Nəzərdən keçirilən üsulun qanuni, yaxud qeyri-qanuni olması
da olduqca şərtidir və əsaslandırmanın əxlaqi sahəsinə aiddir.
Əgər qarşı tərəf, boks terminlərindən istifadə etsək, nokdaun-
dadırsa, ona özünə gəlmək üçün vaxt vermək, yoxsa «son zərbə»ni
vurmaq sizin əxlaqi keyfiyyətlərinizin seçimidir.
Əgər qarşı tərəfin dəlillər sistemindəki zəif bənd sizin məqsəd
yönlü fəaliyyətiniz nəticəsində aşkar olmuşdursa, bu zaman həmin
sistem yeni dəyər qazanır - onun darmadağın olması taktikanın zə
ruri şərtinə çevrilir.
Tələ
- bu üsul - bu dəlil qarşı tərəfi müəyyən mövzu sahəsinə
cəlb etmək üçün xüsusi olaraq dövriyyəyə buraxıla bilər.
Əsaslandırma üsulu kimi tələ çox m üxtəlif şəkilli ola bilər.
Məsələn, qarşı tərəfin diqqətini
dəyişdirmək məqsədilə, özünüzün
guya zəif cəhətinizi - «axilles dabanınızı» təsvir etməklə fikirləri o
hissəyə yönəltmək.
Bu, aşağıdakı faydalan qazanmaq imkam yaradır:
1) opponentin fəaliyyəti müəyyən mənada nəzarət altında olur;
2) o sizin əvvəlcədən hazırladığınız sahədə dəlillər mübadilə
sini həyata keçirir;
3) opponentin diqqəti sizin mövqeyinizin həqiqətən zəif hissə
lərindən yayındınlır;
4) qarşı tərəfə təqdim edilmiş suallann gücləndirilm iş m üza
kirəsi mübahisəyə aynlm ış vaxtın
limitinin, sadəcə, bitməsinə
səbəb olur. Bəzən məğlubiyyətdlən qaçmaq üçün məhz bu tələb
edilir.
Tələ qarşı tərəfin təzyiqinə, yaxud onun qeyri-qanuni fəndlərinə
qarşı müdafiə reaksiyası da ola bilər.
Belə ki, əgər qarşı tərəf sizin istənilən dəlilinizə qarşı onun
isbatsız
olduğunu söyləyirsə, onda onun əsaslandırmasını məhz
onun özünə qarşı çevirmək və bununla onu özünün qurduğu tələyə
salmaq lazımdır.
Məsələn, əgər mübahisədə hər şeyi tamamilə inkar edən qarşı
tərəfin mövqelərini sarsıtmaq üçün mühüm olan bir fikri yeritmək
lazım gəlirsə, onu sizin öz mövqeyinizə zidd olan hökm şəklində
irəli sürmək lazımdır.
287
Əgər opponentiniz bu tələni hiss etməyəcəksə, ətalət qanunu
na uyğun şəkildə onu da rədd edəcək və bununla da sizin mövqe
yinizi təsdiq etmiş olacaq. Sizə də yalnız bu müddəanı
öz dəlillər
sahənizdə qeydə almaq qalacaq.
Dostları ilə paylaş: