İnandırma metodu həm adi, həm də nəzəri təfəkkürə təsir gös
tərir. Adi təfəkkür səviyyəsində bu təsir nəticəsində anlama yaranır.
Bu təfəkkür formasında nə haqdasa anlayışlar, ötürülən informa
siyaya inam mövcuddur. Bütün bunlar sadə-dərketmə xarakterinə
malikdir.
Yalnız şəxsiyyət adi dərketmə sərhədlərini aşaraq, hansısa
hadisənin əsaslı, məzmunlu dərk edilməsi səviyyəsinə yüksəldikdə,
onun şüurunda inamlar, yəni şəxsi mövqe yaranır.
İnandırma insanlara təsir göstərmənin metodu kimi nadir hal
larda ayrıca tətbiq olur. O, daim təqlid və təlqinetmə ilə qarşılıq
lı fəaliyyət göstərir. Bu anlayışlar arasında fərq ondan ibarətdir
ki, inandırma insanların onlara ünvanlanan informasiyanı şüurlu
surətdə dərk etməsini, təqlid və təlqinetmə isə onların bu informa
siyanı düşünmədən, yalnız onu ötürən insanın nüfuzuna, auditori
yanın əhval-ruhiyyəsinə əsaslanaraq, yaxud ictimai fikrin təzyiqi,
şəxsi dəyərlər sistemi əsasında qəbul etməsini nəzərdə tutur.
Bu cür psixoloji təsiri mühazirə dinləyərkən, kütləvi teatr, id
man tədbirləri keçirilərkən müşahidə etmək mümkündür. Təqlid
və təlqinin yüksək nəticələrə malik olmasını göstərən ən parlaq
nümunələr dəb və şayələrdir.
Təlqinetmə daha mürəkkəb metoddur. Bu, insanın iradəsinin
ziddinə onun söz, yaxud digər bir vasitə ilə lazım olan psixoloji
vəziyyətə (əhval-ruhiyyə, təəssürat, fəaliyyət) gətirilməsidir.
Təlqinetmənin təqlidetmədən fərqi ondan ibarətdir ki, təqlidetmə
zamanı məqsədə nail olma informasiya mənbəyinin əyaniliyi, yaxud
ondan gələn informasiyanın yüksək cazibədarlığı ilə əldə olunur. Bu
rada obraz ( daha dəqiqi - obyekt) informasiyanın dərk edilməsində
əsas rol oynayır. Təlqinetmə zamanı isə məqsədə çatma bilavasitə
emosional təsirlə müəyyən edilir ki, onun da əsas qüvvəsi sözdür.
Dostları ilə paylaş: