Sözlə bağlı əyləncəli suallar
P arol
Bir nəfər qadağan olunmuş əraziyə girmək istəyir, amma paro
lu bilmir. O qapının yanında gizlənir və gəlib-gedənləri
müşahidə
eləməyə başlayır. Bir az sonra bir nəfər qapıya yaxınlaşır və qapını
döyür. Qapıçı içəridən «16» deyir. Həmin adam «6»
deyir və içəri
buraxılır. Bir az sonra daha bir nəfər qapıya yaxınlaşır və qapıçı
«15»deyir. O, «5» deyərək cavab verir və içəri buraxılır. Az sonra
daha biri gəlir və qapıçı «17» dedikdə həmin şəxs «7»
deyir və o
da içəri buraxılır. Bütün bunlan görən oğlan: «hər şeyi anladım»
deyir və qapıya yaxınlaşır. Qapıçı «13» deyir, oğlan isə bayaq
dan eşitdiklərinə uyğun «3» deyir. Lakin oğlani içəri buraxmırlar,
cəzalandırırlar ki, sən«4» deməliydin. Niyə?
(.Burada riyazi m əntiqdən çox dilçilik m əntiqi var
-
rəqəm lər-
dəki hərflərin sayı soruşulur: 16-da 6, 15-də 5, 17-də 7, 13-də isə
4 h ə rf var.)
D əm ir pul
Stolun üstdə 2 dəmir pul var və onlann cəmi 3 qəpikdir. Lakin
bu pullardan biri 1 qəpiklik deyil. Bu necə ola bilər?
(Burada da m əntiqi dilçilik var: bu pullardan biri 1 qəpiklik
deyilsə də, digəri 1 qəpiklikdir, vəssalam.)
I
376