İşgüzar ünsiyyətin növləri
Eyni sahədə çalışanların ünsiyyəti
geniş mənada ünsiyyətdən onunla fərqlənir ki, belə ünsiyyət pro
sesində məqsəd və öz həllini tələb edən konkret vəzifələr qoyulur.
İşgüzar ünsiyyətdə tərəf -m üqabillə qarşılıqlı əlaqələri kəsmək
(ən azı, hər iki tərəf üçün itkilər olmadan) mümkün deyil.
İşgüzar ünsiyyətin əhəmiyyətli hissəsini xidməti ünsiyyət,
yəni insanların təşkilat daxilində, iş vaxtında həyata keçirilən qar
şılıqlı fəaliyyəti tutur.
Lakin işgüzar ünsiyyət - xidməti ünsiyyətə nisbətən daha geniş
anlayışdır, çünki həm də muzdlu işçilərin və fərdi işəgötürənlərin
qarşılıqlı fəaliyyətini əhatə edir və təkcə təşkilatlarda yox, ən
m üxtəlif səviyyəli işgüzar qəbullarda, seminarlarda, sərgilərdə və
s. baş verir.
İşgüzar ünsiyyət
-fəaliyyət, informasiya və təcrübə mübadi
ləsinin baş tutduğu qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət prosesidir.
İşgüzar ünsiyyəti şərti olaraq
birbaşa
(bilavasitə təmas) və
do
layısı ilə
(bilvasitə - tərəfdaşlar arasında zaman-məkan məsafəsi
mövcud olur) növlərinə ayırmaq mümkündür. Birbaşa işgüzar
ünsiyyət dolayısı ilə ünsiyyətə nisbətən daha böyük nəticəyə, emo
sional təsir və təlqin gücünə malikdir.
İki işgüzar ünsiyyət növünü fərqləndirirlər: verbal və qeyri-
verbal.
Verbal ünsiyyət
(latın dilində verbalis - şifahi) sözlərin
köməyi ilə qurulur.
Qeyri-verbal
ünsiyyətdə informasiyanın ötü
312
rülməsi vasitəsi kimi duruş tərzi, jestlər, mimikalar, intonasiya, ba
xışlar, ərazidə yerləşmə və s. çıxış edir.
İşgüzar ünsiyyət m üxtəlif üslublarda həyata keçirilə bilər.
Ünsiyyətin üç əsas üslubunu fərqləndirirlər:
•
mərasim
- burada tərəf-müqabillərin əsas vəzifəsi sosium-
la əlaqələrin saxlanması, cəmiyyətin bir üzvü kimi özü haqqında
anlayışların möhkəmləndirilməsindən ibarətdir. Mərasim ünsiyyə
tində tərəfdaş sosial, peşə, şəxsiyyət rolundan asılı olmayaraq yal
nız zəruri atributdur, burada onun fərdi xüsusiyyətləri əhəmiyyətli
deyil;
•
manipulyativ (vasitə)
- bu halda tərəfdaşa xarici məqsədlərə
çatma vasitəsi kimi baxılır. Peşə vəzifələrinin böyük çoxluğu məhz
manipulyativ ünsiyyəti nəzərdə tutur. Mahiyyəti etibarilə, istənilən
təlim, inandırma, idarəetmə həmişə manipulyativ ünisyyəti əhatə
edir;
•
humanist -
hər iki tərəfdaşın təsəvvürlərinin birgə dəyişdi
rilməsinə yönəldilir, anlaşılma, dərdinə şərik olma, mehribanlıq
kimi insani tələbatların təminatını nəzərdə tutur.
Humanist ünsiyyət, əsasən xaricdən (məqsəd, şərait, vəziyyət,
stereotiplər) yox, daha çox daxildən (fərdilik, əhval-ruhiyyə, tə
rəfdaşa münasibət) determinasiya olunur (qanunauyğunluqlar və
səbəblərdən asılılıq). Bu ünsiyyətdə, başqa növlərə nisbətən, daha
çox fərdilikdən asılılıq aydın görünür.
Tərəfdaş necə varsa, lazım olan və olmayan funksiyalara, mü
hüm və qeyri-mühüm keyfiyyətlərə bölünmədən qəbul edilir. Bu
nunla yanaşı, elə vəziyyət ola bilər ki, nəinki bu ünsiyyət, hətta
onun ayn-ayn ünsürləri də yersiz olar.
Bundan başqa, hər bir insana istənilən şəraitdə onun hərəkətlə
rinə səciyyəvi xüsusiyyətlər verən şəxsi üslubu, yaxud davranış və
ünsiyyət modeli xasdır.
Fərdi ünsiyyət üslubu fərdi xüsusiyyətlərdən, şəxsi keyfiy
yətlərdən, həyat təcrübəsindən, insanlara münasibətdən, həmçinin
mövcud cəmiyyət üçün səciyyəvi olan ünsiyyət növündən asılıdır.
İşgüzar ünsiyyət aşağıdakı əsas formalarda həyata keçirilir: iş
güzar söhbət; işgüzar danışıqlar; mübahisə, diskussiya, polemika;
313
işgüzar müşavirə; kütlə qarşısında çıxış; telefon danışıqları; işgü
zar məktublaşma.
Dostları ilə paylaş: |