“ F arqelet”
Sovet dövründə alimləri “Milyonların Lenin universiteti”
adı altında kəndlərə ezamiyyətə göndərmək dəb idi. Bizim Bakı
Dövlət Universitetinin tanınmış alimlərindən birini (artıq dünyası
nı dəyişib, Allah rəhmət eləsin!) dağ rayonlarından birinə mühazirə
oxumağa göndərirlər. Plan xətrinə görüş olduğu üçün kənddə zalı
kolxozçuların hesabına doldururlar, işin qaynar vaxtında zorla klu
ba gətirilən kəndlilər deyinə-deyinə mühazirəni dinləyirlər.Alim
də bu istidə onlara 1 saat yarım Marksiz-leninizm
fəlsəfəsindən
gərəksiz bir mühazirə oxuyur. Bezən kənd adamlarının canlarını
qurtarmaq üçün candərdi dözdükləri mühazirədə alim hazırlaşma
dığı üçün ağzına gələni danışır. Sonda arxayın-arxayın “Kimin su
alı var?” soruşanda bir cavan oğlan arxadan əlini qaldırır.’’Buyur,
bala”-deyəndə oğlan soruşur: ’’Professor, Farqelet nədir?” Alim o
anda düşünür ki, bu cavan oğlan yəqin hansı kitabdansa bu ter
mini əzbərləyib, məni yoxlamaq üçün sual verir. Özünü hazırlıq
lı göstərmək üçün təxminən 15 dəqiqə farqelet haqqında, onun
fəlsəfənin vacib kateqoriyası olması barədə danışır, Marksın, Le
ninin
konkret əsərlərini, səhifələrini nümunə göstərir, orada far
qelet barədə geniş şərhlər olduğunu deyir. Əldən-dildən düşəndən
sonra oğlandan soruşur:”başa düşdün, bala?” .
Oğlan utana-utana
ayağa qalxır ki, ’’başa düşdüm e, müəllim, ancaq siz bayaqdan da
nışdıqca, mən pəncərədən bayıra baxırdım, kəndin poçt binasının
üstündə “teleqraf’ yazılıb, onu tərsinə oxuyub soruşdum ki, farqe
let nədir?” Alim istidən çox xəcalətindən tərləyib çölə çıxır.
( K ütlə qarşısında nitqə a id olan bu nümunədə alim bir neçə
səhvə y o l verir, ilk növbədə auditoriyanın tələbləri və səviyyəsi
nəzərə alınmır, ona görə çıxış m araqsız alınır. Verilən suala ca
vabı bilm ədiyi halda “bu barədə gələn dəfə danışarıq” tipli ca
vablar əvəzinə, birtəhər vəziyyətdən çıxm aq istəyib özünü gülünc
vəziyyətə salır. Bilm ədiyi mövzunu sadə cavablandırm alı olduğu
halda bir qədər də mürəkkəb variant seçir, misallar, istinadlarla
dolaşıqlıq yaradır).
362
M olla N əsrəddinin qələmi
M olla Nəsrəddin mədrəsədə dərs deyirmiş.
Bir gün
valideynlərdən biri ona bir qab paxlava gətirir. M olla da həmin
vaxt başqa yerə getməliymiş. Paxlavanı taxçaya qoyub deyir:
- Uşaqlar, buna toxunmazsınız. Bunu mənə göndərən ada
mın mənlə ədavəti var, içinə zəhər qatib, yesəniz zəhərlənərsiniz.
Molla tapşırığını verib gedir. Mollanın qardaşı oğlu bu sinifdə oxu
yurmuş.
O bilir ki, molla uşaqları aldadıb, paxlavam yeməsinlər.
M olla gedən kimi taxçadan qabı çıxardır, paxlavanı yeməyə başla
yır. Uşaqları da yeməyə dəvət edir. Uşaqlar yeməkdən boyun qa
çırıb deyirlər:
- Paxlava zəhərlidir, biz yemirik, yesək ölərik.
Qardaşoğlu deyir:
- M olla bizi aldadır, gəlin yeyin.
Uşaqlar deyirlər:
- Bəs biz mollaya nə cavab verək?
Oğlan deyir:
- Siz gəlin yeyin, mollaya cavabı özum verərəm.
Uşaqlar paxlavam tamam yeyib qurtarırlar. Qardaşoğlu mol
lanın sevimli qələmini sındırıb qutunun üstünə qoyur. M olla gəlir,
qələmini sınmış görüb uşaqlardan acıqlı soruşur:
- Bunu kim sındırdı?
Oğlan ağlaya-ağlaya deyir:
- Yazanda sındı. Əmimin üzünə necə baxacağam?!
- deyib
özümü öldürmək istədim. Paxlava qabını taxçadan götürdüm, gö
zümü yumdum, yeməyə başladım. Hamısını yedim. Bədbəxtlikdən
ölmədim.
M olla dilxor olub uşağa deyir:
- Mən sənə bir söz demirəm. Hiyləgərlik bizim nəslə vergi ve
rilib.
(Yalançı əsaslandırm aya a id p a rlaq misaldır.Qardaşoğlu
Dostları ilə paylaş: