Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə122/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Əsaslandırmanın ritorik aspekti 
Ritorika natiqlik sənətinin 
nəzəriyyəsidir. Qədim dövrlərin böyük natiqi M ark Tulli Siseron 
natiqin vəzifələrini belə xarakterizə edirdi:
1. Deməyə söz tapmaq.
2. Tapdıqlarını nizama salmaq.
3. Ona söz forması vermək.
4. Hər şeyi yaddaşında möhkəmləndirmək.
5. Düzgün tələffüz etmək.
6. Dinləyicilərin hüsn-rəğbətini qazanmaq.
7. İşin mahiyyətini şərh etmək.
8. Mübahisəli məsələni müəyyənləşdirmək.
9. Öz mövqeyini möhkəmləndirmək.
10. Qarşı tərəfin rəyini təkzib etmək.
11. Yekunlaşdırarkən öz ifadələrinin parlaqlığını, qarşı tərəfin 
zəifliyini qabartmaq.
Ritorika natiqin şəxsiyyətinə, onun dilinə, nitqin sürəti və rit- 
minə, mimika və jestlərdən istifadəsinə, nitqdə materialın yerləş- 
dirilməsinə, ritorik fiqurlara aid 
çox tələblər
işləyib hazırlamışdır.
Ritorikaya uyğun olaraq, materialın yerləşdirilməsi əsas böl­
mələrin aşağıdakı sabit sxemi ilə müəyyən olunmalıdır: giriş, əsas 
hissə, nəticə.
Girişin məqsədi diqqəti cəlb etmək, əvvəlcədən anlamağa və 
fikirlərinə şərik olmağa hazırlamaqdır.
Əsas hissə, adətən, mövzunu zaman ardıcıllığı ilə şərh edən 
nəql və mövzunu məntiqi ardıcıllıqla izah edən təhlil hissəsinə bö­
lünür. Təhlil həm də isbat və təkzibləri özündə birləşdirir.
Bəzən təhlildən əvvəl sualın qoyuluşu və onun hissələrə ay­
rılması aparılır. Ritorikanın tələblərinə müvafiq olaraq nəql nitqin 
predmeti haqqında müəyyən ardıcıllıqla söylənilir.
Nəqlə aydınlıq, qısalıq və həqiqətəuyğunluq tələbləri verilir.
Aydınlıq
nəqli başa düşülən, təbii şəkildə qurulmuş etməlidir. 
Qısalıq
nəqli yaddaqalan etməlidir, onun başlıca prinsipi ölçüdür, 
yəni zəruri ilə kifayət arasında mövqe tutulmasıdır. 
Həqiqətə­
uyğunluq
nəqli inandırıcı etməlidir. Onun əsas prinsipləri yerinə 
düşmə və məqsədə müvafiqlikdir.
295


İsbat və təkzibin
qarşısında müəyyən prinsip və qaydalara uy­
ğun olaraq inandırmaq və əsaslandırmaq vəzifəsi durur.
Burada dəlillərin və əks dəlillərin qruplaşdınlmasım (ən mü­
hümlərini əvvələ və axıra, zəiflərini - ortaya), onların inkişafını, 
ziddiyyətli olmamasını, dolğunluğunu, kifayətliyini nəzarətdə sax­
lamaq tələb olunur.
Nitqin yekunu
dinləyicilərin yaddaşında deyilənlərin ümumi 
mənzərəsini canlandırmalı, deyilənlərdən nəticə çıxarmağa sövq 
etməli, dinləyicilərdə lazımi hissləri oyatmalı, onları müəyyən fəa­
liyyətə səsləməlidir.
8.4.Şifahi nitq b acarıqlarının 
təkm illəşdirilm əsi

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin