Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə152/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Cəlil Məmmədquluzadə
S İ R K Ə
(X X əsrin əvvəllərindəki ədəbi dilim izə a id bir nümunə)
B ir neçə gün bundan qabaq bizim ədib yoldaşlarımızın biri 
gəlmişdi Balaya və düşmüşdü orta mehmanxanaların birində.
M ən və Bakı ədiblərindən birisi bir gün günorta zamanı, get­
dik haman ədib 
rəfiqimizin 
görüşünə. İçəri girdik. Xoş-beş... 
görüşəndən sonra oturduq və bir yarım saata qədər oradan-bura­
dan söhbət elədik, sonra istədik duraq çıxaq gedək. Rəfıqimiz də 
o meyldə oldu ki, bizlə 
bahəm 
təmiz havada bir qədər dolansın və 
üçümüz də çıxdıq küçəyə.
Parapet bağına 
yavıqlaşanda 
Bakı ədiblərinə birinə də rast 
gəldik. Bu da qoşuldu bizə. Olduq dörd və Mixaylovski küçə ilə 
biz yarım saat 
oyza-buyza
vargəl edəndən sonra Bakıya 
varid 
olan 
rəfıqimiz dedi:
- Doğrusu, mən 
acımışam.
Biz dördümüz də dayandıq və başladıq bir-birimizin üzünə 
baxmağa. İkinci bakılı ədib yoldaşımız dedi:
- Gedək bizə.
Birinci ədib yoldaşımız soruşdu:
- Nəyiniz var evdə yeməli?
İkinci bakılı ədib yoldaşımız belə cavab verdi:
- Sİz öləsiz, bir saat bundan qabaq getmişdim bazara. Təzəcə 
bir araba kütüm balığı bazarın ortasında saxlayıb satırdılar, cama­
at da çox 
şirin alırdı.
İki dənə balıq da mən aldım; ikisi on iki 
girvənkə 
gəldi. Balıqların bir uşağın əlinə verdim apardı evə. 
İndi bu saat (anam) o balıqların ikisini də bişiribdir. Əgər biz bu 
saat dördümüz də getsək bizə, haman balıqları qoyarıq qabağımı­
za və şirin söhbət edə-edə nahara məşğul olarıq və ola bilər ki, 
xaçpərəstlər 
istemal 
edən və biz mömin bəndələrə haram 
buyuru­
370


lan
«zəhrimardan»-zaddan da evdən tapıla: çünki balığın yanında 
içməli bir şeyin qonşuluğu heç yaman olmaz.
Biz hamımız ac idik, onunçün də bu təklifi qəbul edib getdik.
Süfrəni döşədilər... Qab-qaşıq və duz-çörək gətirdilər və bura­
da mən gördüm ki, ev sahibi ədib rəfiqimiz bir növ təşvişdədir və o 
otağa soxulur, bu otağa soxulur, guya bir şey axtarır. Axırda gəldi 
durdu qabağımızda və əllərini dizlərinə vurub dedi:
- Heyf, balıq ləzzət verməyəcək.
Biz səbəbini soruşduqda dedi ki, evdə sirkə yoxdu. Kütüm ba­
lığını da sirkəsiz yedin, ya heç yemədin - ikisi də birdir.
Və bu sözləri deyəndən sonra ev sahibi qaçdı çölə və haman 
saat sevincək qayıdıb gəldi. Əlini bir-bir qoydu biz üç ədibin 
çiyninə və şad, sevincək dedi:
- Siz öləsiz, bax, bu dəqiqə sirkə gələcək.
Biz hərçənd doğrudan da ac idik, ancaq sirkənin gəlməyinə 
çox böyük həvəslə dayandıq. O səbəbə ki, doğrudan hər bişmişin 
öz qanunu və öz xasiyyəti var və təzə balığı sirkəsiz yemək, əti 
duzsuz yemək kimi bir şeydir.
On dəqiqə keçməmişdi ki, bir balaca uşaq bir böyük şüşə dolusu 
qırmızı sirkəni gətirib qoydu stolun üstə, qaçdı getdi və ev sahibi 
ədib yoldaşımız balıqları buğlana-buğlana iki böyük qabda «pəh- 
pəh» deyə-deyə gətirdi qoydu stolun üstə. Qapının arasından da bir 
qoca arvad başını çıxardıb mehriban və səsi titrəyə-titrəyə dedi:
- Yeyin, qadanız mənə gəlsin. Bu arvad ev sahibi ədib yol­
daşımın anası imiş. Bakıya təzə varid olan ədib rəfiqimiz çəngəli 
balığın bir tikəsinə ilişdirib qalxızdı yuxan və bumunun qabağına 
tutub iylədi və dedi:
- Pəh-pəhL. Deyəsən yeməli balığa oxşayır.
Ev sahibi ədib yoldaşımız da balığın bir tikəsini də öz boşqa­
bına qoyub pəh-pəh eləyə-eləyə dedi:
- Siz öləsiniz, balığın bir ətrinə tamaşa eləyin ey!.. Pəh-pəh, 
balıq, nə balıq. Balığı da təzə-təzə yeyəsən; təzə ki, olmadı - daha 
onun nə ləzzəti?
Birinci bakılı ədib yoldaşımız çəngəli ilə balığın tikələrini 
seçə-seçə ev sahibi ədib yoldaşımıza belə diqqət tutdu:
371


- Mən ölüm, ay Əhməd Fitrət (ev sahibi ədib yoldaşımızın adı­
dır), o yediyin balığın adını ata-anamız «balıx» qoyub, sən də elə 
«balıx» de, «balıq» demə.
Əhməd Fitrət bu 
heyndə 
sirkə şüşəsini əlinə götürüb, balığın 
üstə tökmək istəyirdi və birinci bakılı ədib yoldaşımızın tənqidinə 
bilmədi o saat nə cavab versin. Ancaq şüşənin ağzım açmamış 
qoydu stolun üstə və bir qədər də dinməyib, sonra dedi:
- Mərhum atamız, doğrudur, «balıx» deyiblər, amma biz gərək 
«balıq» deyək, nəinki «balıx».
Bakıya təzə varid olan ədib rəfıqimiz Əhməd Fitrətdən soruşdu:
- Axı bir səbəbi var ya yox?
Əhməd Fitrət də bundan soruşdu:
- Nəyin səbəbi?
M ən burada üzümü Əhməd Fitrətə tutub dedim:
- Necə yəni nəyin səbəbi? Axı səndən soruşurlar ki, biz ki, dörd 
Azərbaycan balaları ki, oturub burada balıx yeyirik, nə səbəbə biz 
bu balığa «balıq» deyək, «balıx» deməyək?
Əhməd Fitrət bir qədər ucadan dedi:
- Balıx nədi?
- «Balıx», bax, bu yediyimiz heyvanın adıdır.
Əhməd Fitrət çəngəli stolun üstünə qoyub, dik qalxdı ayağa və 
ağzında yavan çörəyi çeynəyə-çeynəyə dedi:
- Ay mənim əziz qardaşlarım, axı bir mənə deyin görüm, axı hər 
dilin bir qanunu var. Axı bizim türk dilinin də bir qanunu var, ya yox?
Birinci bakılı ədib yoldaşımız çəngəli qoydu stolun üstə, bir az 
ucadan, bir az da hirsli, buna belə cavab verdi:
- Allah atana rəhmət eləsin, ay Əhməd Fitrət. Bir bizi başa sal 
görək, o necə qanundu? Bəlkə doğrudan da biz 
qanmırıx.
Bakıya təzə varid olan ədib rəfıqimiz də bu söhbətə qarışıb o 
da çəngəli qoydu yerə və üzünü Əhməd Fitrətə tutdu:
- Əhməd Fitrət, qardaş, sən deyəsən hirslənirsən... Əvvələn, 
burada hirslənmək heç lazım deyil və ikincisi budur ki, a x ı ...
Əhməd Fitrət bunun sözünü belə kəsdi:
- Xeyr, bağışlayınız, mən heç hirslənmirəm; ancaq hər bir dilin 
bir qanunu var və o qanuna biz də gərək tabe olaq. M əlumdur ki,
372


biz türk milləti necə ki, hər bir işdə geri qalmışıq, dil barəsində 
də habelə. Nə bir qanun tanıyırıq, nə bir ahəngə tabe oluruq; elə 
başımızı aşağı salıb Kabla M əmmədcəfər və Fatma xalalar kimi 
deyirik. Elə ata-babalanmız və cici-bacılanmız deyən kimi biz də 
gərək balığa «balıx» deyək?
Bakılı birinci ədib yoldaşımız da balıqdan bir tikə ağzına qo­
yub, bir az coşmağa başladı və dedi:
- Əlbəttə, gərək «balıx» deyək. Bəs necə sən ana dilinin 
tərəfdarısan?
Əhməd Fitrət balığın bir tikəsini götürüb qoydu ağzına və bir az 
da ucadan və əllərini ölçə-ölçə ağzı göyşəyə-göyşəyə bu cür dedi:
- Qardaş, burada ana dilinin nə dəxli var? M əgər «balıx» 
deyəndə ana dili olur, «balıq» deyəndə ana dili olmur? Bir də mən 
qanmıram, biz dörd nəfər adam burada təzə dil yaratmayacağıq ki? 
Yəqin ki, dünyada hər bir elmin mütəxəssisi olan kimi dilin də qa­
nunlarını vəz edən həyata tətbiq edən var. Asimbəyin dil barəsində 
tətə b b ö atın ı... Əgər bunları...
Dörd nəfər türk ədibləri, yəni mən də onlann içində, belə mübahisə 
etdiyimiz əsnada, on iki girvənkə gələn balığı yeyib az qalmışdılar ki, 
sümükləri də yesinlər ki, bu arada qapımn arasından ev sahibinin qoca 
anasının başı titrəyən səsi ilə bizə tərəf belə xəbər verdi:
- Qadanız mənə gəlsin, bu qədər «balıx-balıx» deyə-deyə 
p əs
niyə o gözəl sirkəni qoydunuz orada qaldı və ağzım heç açmadız da?
Nənənin bu sözü bizi deyəsən yuxudan oyatdı; bir də baxaq 
ki, doğrudan da «balıq»nan «balıx» sözlərinin mübahisəsinə biz 
dörd nəfər ədib elə bərk qızışmışıq ki, on iki girvənkə balığı yeyib 
qurtarana kimi o gözəl sirkə tıx a n d ı dəc qalıb stolun üstündə
bir
surətdə ki,
haman sirkəni dördümüz də tamam yanm saat gözlədik 
ki, bazardan gəlsin.
Q EYD:K
j
| / /
şriftlə arxaik sözlər, kursivlə m əişət sözləri
fərqləndirilm işdir. M üşahidə etm ək olar ki, M irzə C əlil xalq da­
nışıq dilini ədəbi dilə transfer edərək bu günün oxucusu üçün tam
anlaşıqlı(100 ildən çox vaxt keçməsinə baxmayaraq) ədəbi nümunə
yaratmışdır.
373



Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin