siniz! Yaxşı hazırlaşmamışsınız, zalı ələ ala bilmədiniz! Günah
kar yalnız özünüzsünüz! Əgər hadisələrə
belə yanaşmağa vərdiş
eləsəniz, özünüzdən asılı olmayaraq səhvlərinizi təhlil edib bir
daha onları təkrar etməyəcəksiniz. Həm də daha həyatdan, dünya
dan küsməyəcəksiniz. Ən böyük qazancınız isə o olacaq ki, özünü
zü tənbeh etmək, başqalannı da günahlandırmaq istəməyəcəksiniz,
deməli, təkmilləşmə prosesi gedəcək!
2. “Ölümdən başqa hər şeyə çarə var!” Heç vaxt ruhdan
düşməyin! “Əgər yaşayıramsa, həyatımı yaxşılaşdırmağa qa
dirəm!”
Bəli, ancaq belə! Heç bir çıxılmaz vəziyyət yoxdur! Həqiqətən
də, əgər yaşayırıqsa, deməli özümüzdə və həyatda nəyi isə yax
şılaşdıra bilərik! İnsanın iradəsi qırılanda, öz-özünə “Vəssalam,
hər şey bitdi, daha mən heç nə edə bilmərəm.”-deyəndə beyin sö
nür, dini kitablarda yazıldığı kimi, ilahi qüvvələrlə əlaqə kəsilir,
ruh düşgünlüyü, məğmunluq, bədbəxtlik başlayır,
əgər indiyədək
səhvlər olmuşdusa, indən belə bir az da çoxalır. Yox, əgər heç nəyə
baxmayaraq, özünüzdə qüvvə tapsanız, mütləq vəziyyətdən çıxış
yolu da tapa biləcəksiniz! Mütləq tapacaqsınız!
3. iradənizin ziddinə getməyi bacarın!
Bu, yalnız xoşladığınız yeməkdən, yaxud əyləncədən im
tina etmək deyil. Bu xarakteri özünüzdə tərbiyə edərək Siz
zəhləniz gedən adamla səmimi görüşməyi, xoşlamağınız məclisdə
gülümsəyərək oturmağı, ürəyiniz istəməsə
də ümumi iş xətrinə
müəyyən addımı atmağı bacarmalısınız. Bu siyahıya sevimli ada
mı görərkən hissləri cilovlamaq, heç vaxt hövsələdən çıxmamaq,
“dilin insana fikirlərini gizlətmək üçün verildiyini” qəbul etmək,
ən yaxın adamların da nə vaxtsa düşmən ola biləcəyi ehtimalını
nəzərə almaq kimi klassik düsturlar da daxildir.
Dostları ilə paylaş: