4. Özünüzlə necə rəftar arzulayırsınızsa, başqaları ilə elə
rəftar edin
Təsəvvür eləyin, zalda oturub çıxışlara qulaq asırsınız. Kim
Sizi daha çox cəlb edir? Ağıllı, səliqəli, xeyirxah, səmimi, nəcib,
emosional, savadlı, yaxşı diksiyalı, dəqiq jestli, camaata diqqətli...
Ona görə Siz ona bənzəməyə çalışırsınız. Siz istəyərdinizmi, kimsə
356
Sizin çıxışınızı yanda kəssin? Əlbəttə, yox! Siz pinti geyinmiş,
camaata laqeyd olan məmzəçi ilə ünsiyyət qurmaq istərdinizmi?
Yenə də, yox! Nataraz məruzəçi Sizdə hansı təəssüratı oyadır?
Daha sualım yoxdur...
5. Tək olanda da, elə hesab edin ki, kimsə Sizə nəzarət edir.
Evə gələndə qazanlan bir-birinə vurmaq, soyuducudan ban
kanı götürüb başına çəkmək, şalvan düymələmədən gəzmək kimi
hallan elə bilməyin ki heç kəs görmür və ya görməyəcək. Bir gün
camaatın yanında bu vərdişlərdən biri qəfildən ortaya çıxacaq və
biabır olacaqsınız. Ona görə tək olanda da özünüzü cəmiyyətdəki
kimi, səliqəli, mədəni, əxlaqlı apann, hərəkətlərinizə fikir verin.
İnsan ilk növbədə özü özünə hörmət etməlidir.
6. Təmkin ağlın meyarıdır...
Mədəni səviyyə nə qədər yüksəkdirsə, insan o qədər tədbirli və
təmkinli olur. Əgər bir məclisdə üstünüzə nə isə dağıdıblarsa, bunu
“eybi yox” deyərək hiss etdirməmək də olar, qara-qışqırıq salıb
bütün zalın diqqətini cəlb etmək də olar. Nəticə isə eynidir-artıq
sevimli geyiminiz bulaşıb. Xörəkpaylayan Sizə təzə kostyum alan
deyil, kimyəvi təmizləmənin pulunu da ondan tələb etmək olmaz.
Ümumiyyətlə, iki nəfərdən çox adam varsa, irad tutmaq, danlamaq
ədəbsizlik sayılır.
Adamlara “yox” deməyi də bacarmaq lazımdır: elə imtina
etmək olar ki, qarşıdakı külqabını götürüb başına vursun, elə də
olar ki, təşəkkür edərək gülümsəyib getsin.
7. Ziyalı təəssüratı yaratmaq istəyirsinizsə...
Öz səs tembrinizi formalaşdırın. Aşağı tonda danışmağa vərdiş
edin. Geniş istifadə edilməyən söz və terminlərdən yararlanın.
Jarqon sözlərdən və ədəbsiz ifadələrdən(lap başqasının dediyini
təkrar etməli olsanız da) qaçın, başqalarının söhbətinin sizə ma
raqlı olduğunu hiss etdirin, diqqətlə qulaq asmağı bacarın, düzgün
danışmağa və yazmağa adət edin, xüsusi isimləri, ələlxüsus şəxs
adlarını dəqiq ifadə edin. Xidməti sirləri - işlə və yaxud kiminləsə
bağlı olmasından asılı olmayaraq, gizli saxlayın. Suallara qısa və
aydın cavab verməyə vərdiş edin. 4 mövzu barədə camaat arasın
da, xüsusən də az tanıdığınız adamlann içində danışmayın: siyasət,
357
din, sağlamlıq, pul. Siyasət və din haqqında mübahisə etmək, otu
ranlara öz sağlamlığından şikayətlənmək, başqalarının əşyalarının
qiyməti və qazancı haqda soruşmaq ədəbsizlik sayılır.
Dostları ilə paylaş: |