edən taktik m üdafiə metodları, taktik kompromislər, sərfəli olm a
yan şəraitdə, ya xu d uyğun olmayan zamanda m übarizədən yayın
maq
kimi üsullar daxildir.
İki tərəfli kəskin dəlil
də çox səmərəlidir. Bu üsuldan istifadə
onunla əlaqədardır ki, elə dəlillər sırası mövcuddur ki, ondan (mü
əyyən şəraitdə) həm bu tərəfin, həm də qarşı tərəfin əleyhinə is
tifadə oluna bilər.
Heç də səbəbsiz deyil ki, klassik hüquqşünaslıqda istintaqa
ifadə verilməsi zamanı şübhəlinin, yaxud müttəhimin söylədiyi hər
bir söz ittihamın qüvvətiəndirilməsi üçün istifadə oluna bilər.
Gözlə görünəni isbat etməmək
tövsiyəsi də mühüm taktiki
üsullardandır. Məlumdur ki, həqiqətin isbat edilməsi üçün çox söz
tələb olunmur. Həm də
isbat üçün çox sözdən istifadə edilm əsi is
batı tənqid və təkzib üçün açıq
edir.
Nəhayət, bir qayda olaraq, gözlə aşkar görünən ya aksiomatik,
ya da adi, bayağı olur ki, bunu da dəlillərdəki ümumilik və bayağı
lıq isbat edir.
Bu qaydanın pozulması siyasi əsaslandırmalarda daha çox isbat
obyektinin özünün hörmətdən salınmasına, dəlillərin bayağılaşma-
sına səbəb olur, onları boş bəyannamələrə çevirir.
Digər taktiki qaydanı qüvvətli dəlilin hazırlanması qaydası ad
landırmaq olar. Əməli olaraq, bu, qüvvətli dəlildən müvafiq hazır
lıq olmadan istifadə edilməməsi tövsiyəsində ifadə oluunr.
Taktika auditoriyanı qüvvətli dəlili qavramağa hazırlayacaq
dəqiqləşdirici suallann qoyulmasında, müvaiq dəlillərin irəli sü
rülməsində ifadə oluna bilər.
Adı çəkilən taktik qayda iki digər qayda ilə sıx şəkildə əlaqədardır:
1. qüvvətli dəlil naminə, əsas dəlillər silsiləsinə şübhə kölgəsi sa
la biləcək bütün zəif və şübhəli sübutlardan imtina edilməsi zəruridir;
2. qüvvətli dəlili hazır fakt kimi yox, nəticə, mülahizə, hökm
kimi fəaliyyətə daxil etmək daha yaxşı olar. Bunun nəticəsində də
lilin gücü ikiqat artır.
Əgər bilavasitə sübut dolayısı
ilə sübutla, əkslikdən isbatla
möhkəmləndirilərsə, qüvvətli dəlilin təsiri daha böyük olar. Əgər is
bat üçün birbaşa zidd əsaslar götürülürsə, bu, əksliklərlə nəticələnir.
280
Beləliklə, nəinki bu dəlilin təsiri qüvvətlənir, həm də onun
təkzib edilməsi yollan kəsilir, meydana çıxa biləcək şübhələr dağılır.
Dəlillərin aynlması və birləşdirilməsi qaydası da mühüm takti
ki üsul hesab edilir. Hərfi mənada bu, qüvvətli dəlilləri bir-birindən
ayn, zəifləri isə onlann təsirini qüvvətləndirmək məqsədilə birlikdə
işlətmək mənasını verir.
Bu üsulun tətbiqi zəif dəlillərin birlikdə istifadəsi nəticəsində
onlann bir-birini qarşılıqlı surətdə tamamlaması və tənqid edildik
ləri halda daha az taktiki dağılmalara məruz qalmalan ilə şərtlənir.
Qüvvətli dəlillərin birləşdirilməsi isə məqsədəuyğun deyil. Onla
nn hər biri müstəqil uğurlu taktiki fayda verməlidir.
Bir sıra xüsusi taktiki tövsiyələr də mövcuddur. Məsələn: əgər
kiçik
sübut kifayət edirsə, böyük sübutdan istifadə etməmək; bu
mübahisədə tələb edilməyəni izah etməmək; həmçinin prinsip
etibarilə izah edilməsi mümkün olmayan, izahı üçün heç bir fak
tın, ya da işçi fərziyyənin olmadığı,
özünüzün də sonadək başa
düşmədiyiniz, inanmadığınız fikri izah etməmək.
Taktika
şərhlərdə
dolaşıqlığa yol verməməyi, faktlara nəsihətlərlə, aforizmlərlə ca
vab verməməyi tövsiyə edir.
Prosesə rəsmi nəşrlərin, mətbuatın və ictimai rəyin cəlb
edilməsi çox zaman tamamilə əks təsir yaradır.
Bu zaman rəsmi
mövqedən istifadə, bəzən isə qarşı tərəflə haqq-hesabın süni şişir
dilmiş dəlillər hesabına aydınlaşdırılması opponentinizə «təhqir
edilmiş və alçaldılmış», «çarmıxa çəkilmiş əzabkeş», «qüvvətlilər
tərəfindən təqib edilən zavallı» şöhrəti yaradır və s.
Əsaslandırmada
Dostları ilə paylaş: