Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


İşgüzar danışığa verilən əsas tələblər



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə135/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

İşgüzar danışığa verilən əsas tələblər 
İşgüzar danışığa nitqin 
düzgünlük, dəqiqlik, qısalıq və anlaşıqlıq tələbləri verilir. Onların 
hər birini ayn-aynlıqda nəzərdən keçirək.
İşgüzar danışığa verilən birinci və ən vacib tələb - danışanların 
nitqinin düzgünlüyüdür. Şifahi işgüzar nitqin normaları onun yazı­
lı formasında olduğu kimi sərt olmasa da, danışanlar öz nitqlərinin 
düzgün olmasına səy göstərməlidirlər.
Bu tələbə əməl edilməsinin zəruriliyi oradan irəli gəlir ki, iş­
güzar söhbətin iştirakçılarının çox hissəsi nitq qüsurlarına yol ver­
sə belə, söhbət edənin daha aşkar (bəzən öz səhhvlərindən xeyli 
kiçik) səhvlərini (bərkdən olmasa da, ürəklərində) qeyd etməkdən 
heç vaxt vaz keçməz.
Həm də, nitqinizin leksik-üslubi normalar baxımından düz­
günlüyünə qəti əmin olmadıqca, inamsızlıq hissindən azad ola bil­
məyəcəksiniz. Yalnız bu baxımdan tam inamlılıq diqqətinizi nitqi­
nizə yox, əsas işinizə yönəltməyə imkan verəcək.
Nitqin düzgün olması üçün sözləri onlann təyinatına ciddi şə­
kildə uyğunluqla işlətmək lazımdır. Bununla yanaşı, sözlərdən isti­
fadə zamanı yol verilən səhvlər işgüzar söhbətin iştirakçılarının ən 
geniş yayılmış nitq qüsurudur. Məsələn, belə bir nümunəyə diqqət 
yetirək: «Hava platformalarda yükün boşaldılmasını müşayiət 
edirdi» («yükün boşaldılmasına şərait yaradırdı» olmalıdır). Bura­
da söz semantikası nəzərə alınmadan işlədilmişdir. Bu növ səhvlər 
danışanların üslub səliqəsizliyi, sözə diqqətsiz münasibəti, yaxud 
dili pis bilməsi nəticəsində meydana çıxır.
Sözlərdən semantika nəzərə alınmadan istifadə edilməsi çox 
zaman mülahizənin mənasını dəyişir. Məsələn: « Zavodun əsas 
binasının ucaldılması iqlimin kəskin pisləşməsi ilə üst-üstə düş­
dü». Əlbəttə, danışan hava şəraitini nəzərdə tuturdu (pis havanı), 
çünki iqlim adı çəkilən zavod binasının ucaldıldığı bir neçə ay ər­
zində dəyişə bilməzdi.
Sözlərin semantikasının nəzərə alınmadan istifadə edilməsi 
mülahizənin məntiqsizləşməsinə, hətta cəfəngiyyata çevrilməsinə 
səbəb ola bilər. Məsələn, «Texniki kitablar dekadası beş gün da­
vam edəcək» cümləsini söyləyən, ya unudub, ya da heç bilməyib
330


ki, «dekada» sözü «ongünlük» mənasını verir. Lakin çox zaman 
sözlərdən düzgün istifadə edilməməsi elə məntiqi səhvlərə gətirib 
çıxarır ki, bu zaman anlayışlar səhv məna qazanır.
Danışanlar heç də həmişə öz nitqlərində antonimlərdən düz­
gün istifadə etmirlər. İşgüzar söhbətlərdə çox tez-tez səslənən «nə­
zarətin gücü zəif olduğu üçün...» ifadəsini nəzərdən keçirək. Burada 
antonim cütlüyü «güc və zəif» sözləridir. Güc sözü öz antoniminin 
yanında ilkin mənasını saxlaya bilmir. Nəticədə, məntiqi cəhətdən 
düzgün olmayan ifadə yaranır. Burada sadəcə “nəzarət zəif olduğu 
ü çü n ...” işlənməsi doğru olardı.
Dilə qarşı diqqətsiz münasibət nitq çatışmazlığı ilə - cümlədə 
fikrin düzgün ifadəsi üçün zəruri olan sözlərin buraxılması ilə nəti­
cələnir. Məsələn: «kafedra düz saat 12-də başlayır» (burada «icla­
sı» sözü buraxılıb). Nitq çatışmazlığı, adətən, danışanın tələsdiyi 
və ifadələrin düzgünlüyünə diqqət yetirmədiyi hallarda meydana 
çıxır ki, bu da nitqin mənasına ciddi ziyan verir.
Ayn-ayn hallarda sözlərin buraxılması fikrin tamamilə təhrif 
olunması ilə nəticələnə bilir: «Malın yüklənməsinin sürətləndiril­
məsi üçün bütün liman xidmətlərini birləşdirmək lazımdır» («bü­
tün liman xidmətlərinin səylərini» olmalıdır).
Üslub qüsurlarının səbəbi isə çox zaman sinonimin düzgün 
seçilməməsi olur. Məsələn, «malı qurumaqdan müdafiə etmək 
lazımdır» cümləsində «müdafiə etmək» əvəzinə «qorumaq», ya­
xud «mühafizə etmək» sinonimləri işlədilməli idi.
Çox zaman işgüzar söhbətdə paronimlərin (yəni səslənməsi 
etibarilə oxşar, mənaca fərqli sözlərin) düzgün işlədilməməsi hal­
larına rast gəlinir. Məsələn, 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin