Yuxanda deyilənləri nəzərə alaraq, diskussiya terminini bütün
janr qrupunu, yəni dialoji mətnin dəlillərlə əsaslandınlmış növünü
də göstərməkdən ötrü istifadə etmək hüquqi cəhətdən düzgündür.
Diskussiyada da nitq yaradıcılığında olduğu kimi əsas mətn
əlamətləri əks olunmuşdur. Hər bir nitq yaradıcılığı müəyyən
praqmatik göstərişlə qurulur. Diskussiyadakı bu ünsiyyət məqsədi,
adətən, apancı tərəfindən müəyyən edilir, lakin nitq davranışının
psixoloji qaydalarına əməl edilməsinə görə iştirakçılar tərəfindən
həyata keçirilir.
Diskussiyanın mövzusu diskussiyalı mülahizənin adi, deduk-
tiv, «tezis- dəlillər-nəticə» sxemi üzrə qurulandan fərqlənən və on
ların bərabər surətdə dəlillərlə əsaslandırılmasını tələb edən tezisi
ni ifadə etməlidir.
Diskussiyalı mülahizələrin tərif verilən anlayışın məntiqi bir
ləşməsindən çıxan tezislərinin (mülahizənin predmeti) yaradılması
diskussiyalı (problemli) sualın qoyulması və onun əks xassələrinin
aşkara çıxarılması zamanı mümkündür.
Ümumi halda tezisin məzmunu tərif verilən (izah edilən) anlayı
şı və üstəgəl bir-birini qarşılıqlı surətdə
istisna edən xassələrdən
birini əks etdirəcəkdir.
Diskussiya tipli mülahizənin və mətn kimi diskussiyanın möv
zusu aşağıdakı formulla tərtib edilir: tərif verilən anlayış üstəgəl
mənaca bir-birinə zidd olan iki predikat, yəni tezislərin cəmi.
Diskussiya - çox zaman qeyri-müstəqil olan bir neçə hissədən
yaranmış tərtibi mətndir (dialoqun replikalarının mətndaxili nata-
mamlığı). Belə mətnin məzmunu verballaşdınlmış və nəzərdə tu
tulmuş mənadan əmələ gəlir. Fikir qeyri-verbal siqnalları nəzərə
almaqla, həmçinin nitq kontekstinə istiqamətlənməklə danışanla
rın ümumi təcrübəsinə, vəziyyətə əsaslanır.
Diskussiya iştirakçılarının sosial rolları müxtəlifdir. Apancı
reqlamentləşdirici vəzifəni yerinə yetirir: mövzunu elan edir, möv
qeləri dəqiqləşdirir, opponent tərəfləri təqdim edir, prosesin gedişi
ni izləyir, yekunlaşdmr.
Bir-birinə zidd nəzər nöqtələrini irəli sürən şəxslər müxtəlif
müəlliflərin əsərlərində müxtəlif şəkildə adlandınlır:
kommunikator-
269
lar
(O.Q.Dzyubenko),
opponent-proponent
(L.QPavlova),
induktor
- resipient
(E.Melibruda). Sual verən və deyilənlərə aid şübhələrini
bildirən şəxslər
replikator
adlandınlırlar. Müzakirələrə qoşulmayaraq,
yalnız orada iştirak edən şəxslər- dinləyici, yaxud tamaşaçı adlanır.
Onların rolu kommunikatorlann psixoloji vəziyyətinə təsir edən xü
susi, yaxud rahatlıq mikro-iqlimi yaratmaqdan ibarətdir.
Diskussiyanın hər bir iştirakçısının müzakirə edilən məsələ ilə
bağlı müəyyən anlayışları mövcuddur.
Diskussiyanın
vəzifəsi -
bu məsələ haqqında iştirakçıların anla
yışlarının bir qisminə əsaslanan və onların hamısı tərəfindən qəbul
edilən bir ümumi biliyi tapmaqdır. Diskussiyanın
yekunu
- möv
cud anlayışların sadəcə riyazi cəmi, kiminsə şəxsi fikri olmayıb,
nə isə daha obyektiv, diskussiyanın bütün iştirakçıları tərəfindən
müdafiə edilən bir fikir olmalıdır.
Diskussiyanın
m əqsədi -
həmsöhbəti əsaslandırılan nəzər
nöqtənizin düzgünlüyünə inandırmaq - məntiqi dəlilləşdirmənin
yüngülləşdirilməsi üçün yanlış, yaxud aldadıcı üsullardan fərqli
olaraq, «mübahisənin doğru üsulları» adını almış xüsusi texniki
üsulların tətbiqini nəzərdə tutur.
Birincilər daha çox texniki xarakterə malikdir, onlarda biclik
ünsürü var, amma birbaşa aldatma yoxdur. Onlara taktiki göstə
rişlər aid edilir:
təşəbbüs göstərmək; müdafiə olunmamaq, hücum
etmək; qarşı tərəfin dəlillər sisteminin mərkəzinə, yaxud onun
daha zəif hissəsinə yönəldilmiş hərəkətləri istiqamətləndirmək;
gözlənilməzlik effektindən istifadə etmək və s.
İkincilər şüurlu şəkildə
tətbiq edilən və təbii ki, yolverilməz
olan m üxtəlif aldadıcı hərəkətlərdən ibarətdir. İstifadə etdiyi vasi
tələrin düzgün olub-olmadığına əhəmiyyət verməyən qarşı tərəf
dən nələri gözləmək mümkün olduğunu öncədən görmək və onu
ifşa etmək üçün onları bilmək vacibdir.
Bir çox fəndlər mövcuddur ki, onlardan aşağıdakılar daha tez-
tez işlədilir:
• Sofızmlər - məntiqin tələblərinin qəsdən, lakin cidd-cəhdlə
ört-basdır edilərək pozulması (paralogizmlərdən - qeyri-iradi
məntiqi səhvdən fərqli olaraq);
270
•
Tezisin dəyişdirilməsi;
• Qəsdən dolaşdınlma, yaxud çaşdınlma;
İkincilər arasında çox hissəsinin şəxsi ad aldığı «yolverilməz»
dəlillər adlandınlanlar ayrıca nəzərdən keçirilir:
• «auditoriya dəlili» - dinləyicilərin münasibətinə, hiss və
əhval-ruhiyyəsinə müraciət;
• «şəxsiyyət dəlili» - qarşı tərəfə onun real, yaxud uydurma
qüsurlarla xoşagəlməz şəkildə təqdim edilməsi;
• «kütlələr dəlili» yaxud demaqoqluq - qrup halında eqoizm,
mövhumatdan istifadə edərək dinləyiciləri həyəcanlandırmaq
cəhdləri;
• «şöhrətpərəstlik dəlili» - yaltaqcasına tərif;
• «cəsarətsizlik dəlili» - qarşı tərəfin etiraz edə bilmədiyi, ya
xud zidd gedə bilmədiyi
şəxsin fikrinə müraciət;
• «kötək dəlili» - elementar hədələr və s.
Diskussiya monoloji mətnin bütün əlamətlərinə malik olan
(mövzu və quruluş baxımından rabitəlilik, genişlik, praqmatik gös
tərişlər), lakin özünəməxsus fərqli xüsusiyyətlərlə səciyyələnən
(rolların ünsiyyət baxımından şərtləndirilmiş dəyişdirilməsi, işti
rakçıların sosial möhkəmləndirilmiş vəzifələri, dialoji birlik quru
luş vahidi kimi) tərtibi mətndən ibarətdir.
Dostları ilə paylaş: