Məsələ bundadır ki, insan təfəkkürü
iki formada fəaliyyət
göstərir: məntiqi və obrazlı; onlara da dərketmənin iki m üxtəlif
növü - elm və incəsənət xasdır ki, burada onlar qarşılıqlı surətdə
bir-birini tamamlayır.
Bununla əlaqədar olaraq, natiqin nitqi emosional - intellektual
yaradıcılığın canlı sözdə təzahür edən özünəməxsus növünü təşkil
edir: o, eyni zamanda həm insanın hisslərinə, həm də şüuruna təsir
göstərir. Camaat qarşısında çıxış ustalığı da insan təfəkkürünün bu
iki formasından bacarıqla istifadə etməkdən ibarətdir.
Sadalananlar aşağıdakı nəticəyə gəlməyə imkan verir ki, na
tiqin nitqi özündə təkcə insanların düşüncəsinə yox, həm də duy
ğularına təsir göstərir, bu səbəbdən də emosionallıq camaat qarşı
sında çıxışın tamamilə təbii, eyni zamanda, zəruri keyfiyyəti olub,
onun məzmununun qavranılaraq mənimsənilməsinə kömək edir.
Yekunda natiqlik sənəti üzrə öncə söylədiklərimizin qısa
xülasəsi kimi daha ümumi məsləhətlərimizi verək:
1. Yalnız söyləməyə sözünüz varsa və nitqinizin mühüm, yaxud
faydalı olacağına əminsinizsə, çıxış edin.
2. Sizə söz verilən kimi çıxışa başlamayın. Bir qədər gözləyin.
Dinləyicilərə sizə 15-20 saniyə baxmaq imkanı verin. Sonra audi
toriyaya baxın, gülümsəyin və «salam» - söyləyin.
3. Əgər nitqinizi kağızdan oxumaq qərarına gəlmisinizsə, bunu
sanki qarşımzdakı insanla söhbət edirmiş kimi edin. Əgər «ka-
ğızsız» çıxış edirsinizsə də,
fərqi yoxdur, arabir qısa məlumat
və rəqəmləri kağızdan oxuyun, əgər hətta bu məlumatları əzbər
bilsəniz də, onları oxumağınız dinləyicilərdə həmin məlumatların
səhihliyinə aid şübhələri aradan qaldırar.
4. Nitq müzakirə edilən məsələ ilə məhdudlaşmalı, ciddi şəkildə
yoxlanmış və seçilmiş faktlara əsaslanmalıdır.
5. Nəzərlərinizi ayn-ayn şəxslərin üzərində saxlamayın. Yadda
saxlayın ki, uzunmüddətli diqqətli baxış xoşagəlməz hiss oyadır. Bu
səbəbdən, nəzərlərinizi ayn-ayn dinləyicilərin üzərindən sürüşdürün.
Bu, dinləyicilərin diqqətini cəlb edir və onlarda hüsn-rəğbət oyadır.
6. İfadəli danışın, çünki ifadəli nitq fikrin ən m üxtəlif çalarlannın
böyük çoxluğunu çatdırmaq imkanına malikdir.
353
7. Şəxsi söz ehtiyatınızdan bütünlükdə istifadə edin. Nitqinizdən
dəftərxana ifadələri və vulqarizmləri kənarlaşdırmağa səy göstərin.
Həmçinin kitab üslubundan da qaçın.
8. Dinləyicilərin diqqətini qıcıqlandırın. Yadda saxlayın ki,
gözləmək gözlənilməzlikdən daha çox maraq və emosiya oya
dır. Nitqinizin əvvəlində əsas məsələlərin qarşıda olacağına işarə
edin və sonra da bir neçə dəfə bunu xatırladın.
Elə ilk sözlərdən
dinləyiciləri maraq «qarmağına», «sürpriz» intizarına «ilişdirmək»
lazımdır.
9. Fasilə etməyi öyrənin. Bu, diqqətinizi ən mühüm fikirlərdə
cəmləməyə, nəticələrin gözlənilməzliyni qabartmağa, şərh olunan
ları ümumiləşdirməyə kömək edər.
10. Sözlərinizi jestlərlə birləşdirin. Çox zaman ifadəli bir jest
sözsüz də anlaşılır. Jestlər çox kiçik, dəqiq və ifadəli olmalıdır.
M imikalar mülayim və xeyirxah olmalıdır.
11. Nitqin sürətini dəyişdirin. Bu, nitqə ifadəlilik verər. Nit
qin sürətinin dəyişdirilməsi qavramanın da sürətini dəyişdirir və
dinləyicinin fikrinin yayınmasına imkan vermir. Səsinizin intona
siyasını da dəyişin - o gah yüksəlməli, gah da alçalmalıdır.
Səsin
tonunun qəflətən dəyişməsi sözü, yaxud ifadəni ümumi fondan çı
xarıb fərqləndirir.
12. Ucadan, aydın, ifadəli danışın, lakin zəruri ehtiyac olmadıq-
da, səsinizi yüksəltməyin.
13. Təlimatverici tondan, səsinizdə nəsihətamiz-öyrədici notla
rın olmasından çəkinməyə çalışın.
14. Ehtiyatda çətin anda köməyinizə çata biləcək yumoristik
əhvalatlar, zarafatlar, söhbət və lətifələr saxlayın.
15. Həmişə çıxışınızı nə isə qeyri-adi şəkildə başlamağa, sonunu
isə parlaq və dolğun etməyə çalışın, çünki həmişə çıxışın
əvvəli
və sonu daha yaxşı yadda qalır. Əgər hər halda nitqin əsas tezisləri
şərhin məntiqinə görə mətnin ortasına düşürsə, o zaman çıxışın so
nunda onları xülasə etmək lazımdır.
354
ƏLAVƏLƏR
Dahi rus yazıçısı Lev Tolstoy 18 yaşında olarkən xoşbəxtlik və
uğur qazanmaq üçün «10 qızıl qayda” tərtib edib. Ömrünün axırına
kimi bu qaydalara riayət edəcəyinə söz verib:
1. Tez qalx. Məsələn, saat 5-də.
2. Tez yat. Məsələn, saat 21.00-da.
3. Az ye. Şirniyyatdan uzaq dur.
4. Ev işlərinin bacardıqca özün et. Başqalarına etdirmə.
5. Məqsədlərini böl.Bir həyati məqsədin olsun. Amma bunun
bəs etməyəcəyini bil və həyatda nail olmaq istədiklərinlə bağ
lı ayn-ayn balaca hədəflərin olsun. Gələn ilin, gələn ayın, gələn
həftənin və sabahkı günün hədəflərini ayn-ayı, dəqiq şəkildə
müəyyənləşdir. Hətta bir saat sonranın, bir dəqiqə sonranın planını
müəyyən et. Qulağında sırğa olsun: Böyük məqsədlərə gedən yol,
kiçik məqsədlərdən başlayır.
6. Qadınlardan uzaq dur.
7. Çox işləyərək ehtirasını öldür.
8. Yaxşı adam ol, amma başqalarının bunu bilməsinə imkan
vermə.
9. Gücünün yetdiyindən daha az xərclə.
10. İndikindən on dəfə varlı olsan da,
qətiyyən həyat tərzini
dəyişmə.
Dostları ilə paylaş: