Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə120/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Mübahisənin əxlaq kodeksi 
Səmərəli qurulmuş mübahisənin 
qaydalarını pozan, müzakirə mövzusunun sahəsinə əvvəldən ya­
lan olan dəlillər daxil edən, mübahisəli müddəaları kənar suallarla 
əvəz edən üsullar 
m übahisədə
qeyri-qanuni hesab edilir.
Mövzudan yayınma 
- ən geniş yayılmış (qeyri-loyal) qeyri - 
qanuni üsuldur. Onun tətbiqi m üxtəlif şəkildə ola bilər. O, əvvəllər 
müzakirəyə təqdim edilməmiş tezislərdən istifadədə ifadə oluna 
bilər. Onun digər növü öz tezis və ya dəlilinizin daraldılması, 
həmçinin qarşı tərəfin əsaslandırma sahəsinin genişləndirilməsi, ya­
xud məhdudlaşdırılması ilə əlaqədardır. Əsaslandırma təcrübəsində 
bu, müzakirə predmetinin gizlicə başqa tezislərlə əvəzlənməsi və 
mövqelərin səhv qiymətləndirilməsi və s. ilə nəticələnir.
Mövzudan yayınma opponentlərdən birinin kənar tezisləri in­
kişaf etdirməsində, tezis və dəlillərin qiymətləndirilməsi meyarla­
rının pozulmasında, ciddi təsdiq tələbinin əsaslandırma sahəsində 
razılaşdırılmamış meyarlarla əvəz edilməsində aşkara çıxa bilər.
Mövzudan yayınma üsulundan istifadəyə mane olma vasitəsi 
kimi əsaslandırma sahəsinin, mübahisə predmetinin, mübahisəli 
müddəanın, tərəflərin tezislərinin və polemikanın apanlması qay­
dalarının dəqiq müəyyənləşdirilməsini göstərmək olar.
Şəxsiyyətə yönələn d əlil
üsulu mübahisə subyektinə müraciət 
vasitəsi kimi çıxış edir. O, mübahisə predmetinin dəyişdirilərək 
mübahisə edənlərin şəxsi keyfiyyətlərinə keçirilməsində ifadə olu­
nur; daha çox tərəflərin m üxtəlif ittihamlarını, şəxsi keyfiyyətlərinin 
dəyərləndirilməsini, faktı və isbatı yox, ittihamı və “yarlık asmanı” 
əks etdirir.
Bu üsulun m üxtəlif növlərindən biri nüfuzlu şəxsiyyətə isti­
nad etmə, isbatın sitatlarla əvəz edilməsi ola bilər. Mübahisədə bu 
üsuldan istifadə edilməsi onun səmərəliliyini pozur.
Belə bir sual meydana çıxır ki, kiminsə nüfuzuna istinad etmə, 
ilkin mənbələrdən sitat gətirilməsi mübahisədə nə dərəcədə dəlil
288


ola bilər? Aydındır ki, bu, yalnız sitat gətirmək üçün sanballı dəlil 
olmadıqda mümkündür. Nüfuza istinad etməklə yalnız bir şeyə 
nail olmaq mümkündür: sizin mövqeyiniz də həmin məktəbin, 
istiqamətin, dünyagörüşü yaxud ideoloji mövqeyin çərçivəsində 
inkişaf etdiyini təsdiq etmək.
Auditoriyaya yönələn dəlil -
dinləyicilərə, tamaşaçılara, oxu­
culara müraciətdə ifadə olunur. Mövqeyinizin müdafiəsi məqsədilə 
auditoriyaya müraciət edilməsi, mübahisə edənləri ayırmağa çağı­
rışlar etmək, onların əhval-ruhiyyəsindən, psixoloji vəziyyətindən, 
maraqlarından, bağlılıqlarından, rəğbət və nifrətlərindən istifadə -
bütün bunlar həmin üsulun m üxtəlif formalarıdır.
Öz vasitələrini seçərkən çox da tələbkar olmayan opponent au­
ditoriyanın hüsn-rəğbətini qazanmağa çalışaraq onunla əylənir, səs 
çoxluğu üsulu ilə bu və ya digər məsələni həll etməyə çağırışlar edir.
Auditoriyaya yönələn dəlil istənilən üsulla qələbə əldə etmək 
istəyən adamın əlində ən güclü dəlildir. Və qeyd etmək lazımdır ki, 
bu dəlilin dağıdıcı qüvvəsi ona qarşı qoyulan konstruktiv üsullar­
dan daha qüvvətlidir.
İş burasındadır ki, bu dəlilin qüvvəsi (onun tətbiqinin dağıdı­
cı qüvvəsi) məhz onlara ünvanlanan kütlə subyektinin şüurunda, 
əhval-ruhiyyəsində, psixologiyasında toplanan daxili gərginliklərlə 
şərtlənir.
Bu dəlil qarışıqlıqların, tətillərin, dövlətçiliyə və konstitusiya­
ya zidd m üxtəlif fəaliyyətlərin detonatoru ola bilər. Bu səbəbdən 
də həmin üsulun qarşısını ala biləcək yeganə səmərəli vasitə (onun 
ekstremal təzahür formaları -fitnəkarlıqlar, təhrikedici çağırışlar 
və s. mövcud olduqda):- kütlə subyektinin şüurunun auditoriya­
ya müraciət amilinin bant çəlləyi üçün qığılcım rolunu oynayacaq 
səviyyəyə çatdınlmamasıdır.
G üc tətb iq etm əldə əsaslandırm a üsulu da qeyri-qanuni 
üsullara aiddir. Belə əsaslandırma m üxtəlif növ hədələrlə əlaqədar­
dır. Onlann əhatə dairəsi çox geniş ola bilər: əgər təklif edilən baxış 
qəbul edilməzsə, sualın müzakirəsinin dayandırilması hədəsindən 
tutmuş qarşı tərəfin mövqeyini bir sıra kodekslərlə, ümumbəşəri 
əxlaqi dəyərlərlə, yaxud sinfi maraqlarla bir araya sığmayan kimi
289


təfsir etmək hədəsinə qədər müxtəlif qeyri-loyal üsullar bura daxil­
dir. Onların sırasına mübahisədə m üxtəlif süründürməçiliklər, req­
lamentin uzadılması, qarşı tərəfin və dinləyicilərin aldadılması, 
sensasiya arxasınca qaçmaq, ifşa oyunu oynamaq və s. də daxildir. 
Bu üsulların bəzilərini ümumi əsaslarda birləşdirmək mümkündür. 
Məsələn, 
reqlament əleyhinə
yönəldilmiş bir qrup dəlil mövcud­
dur. Bunlar mübahisəni istənilən üsulla pozmağa yönəlmiş qey­
ri-qanuni fəndlərdir. Onlara 
m üxtəlif növ hərəkətlər, qeyri-adi bə­
yanatlar, fitnəkarlıqlar
aiddir. Reqlamentin pozulmasının daha 
kəskin forması kimi 
heç bir əsas olmadan müzakirədən çıxmaq
üsulunu göstərmək mümkündür. Bəzən bu, «Əgər burada məni ba­
şa düşmürlərsə, mən zalı tərk etməyə məcburam», «əgər mənim 
dəlillərimi nəzərə almırlarsa, mübahisə etməyin də mənası yorx- 
dur» və s. tipli bəyanatlarla müşayiət olunur.
M übahisə reqlamentinin əleyhinə yönəldilmiş dəlillərin digər 
növü- 
təşəbbüsün şişirdilməsi
ola bilər. Bu üsulun da kobud və 
incə formaları mövcuddur. Birinciyə mübahisə edən qarşı tərəfə 
danışmaq imkanı verməmək: ayaqlan yerə döymək, fit çalmaq, 
qışqırmaq, qarşı tərəfi dinləməmək, əllər ilə qulaqlan qapamaq və 
s.daxildir.
Mitinq demokratiyası şəraitində keçən müasir proseslər bu 
üsulun tətbiqinin m üxtəlif formalannı yaradır. B u üsulun tətbiqinin 
ikinci növü
ondan ibarətdir ki, mübahisə edən «boğazını zora sa­
lın), qarşı tərəfə danışmaq imkanı vermədən bütün reqlament 
müddətini m üxtəlif fikirlər söyləməklə məşğul olur.
Mübahisənin predmetini təhrif edən dəlillər mübahisədə 
təxribat
adlandınlır. Təxribat da çox kobud və açıq-aşkar ola bilər. 
Məsələn, bir an əvvəl deputatların statusu haqqında mübahisə 
edirdilər, lakin artıq kiminsə araya atdığı bir sözlə ekoloji vəziyyəti 
müzakirə edirlər. Bu məsələ ilə bağlı qərar qəbul etməmiş, ar­
tıq diqqətləri milli mədəniyyətin xilası məsələlərinə yönəlmiş 
olur. Bir mövzudan digərinə sıçrayışların müşahidə edildiyi belə 
mübahisələr, adətən, mitinq müzakirələri üçün səciyyəvidir.
Belə mübahisələrin yaxşı rejissorları, adətən, daha aktual 
məsələlər üzrə insanların fikirlərini söyləmələrinə şərait yaradır,
290


lakin növbəti kəskin məsələni ortaya atmaqla müzakirənin qərar 
qəbul edilməsinə qədər uzanmasına imkan vermir. Başlıca qeyri- 
loyal üsul da məhz bu şəkildə rejissorluğa ehtiyac duyur.
Daha incə təxribat tezisin çeynənmiş bir ifadə ilə, adi mülahizə 
ilə, adi ifadələrlə əvəz edilməsindən ibarətdir. Yoxsa adi populist 
şüarları təxribatdan başqa nə adlandırmaq mümkündür? Bu fəndə 
aldananlar ən az müqavimət yolunu tutur, hadisənin səbəblərini 
yox, nəticələrini müzakirə edirlər.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin