tövsiyələr
kömək göstərə bilər.
Hər şeydən əvvəl aşağıdakı suala cavab vermək vacibdir: qar
şıdakı çıxışın əsasında hansı tələb durur, natiq bunları nə şəkildə
təmin edə bilər?
Ümumi problemli icmal üçün aşağıdakı form adan istifadə
etm ək mümkündür.
Vəziyyətin təhlili: bu problemli vəziyyət üçün nə xarakterikdir?
(Hadisə və mahiyyət arasındakı əlaqə haqqında məlumatlar).
305
Vəziyyətin dəyişdirilməsinin zəruriliyinin əsaslandırılması:
vəziyyət niyə dəyişdirilməlidir?
(Səbəblərin gizlədilməsi ilə əsaslandırma).
Vəziyyətin dəyişdirilməsi haqqında təklif: vəziyyəti necə
dəyişdirmək lazımdır?
(Dəyişiklik həyata keçirilərkən fəaliyyətin forması).
Bunlara müvafiq olaraq nitqinizin məqsədini müəyyənləşdirin:
mülahizələrinizlə nəyə nail olmaq istəyirsiniz?
Bu zaman nitq vəziyyətinin meydana gəlmə səbəblərini və
şəraitini, hər şeydən əvvəl isə auditoriyanın tərkibini nəzərə alın.
Özünüzdən şərhin predmeti haqqında nə bildiyinizi soruşun.
Məsələ haqqında əlinizdə olan biliklərinizi qısa tezislər
şəklində kağıza qeyd edin. Əmin olun ki, elə bu mərhələdə çıxış
üçün müəyyən material toplamış olacaqsınız.
Dinləyicilərin bu mövzudan irəli gələn hansı suallarına cavab
verməli olacağınızı dəqiq müəyyənləşdirin.
Dinləyicilər üçün mövzunun dəyərini, onun ictimai və xüsusi
əhəmiyyətini xarakterizə edin.
Özlüyünüzdə işin mahiyyətinə, səbəb və nəticəsinə, nəzəri əsasına
və təcrübə ilə əlaqəsinə, zaman dəyərinə aid suallara cavab verin.
Çıxış üçün çatışmayan materialı toplayın, onun istifadə üçün
nə dərəcədə yararlı olmasını yoxlayın, fıkrinizcə ən mühüm d a n
lan seçin.
Bu mərhələdə mövzu ilə bağlı xüsusi ədəbiyyatdan, internetdən,
sorğu kitabçalanndan, jurnallardan və informasiya xarakterli digər
mənbələrdən istifadə edin.
Əsaslandırmanın mühüm məqamlannı dərindən düşünün.
Dinləyicilərinizin həyat təcrübəsini, peşə bilikləri səviyyəsini
nəzərə alın.
Çıxış üçün yararlı olan materialı əsas tematik komplekslərə
bölməyə çalışın.
Nitqi nədən başlayacağınızı, əsas hissədə hansı mühüm
məsələləri, həm də digər mövqelərin, nəzər nöqtələrinin tənqidi
şəkildə nəzərdən keçirilməsini işıqlandıracağınızı, yekunda nəyi
xüsusi qeyd edəcəyinizi müəyyənləşdirin.
306
Nitqin tezislərini hazırlayın; bu zaman ayn-ayn hissələri icmal
şəklində yerləşdirin.
İmkan daxilində, əsas informasiyanı, sitat və tərifləri bütünlüklə
kağıza yazın. Tezislər əsasında məqsədə nail olmaq mərhələlərini,
məsələn, sualları, ümumiləşdirmələri, əks fikirlərin araşdırılmasını,
fərziyyəni, müxtəlif təkrarlan («başqa sözlə deyilsə») dəqiq göstərin.
Əgər şifahi çıxış vərdişləriniz yoxdursa, siz də özünüzü o qədər
inamlı hiss etmirsinizsə, nitqinizi özünüz üçün ucadan söyləyin
(lakin güzgü qarşısında yox).
Əgər nitqinizi diktofona yazmaq imkanınız varsa, öz nitq
tərzinizi, xüsusilə intonasiyanızı, şərhin sürəti və ritmini, nidalann
(ah, of...) işlədilməsini təhlil edin.
Diqqətinizi nitqin məzmununun əsas məsələlərində cəmləyərək,
çıxış edəcəyiniz materialı yaddaşımzda möhkəmləndirməyə səy
göstərin.
Heç bir halda nitqi əzbərləmək lazım deyil: siz şərhin ana
xəttini itirə bilərsiniz.
307
|