.Cavan sualları deyə-deyə
M olla öz işini görür, elə ki suallar bitir, M olla deyir: “ay oğul, ca­
vabları bilmirəm ” Oğlan təəccüblənir ki, bəs dedilər sən hər şeyi
bilirsən, mən də bir saatdır sualları deyirəm, elə bayaqdan deyəydin
bilmirəm, mən çıxıb gedəydim də...M olla cavab verir ki, ay bala,
m ən də sənin suallarına 2 saat cavab verməliydim, onda bu suvar­
m anı kim edəcəkdi, dedim bilmirəm, canım qurtardı, vəssalam...
Buna qarşı əks üsul sualların seleksiyası olmalıdır. Sualları 
mənasız və mənalı olanlara ayırmaq və mənasızları kənara qoy­
maq (rədd etmək) lazımdır.
Yerdə qalan suallar arasında düzgün və yanlış olanlarını ayır­
maq lazımdır. Yanlışlardan imtina edilərək, qalanlarını mövzusu 
olan və olmayanlar şəklində ayrımaq lazımdır.
Nəhayət, mənalı, düzgün, mövzusu olanlardan da yalnız 
yerində olanlan (məhz müzakirə mövzusuna aid olanlan) ayırıb, 
onlara cavab vermək lazımdır.
Seleksiya prosesinin özü qarşı tərəfi suallardan sui-istifadədən 
çəkindirir, çünki istənilən keyfiyyətsiz sualın rədd edilməsi onun 
öz mövqelərini zəiflətməsi, özünə olan inamını azaltması ilə nəti­
cələnir.
Əgər bundan sonra da sualların sayı azalmırsa, müzakirə kon­
vensiyasına suallann sayının məhdudlaşdırılması əlavəsinin edil­
məsi təşəbbüsü ilə çıxış etmək lazımdır, çünki saysız-hesabsız 
suallar mübahisəli vəziyyətin müzakirəsinin gedişini ağırlaşdırır.
284


!
Əgər bütün bu tədbirlər də müsbət təsir göstərməzsə, perspek­
tivsiz olduğu üçün mübahisəni kəsərək, konvensiyamn pozulması­
na görə günahı qarşı tərəfin üzərinə qoymaq lazımdır.
Suallarla aüşma da yanlış addım sayılır. Bu, konvensiyamn sual­
lardan sui-istifadə yolu ilə pozulmasının ən aydın görünən nümu­
nəsidir. Həm də burada birinci başlayan yox, hər iki tərəf günahkardır.
Taktiki üsul kimi burada 
suallara əhəm iyyət verilm əm əsi
me­
todikasından istifadə edilə bilər. Əgər opponent sualı «eşitmirsə», 
ya da, sadəcə, ona əhəmiyyət vermirsə, sualı təkrar etmək lazım­
dır. Sualın təkrarı mütləq izahat və əsaslandırma ilə müşayiət olun­
malıdır, məsələn: «Sualıma cavab almadığım üçün mən onu təkrar 
etməyə məcburam».
Bunun da təsiri olmasa, sualın istənilən şəkildə təkrarlanması, 
xüsusilə kütlə qarşısında çıxış zamanı, sizin öz mövqeyinizə mənfi 
təsir göstərə bilər, çünki istənilən təkrar dinləyicilərdə qıcıqlanma
yaradar.
Müstəsna hallarda, sual xüsusilə mühümdürsə, əlbəttə, onu tək­
rar etmək olar, lakin bu halda mütləq «Bu sual prinsipial əhəmiy­
yətə malik olduğu və mən də ona cavab almadığım üçün...» izahatı 
ilə müşayiət oluna bilər. Lakin ən yaxşısı həmin sualı, sadəcə, başqa 
formada, yenildən quraraq, yaxud hissələrə ayıraraq verməkdir.
Əgər bu üsullar da nəticə vermirsə, sualı müzakirədən çıxar­
maq məqsədəuyğundur, lakin elə etmək lazımdır ki, bununla «bəzi 
mənfəətlər» əldə etmək və qarşı tərəfin «bostanına daş atmaq» 
mümkün olsun.
Dolayısı ilə verilən 
m ücərrəd suallar,
yəni mübahisə mövzu­
suna birbaşa aid olmayan suallar da suallardan taktiki istifadəyə 
aid edilə bilər. Onlar reqlamenti uzadır və müzakirəni əsas möv­
zudan yayındırır.
Suala sualla cavab verilməsi də taktiki məqsədlərə xidmət edir. 
Belə cavablar heç nəyi aydınlaşdırmır, yalnız konstruktiv dialoq 
aparmağı çətinləşdirir. Bu baxımdan onları yersiz hesab etmək olar.
Nəhayət, suallardan taktiki istifadəyə aşağıdakı fəndləri: audi­
toriyaya verilən sualları, ümumiyyətlə, heç bir cavab tələb etməyən 
sualları (ritorik suallar), heç kimə ünvanlanmayan sualları, özü-
285


özünə cavab verən sualları, ümumiyyətlə, hər hansı cavabı olma­
yan (olması mümkün olmayan) sualları, zarafat-sualları, fəndləri, 
kazuistik və təcrübəyə əsaslanmayan sualları da aid etmək olar.
Suallara mücərrəd mülahizələr, boşboğazlıq, məsələyə dəxli 
olmayan sözlər, zarafatlar, mimikalar, jestlər, üz-göz əyişdirmələri 
və s. yox, yalnız qətiyyətlə təsdiq edilən hökmlər cavab ola bilər.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin