Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə130/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

İşgüzar söhbət
müəyyən suallar, yaxud problemlərlə əlaqədar 
informasiya, yaxud fikir mübadiləsidir. İşgüzar söhbətlərin nəticə­
lərinə əsasən qərar qəbul edilməsi, saziş bağlanması vacib deyil.
İşgüzar söhbət bir sıra vəzifələri yerinə yetirir. O cümlədən:
• eyni işgüzar mühitdən olan işçilərin qarşılıqlı ünsiyyəti;
• işçi ideya və niyyətlərin birgə axtarışı, irəli sürülməsi və ope­
rativ işlənməsi;
• artıq başlanmış işgüzar tədbirlərə nəzarət və onların əlaqə­
ləndirilməsi;
• işgüzar fəallığın stimullaşdınlması və s.
İşgüzar söhbət danışıqlardan əvvəl, yaxud danışıqlar prosesi­
nin tərkib hissəsi ola bilər.
İşgüzar danışıqlar
- maraqlı tərəflərin ünsiyyəti prosesində ra­
zılaşdırılmış qərar qəbul edilməsinin əsas vasitəsidir. İşgüzar da­
nışıqlar həmişə konkret məqsədə malikdir və razılaşma, saziş, mü­
qavilələrin bağlanmasına yönəldilir.
Mübahisə
- fikirlərin toqquşması, müəyyən bir məsələyə aid 
fikir müxtəlifliyi, tərəflərin hər birinin öz nəzər nöqtəsini müdafiə 
etdiyi mübarizə. M übahisə disput, polemika, diskussiya və s. for­
malarda həyata keçirilir.
İşgüzar müşavirə
- problemlərin mütəxəssislər qrupu tərəfindən 
açıq, kollektiv müzakirəsi üsulu.
Kütlə qarşısında çıxış
- çıxış edən tərəfindən m üxtəlif səviyyəli 
informasiyanın nitqin qurulması və natiqlik sənətinin qayda və 
prinsiplərinə əməl etməklə geniş auditoriyaya ötürülməsi.
İşgüzar məktublaşma -
mətnin xüsusi üsulla ötürülməsi ilə 
əlaqədar m üxtəlif məzmunlu sənədlərin ümumiləşdirilmiş adı.
Yuxan təşkilatlardan gələn məktublarda, bir qayda olaraq, gös­
tərişlər, xəbərdarlıqlar, xatırlatmalar, izahatlar, sorğular olur. Tabe 
təşkilatlar yuxan təşkilatlara məlumatlar və sorğular göndərir. Təş­
kilatlar bir-biri ilə xahiş, təklif, təsdiq, məlumat, bildiriş xarakterli 
məktub mübadiləsi edir. Məktublaşma işgüzar ünsiyyət forması ki­
mi işgüzar və şəxsi-rəsmi növlərə bölünür.
314


İşgüzar məktub
- bir təşkilatın adından başqasına göndərilmiş 
korrespondensiyadır (məktub). O, kollektivə, yaxud hüquqi şəxs 
kimi çıxış edən bir adama ünvanlana bilər.
Belə korrespondensiyaya (məktublaşmaya) kommersiya, dip­
lomatik və digər məktublar aiddir. Təşkilatın xüsusi şəxsi tərə­
findən xüsusi şəxsə ünvanlanan işgüzar məktub xüsusi rəsmi mək­
tubdur. İşgüzar yazışmalar hazırda da bir sıra etik və etiket norma 
və qaydalarına əməl etmənin vacibliyini qoruyur ki, onlar belə 
məktublaşmalan insaniləşdirərək, dəftərxana xüsusiyyətini məh­
dudlaşdırır.
Telefon danışığı.
( burada söhbət məişətimizə son illər sürətlə 
daxil olmuş mobil telefonlardan yox, yalnız stasionar telefonlardan 
gedir) Telefon insanı çox qüdrətli, yaxud tamamilə hakimiyyətdən 
məhrum etməyə qadir olan bir vasitədir. O, çağırılmamış qonaq kimi 
xoşagəlməz ola, sizi əsas işinizdən ayıra, evinizdə, yaxud idarənizdə 
tamhüquqlu sahibə çevrilə bilər. O, sizin vaxtınızın əsas hissəsini 
əlinizdən ala da bilər. Telefon zənginə cavab verərkən siz öz evinizin 
qapılarını taybatay açırsınız və ora kefi istəyən hər kəsin daxil olma­
sına izn verirsiniz. Heç təəccüblü olmaz ki, belə saymazlıq və kobud 
deyilsə, sırtıqlıq telefonu ciddi stresslərə, anlaşılmazlıqlara, müxtəlif 
növ çətinliklərə və xoşagəlməzliklərə səbəb edər.
Telefon danışıqları işgüzar həyatda mühüm yer tutur. M ütə­
xəssislərin hesablamalarına görə, telefon danışıqlarına iş vaxtının 
27 
%
sərf edilir. Evdə, bəzən işdə, hətta istirahətdə olarkən telefon­
la nə qədər işqüzar danışıqlar aparmaq lazım qəlir! Əgər insan tele­
fon ünsiyyəti mədəniyyətinə yiyələnməyibsə, danışıq aparmanın 
elementar qaydalarını bilmirsə, yaxud onlara əhəmiyyət vermirsə, 
bu, onun nüfuzunu əşhəmiyyətli dərəcədə aşağı salar, işgüzar hə­
yatına ziyan qətirər, fəaliyyətin səmərəliliyini azaldar.
Məsələni telefon damşıqı vasitəsilə həll etməyin peşəkar baca­
rıqlarına malik olmaq həmsöşhbətə və bütün ətrafdakılara xoş təsir 
bağışlayır, danışanın nüfuzunu yüksəldir, onun işinin uğuruna kö­
mək edir, qarşıya qoyulmuş məsələləri həll etməsinə imkan yaradır.
İşgüzar adamlar telefon danışıqları vasitəsilə zəruri informa­
siya mübadiləsi edir, nə haqda isə razılıq əldə edir (görüş, birgə
315


tədbir, gələcək əməkdaşlıq və s.), m üxtəlif məsələlər barədə məs- 
ləşhətləşmələr aparır, zəruri məlumatlar əldə edirlər.
Telefonla xahişini söyləmək, əmr, yaxud sərəncam vermək, ki­
minsə fəaliyyətinə nəzarət etmək, əldə olunmuş nailiyyətlər, qarşı­
dakı bayramlar, yaddaqalan günlər münasibətilə təbrik etmək və 
s. mümkündür. Telefon lazım olan adamlarla əlaqə yaratmaq və 
bu əlaqələri davam etdirmək imkam yaradır. Bir sözlə, telefon bu 
heç işdə əvəzolunmaz vasitəyə çevrilmişdir. Lakin işgüzar həyatda 
telefondan fəal şəkildə istifadə edərkən çox mühüm bir şərti unut­
maq olmaz: zəngə sərf olunan müddət həll olunan problemin mü­
rəkkəblik səviyyəsinə müvafiq olmalıdır. Əks halda, telefon sizin 
faydalı vaxtınızın çoxunu udan əjdahaya çevrilə bilər.
Bəziləri səhv olaraq belə düşünürlər ki, insan telefondan nə 
qədər çox istifadə edirsə, masasının üzərində nə qədər çox telefon 
aparatı varsa, həm də bir o qədər nüfuzlu və sanballı görsənir, da­
ha çox məlumat əldə edir və işləri də daha uğurlu edir. Əslində, bu 
heç də belə deyil.
Telefona həddindən artıq aludə olmaq işə mane ola bilər. Bu 
səbəbdən, telefona yalnız zəruri hallarda müraciət etmək lazımdır.
Gün ərzində aparılan telefon danışıqlarını mümkün qədər 
tənzimləmək çox önəmlidir. Zəng edilə bilən saatları müəyyən­
ləşdirmək məqsədəuyğundur. Bununla əsas işinizə vaxt ayırmaq 
imkanı əldə edərsiniz. İş yoldaşlarınız və tabeliyinizdə çalışanlar 
bilməlidirlər ki, təxirəsalınmaz işlərlə məşğul olduğunuz zaman 
sizi telefon zəngilə əsas işinizdən ayırmaq olmaz. Onlardan sizin 
adınızdan danışmalarını xahiş etmək mümkündür.
Sizə daha çox kimin və nə zaman zəng edə biləcəyini proqnoz­
laşdırmağı öyrənmək lazımdır ki, həmin danışığa müvafiq şəkildə 
hazırlaşa biləsiniz.
Telefonla danışmağı bacarmaq özünəməxsus bir incəsənətdir 
ki, işgüzar adam üçün onun sirlərinə yiyələnmək zəruridir.
B ir qayda olaraq, telefon danışığı müəyyən formada qurulur 
və xüsusi struktura malikdir.
Telefon danışığı kompozisiyasının əsas ünsürləri bunlardır:
1. Qarşılıqlı təqdim olunma.
316


2. Həmsöhbətin işin məğzi ilə tanış edilməsi.
3. Vəziyyətin müzakirəsi.
(Qısa və konkret cavab tələb edən əsas və ikinci dərəcəli məsə­
lələrin ətraflı düşünülmüş siyahısının olması zəruridir).
4. Yekun sözü.
Üz-üzə görüşdə olduğu kimi, telefon danışığı zamanı da həm­
söhbət haqqında ilkin təəssürat çox mühümdür, buna görə telefo­
nun dəstəyində səslənəcək ilk sözün nə olacağı, hansı intonasiya 
ilə deyiləcəyi də əhəmiyyətlidir.
İşgüzar görüş sona yetdiyi zaman, bir qayda olaraq, kiçik yekun 
mərasimi yerinə yetirilir: xoş vidalaşma sözləri, əl sıxmalar, dost­
casına qucaqlaşmalar. Telefon danışığı da müsbət optimist notlarla 
başa çatmalıdır. Həmsöhbətlər bir-birinin əlini sıxa bilməsələr də, 
gələcək əlbir işə həvəsləndirəcək müvafiq sözləri tapmalıdırlar.
Telefonla danışarkən insan özünü ləyaqətli aparmalı, yəni həm­
söhbəti ilə nəzakət və ədəblə danışmalı, onu diqqətlə dinləməli, 
sözünü yarımçıq kəsməməli, kobudluq etməməli, emosiyalarını 
cilovlamalıdır.
Siz telefonla danışarkən nitqinizə nəzarət etməli, təşkilatınızı 
və orada çalışan insanları xarakterizə edən sözləri diqqətlə seçmə­
lisiniz. Telefon dialoqu zamanı nə qədər təbii səslənsə də, məişət 
üslubuna aid olan «yaxşı, davay, paka», kimi sözlərdən, həmçinin 
qeyri-formal xitablardan (quzum, camm, can-ciyər və s.) istifadə 
etmək yolverilməzdir. Çünki bunlar telefon həmsöhbətinizin xətri­
nə dəyə, yaxud düzgün anlaşılmaya bilər.
Telefon danışığına aid əsas tələbləri formalaşdıraq:
• Yığcamlıq;
• Məntiqlilik;
• Təkrarların və uzun-uzadı izahların olmaması;
• Dostcasına intonasiya;
Sözlərin, xüsusilə soyad və tarixlərin aydın tələffüzü;
• Nitqin orta sürəti;
• Səsin adi yüksəkliyi.
İşgüzar adamlar mütləq telefon danışığının hamı tərəfindən 
qəbul olunmuş qaydalarına yiyələnməlidirlər. Adətən, bu qayda-
317


lan telefon dialoqunun tipik vəziyyətindən asılı olaraq, iki qrupa 
bölürlər - sizə zəng edirlər, siz zəng edirsiniz.
Bu qaydalardan bir neçəsini nəzərdən keçirək:
I. 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin