ürəkdən gələn sevinc, yaxud kədər, başqasının halına yanma - bü
tün bunlar ekspressivliyin konkret formalarıdır.
İntensivlik prinsipi informasiyanın ötürülmə sürəti ilə xarakte
rizə edilir. M üxtəlif informasiya növləri və müxtəlif insanlar şərhin
və nitqin mənimsənilməsinin fərqli sürətinə ehtiyac duyurlar.
İnsanların temperamentini, konkret informasiya növünü qəbul
etmək üçün hazırlıq səviyyəsini nəzərə almaq lazımdır. Bununla
əlaqədar aşağıdakılar mühümdür: çıxış edənin auditoriyanın əhval-
ruhiyyəsini nəzərə almaq bacanğı; auditoriyanın müəyyən infor
masiya materialı
ilə işləmək qabiliyyəti; çıxış edənin auditoriyaya
informasiyanın mənimsənilməsi üçün zəruri olan sürət rejimini
təqdim etmək bacanğı.
Natiqlik vasitələrinin bütöv bir kompleksi mövcüuddur ki, on-
lann ünsürlərindən biri də
kom munikasiya təsirləridir.
Onlan daha
ətraflı nəzərdən keçirək.
X arici görkəm təsiri.
Bir qayda olaraq, əvvəlcə insanı onun xa
rici görkəminə əsasən qəbul edirlər və bu ilk təəssürat sonrakı qar
şılıqlı münasibətlərə təsir edir
.{İnsanı geyim inə görə qəbul edib,
ağlına görə yo la salarlar. Azərbaycan atalar sözü
) Bu səbəbdən,
mütəxəssis geyim estetikası, yaxşı
qurulmuş mimika, çox yüksək
mərifət hissi ilə silahlanmalıdır ki, ətrafına cazibə qüvvəsi saçaraq,
gözəl tərzi ilə həmsöhbətinin rəğbətini qazana bilsin.
Geyimdə ekssentrikliyə (qeyri-adilik, qəribəlik) yol vermək
lazım deyil. Geyimdəki heç bir element hərəkətlərin sərbəstliyini
məhdudlaşdırmamalıdır. Geyimdə təvazökarlıq vulqar şıqlıqdan
yaxşıdır. Bununla belə, işgüzar görüşlərdə brend markalı eynək,
mobil telefon, qələm və qol saatı yüksək təəssürat effektləri hesab
edilir.
Nitqi müşayiət edən j estlər informasiyanı ötürmə vasitələrindən
biri olub, onu qüvvətləndirməyə və dinləyiciləri inandırmağa
kömək etməyə yönəldilmişdir.
Lakin süni, teatral j estlər nitqin səmimi olmadığını göstərməklə,
əvvəlcədən bu haqda mənfi rəy yaradıb, inamsızlıq doğurmaqla
natiqə çox ziyan verir. Danışan xüsusi olaraq jestlər axtarmamalı,
həm də öz təbii jestlərini nəzarətdə saxlamalıdır.
351