(Dialoqa nümunə)
Məmməd Araz
Bir ömrün qonaqları
(pərdəsiz dram -zarafat)
Qapım döyülür.
- Ey, kimsən?
- Xatirəyəm.
Mən
Məktub gətirmişəm ilk məhəbbətdən.
(Mətbəxdə qəzəbli qadın görünür.
O, məktub əlində qapıdan dönür.)
Qapım döyülür.
- Ey, kimsən?
- Tərifəm!
- Buyur!
- İçkin var?
- Yoxumdur!
- Onda yaz!
(Ayağa durur).
Taq-taq.
- Ey, kimsən?
- Mənəm, aç,
Ehtiyac!
- Nə xəbər, çoxdandır yoxsan?!
- Deyən az gələndə çox darıxırsan?
Taxçanı boşaldın, boxçanı boşaldın...
Qonşun beş adamın maaşın a lır...
O var, e ... filankəs... o maşın alır.
- Sən Allah, qoy, yazaq!..
374
1
Yenə də taq-taq...
- Ey, kimsən?
- Son xəbər qağandır! -
Dağılıb qurtarmır bu dünya andır:
Əsrimiz diplomat əsridir, baba!
Dillərdə sülh gəzir, ciblərdə bom ba...
Turdan adlam adın... dostun var orda...
Dünən iki şeirin batdı naborda.
- Qoyun, nəfəs alım, ay aman, nəfəs...
Yenə də qapını döyürdü bir səs,
- Ey, kimsən?
- Şöhrətəm!
- Buyur, sizə k im ...
- Məmməd İbrahim ...
- Qardaş, gecikmisən,
- O, burda yaşamır!
- Harda yaşayır?
- Yaxında, üstündə bir qız ağlayan
Qəbir var -
Orda yaşayır...
375
Sözlə bağlı əyləncəli suallar
P arol
Bir nəfər qadağan olunmuş əraziyə girmək istəyir, amma paro
lu bilmir. O qapının yanında gizlənir və gəlib-gedənləri müşahidə
eləməyə başlayır. Bir az sonra bir nəfər qapıya yaxınlaşır və qapını
döyür. Qapıçı içəridən «16» deyir. Həmin adam «6» deyir və içəri
buraxılır. Bir az sonra daha bir nəfər qapıya yaxınlaşır və qapıçı
«15»deyir. O, «5» deyərək cavab verir və içəri buraxılır. Az sonra
daha biri gəlir və qapıçı «17» dedikdə həmin şəxs «7» deyir və o
da içəri buraxılır. Bütün bunlan görən oğlan: «hər şeyi anladım»
deyir və qapıya yaxınlaşır. Qapıçı «13» deyir, oğlan isə bayaq
dan eşitdiklərinə uyğun «3» deyir. Lakin oğlani içəri buraxmırlar,
cəzalandırırlar ki, sən«4» deməliydin. Niyə?
(.Burada riyazi m əntiqdən çox dilçilik m əntiqi var
-
rəqəm lər-
dəki hərflərin sayı soruşulur: 16-da 6, 15-də 5, 17-də 7, 13-də isə
4 h ə rf var.)
D əm ir pul
Stolun üstdə 2 dəmir pul var və onlann cəmi 3 qəpikdir. Lakin
bu pullardan biri 1 qəpiklik deyil. Bu necə ola bilər?
(Burada da m əntiqi dilçilik var: bu pullardan biri 1 qəpiklik
deyilsə də, digəri 1 qəpiklikdir, vəssalam.)
I
376
|