Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə137/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Adətən, işgüzar nitqdə m əsdər tərkiblərindən istifadə zam anı
aşağıdakı çatışm azlıqlar m eydana çıxır:

Nitqin mürəkkəbləşməsi, məsələn, «dəstəyin fırladılmasını 
həyata keçirmək» («dəstəyi fırlatmaq» əvəzinə);
• Süni söz yaradıcılığı vasitəsilə formalaşdırılan ifadələrdən 
istifadə edilməsi, məsələn: sındırılmış qablaşdırma materialları, an­
bar sahələrinin verilməməsi, şirkətin struktura daxil olmaması və s.
İşgüzar söhbətdə, həmçinin (yazılı nitqdəki qədər tez-tez olmasa 
da) mürəkkəb cümlələrin müxtəlif növlərindən istifadə olunur. La­
333


kin bu zaman danışanlar heç də həmişə onların quruluşuna aid nor­
malara əməl etmirlər. Belə norma pozulmalarına aşağıdakılar aiddir:
• Bağlayıcılann düzgün seçilməməsi: məsələn, «əgər malın 
reklamı yaxşı aparılırsa, o zaman saüş səviyyəsi yüksəlin) (burada 
«əgən> əvəzinə «nə zaman» işlədilməli idi);
• İki eyni mənalı bağlayıcınm yanaşı işlədilməsi (lakin, bax­
mayaraq, sanki, elə bil ki və s.);
• «əgər» bağlayıcısının şərt budaq cümləsində təkrar edilmə­
si, məsələn: «əgər bu tövsiyələrdən istifadə edilsə və əgər firma 
öz maliyyə vəziyyətini əvvəlki səviyyədə saxlaya bilsəydi, yaxşı 
olardı» (burada I budaq cümləsində feil şərt şəklində, 2-cidə arzu 
şəklindədir və ikinci «əgən> artıqdır);
• Eyni bağlayıcılann, yaxud bağlayıcı sözlərin ardıcıl olaraq 
budaq cümlələrdə işlədilməsi: «Şirkətin fıliallannm inkişafı elə sü­
rətlə gedir ki, bizə elə gəlir ki, ümid etmək olar ki, onlar çox tezlik­
lə rəqabət qabiliyyətinə malik olacaqlao>.
N itqin dəqiqliyi və aydınlığı:
istənilən işgüzar söhbətə verilən 
ən mühüm tələbdir. İşgüzar nitqin dəqiqliyi dedikdə, mülahizələrin 
danışanın fikrinə uyğunluğu başa düşülür. İşgüzar insanın nitqinin 
dəqiq olması üçün sözlərin onlann ehtiva etdiyi mənalara uyğun iş­
lədilməsi tələb edilir. Mülahizələrin dəqiqlik və aydınlığı qarşılıqlı 
surətdə əlaqədardır. Dəqiqlik nitqə aydınlıq verir, aydınlıq isə də­
qiqlikdən irəli gəlir.
Bununla yanaşı, işgüzar söhbətdə sözlərdən istifadə zamanı 
heç də həmişə dəqiqliyə əməl edilmir. Çətin kitab leksikası ilə lov­
ğalanmaq kimi pis vərdiş sadə və anlaşıqlı danışmağa mane olur. 
Mülahizələrin dəqiqlik və aydınlığına xarici sözlərdən istifadə xü­
susilə zərər vurur. Çox zaman xarici sözlərdən həqiqi mənasını an­
lamadan istifadə edilməsi də bununla yanaşı gəlir.
Bəzi hallarda şifahi işgüzar nitqin dəqiqliyi terminlərin sino- 
nimliyi nəticəsində pozulur. Məsələn, çıxış edənin gah «boşluq», 
gah da «vakuum», gah «su elektrik stansiyası», gah da «hidroelek­
trik stansiyası» ifadələrini işlətməsi mənfi haldır.
İşgüzar danışıqda yeni anlayışları bildirmək üçün çox zaman 
xarici sözlərdən milli dilin söz yaradıcılığı modellərinə uyğun ola­
334


raq istifadə edilir. Nəticədə «Şlüzləmək» («şlüz» sözündən), şta- 
belləmək («ştabel» sözündən) «vizitkalaşmaq», («vizitka» sözün­
dən) kimi qəribə terminlər meydana çıxır.
Həmçinin, nitqdə artıq adət edilmiş, dildə sabitləşmiş termin­
lərin xarici tərzə uyğun düzəldilmiş yeni, işgüzar nitqdə çox isti­
fadə edilən ifadələrlə əvəz edilməsini də qanunauyğun hesab etmək 
olmaz. Bunlar 
professionalizm lər
adlanır və m üxtəlif istehsalat 
proseslərini, istehsal alətlərini, xammalı, əldə olunan məhsulu və 
s. ifadə etmək üçün işlədilir.
Xüsusi anlayışların rəsmi elmi adını bildirən terminlərdən 
fərqli olaraq, professionalizmlər «yanrəsmi» sözlər kimi qəbul 
edilir və ciddi elmi xarakter daşımır.
Professionalizmlərin (xüsusi sahə vahidləri) onların ümumişlək 
qarşılıqlarından üstünlüyü, mütəxəssis olmayanlar üçün ümumi bir 
ada malik olan yaxın anlayışları fərqləndirmək üçün istifadə edil­
mələridir. Bunun hesabına eyni peşə sahibləri üçün xüsusi leksika 
fikirlərini dəqiq və lakonik ifadə etmək vasitəsidir.
Lakin professionalizmlər qeyri-mütəxəssisə rast gəldikdə onla­
rın informasiya dəyəri itir. Bu səbəbdən biznesmenlərin danışığın­
da professionalizmlərdən istifadə arzuolunan deyil və onlan söz­
dən istifadənin qüsurlarına aid etmək lazım gəlir.
İşgüzar nitqin aşkar qüsurlarına: «necə deyərlər, başa düşürsü­
nüzmü, bilirsinizmi, yəni, deməli, belə» və s. 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin