Yazdığınız
kimi yox, danışdığınız kimi yazın (redaktə işi
ni başa çatdırdıqdan və onu ucadan oxuduqdan sonra məruzədən
«canlı söz kimi səslənməyən» hər şeyi çıxarın). Həmçinin zərurət
yarandıqda çıxarılması mümkün olan
ifadələrin də mötərizəyə
alınması tövsiyə olunur.
Hər abzasa 3-5 cümlə daxil edin (əks halda, fasilə verdiyiniz
yeri itirə bilərsiniz).
Yazarkən daha çox fəal fellərdən istifadə edin («Biz beş yeni
filial açmışıq» söyləmək «Bizim tərəfimizdən 5 yeni filial açılmış
olmuşdur» söyləməkdən daha düzgündür).
Cümlələrdəki sözlərin sayını məhdudlaşdırın (cümlə uzun ol
duqda, dinləyicilər üçün natiqin sözlərini qavramaq çətin olur).
Məruzə aydın və səliqəli şəkildə çap edilməlidir. Onu görmə
yiniz asan olan şriftlə, iki interval ara ilə çap edin. Abzaslar arasın
da üç interval məsafə qoyun.
Xüsusi əhəmiyyət verdiyiniz söz və cümlələrin altından xətt
çəkin (məruzənin səhifələrinin kənarlarında nitqin daha ifadəli çat
dırılmasına yardım edəcək qeydlər edin).
Dramatik fasilə etmək lazım gələn bəndlərin yanında «fasilə»
sözü yazın.
Necə məşq etmək lazımdır
Əgər çıxışın mətnini siz
yazm am ısım zsa
, onunla çıxışa qədər
tanış olmaq üçün vaxt tapın.
Ucadan
məşq edin, yadınızda qalan bənd və faktları tələffüz
edin.
Məşqin gedişində
danışdığınız kim i oxuyun,
oxuduğunuz kimi
danışmayın.
«Yazılmış mətn» üzrə çıxışın uğuru sizin oxumaq və yadda
saxlamaq bacarığınızdan asılıdır, lakin əzbərləməyə çalışmayın.
Sözləri yox, ideyaları yadda saxlamaq üçün məşq edin.
Mətni əvvəlcə ürəyinizdə oxuyun.
Bu sizə nitqi oxuyarkən ən
başlıca olanı seçmək imkanı verər və nitqin dinləyicilərdə də səs
siz oxuyarkən sizdə oyatdığı təəssüratı oyatmasına kömək edər.
Çıxışın m ətnini necə hazırlam alı
256
Səhifəyə baxın, səssiz şəkildə bir qrup söz oxuyun. Gözlərinizi
kağızdan ayırın və onları auditoriyaya baxırmış kimi və həmin söz
lərə düzgün məna verərək söyləyin. M əşqə davam edin.
Əgər imkan varsa, dinləyicilərlə məşq edin. Sizin danışığınızı
redaktə və düzgün tənqid edə biləcək insanla məşq etmək daha
faydalıdır.
Auditoriya ilə vizual təmas, çıxışın daha məsuliyyətli hissə
lərində edəcəyiniz jest və fasilələr üzərində işləyin.
Siz televiziya
diktorundan da yaxşı oxumağı öyrənməlisiniz.
Çıxış zamanı başınızı dik tutmalısınız. Əgər bu sizin üçün
asan deyilsə, hər cümlənin əvvəlində, o cümlədən, sonunda mütləq
dinləyicilərə baxın. Cümlənin sonunda başınızın və səsinizin uca
lığının aşağı düşməsinə imkan verməyin. Bu, etdiklərinizin hamı
sının üzərindən xətt çəkmiş olar.
Məşqlər hər dəfə mətndən daha böyük parçalan “götürüb” tə
ləffüz etməyə imkan verər. Zaman keçdikcə, siz sözləri «yavaşca
səhifələrdən qaldınb canlandırmağı» bacaracaqsınız.
Məşq edərkən mətni ruh yüksəkliyi ilə və ifadəli oxuyun.
Məşqlər zamanı şişirtməyə yol verəcəyinizdən çəkinməyin. Real
çıxış zamanı hər şey normal görünəcək.
Nitqinizi diktofona yazın və onu dinləyin - hər şey real çı
xışdakı kimi olmalıdır. Mətnin nə qədər canlı səslənməsini yox
layın. Sizin üzündən oxumadığınız, şifahi danışdığınız təəssüratı
yaranırmı?
Mətni oxuyarkən barmağınızdan göstərici kimi istifadə edin.
Əgər baxışlarınızı qaldırıb-endirərkən
oxuduğunuz yeri itirmisi-
nizsə, bunu hiss etdirməyin və dəhşətə qapılmayın. Qaldığınız yeri
tapın, lazım gələrsə, eyni cümləni bir də təkrar edin. Onu xüsusi
vurğu ilə təkrar edin: qoy hamıya elə gəlsin ki,
bunu əvvəlcədən
belə düşünmüşsünüz.
Mətnin sonuna yaxın sürətinizi azaldın. Düz dinləyicilərə ba
xaraq oxuyun. Səsiniz qüvvətlə və gərginliklə səslənməlidir. Be
ləliklə, siz dinləyicilərə yekun hissəni söylədiyinizi başa düşmək
imkanı vermiş olarsınız.
257
Məşqə sərf olunan vaxtı qeyd edin. Sizə ayrılan vaxta uyğun
danışmağa çalışın. Çıxışı sürətləndirməyin. Yaxşı olar ki, həmişə
kinə nisbətən daha aramla danışasınız. Artıq materialı çıxarın və
çıxışın vaxtını qısaldın.
Bir-iki məşqinizi videokameraya yazın. Özünüzə obyektiv
şəkildə baxın.
Heç olmazsa, bir məşqi çıxış edəcəyiniz geyimdə edin, o halda
çıxış zamanı özünüzü rahat və inamlı hiss edəcəksiniz.
Videokasetə çəkilm iş məşqə baxarkən özünü yoxlam aq üçün
suallar
• Yaxşı vizual əlaqə yaradılmışdımı? Nəzərlərində bütün
dinləyiciləri əhatə edə bildimmi?
• Səsim canlı və maraqlı səslənirdimi?
• Mən təbii və ciddi görünürdümmü?
• Fikirlər sakit və məntiqi səslənirdimi?
• Əsas hissəni daha çox qabartmaq mümkün idimi?
• Nitqin məqsədinə nail olundumu?
• Jestlər sərbəst və yerində idimi?
• Tərzim, jestlərim və səsimlə əsəbiliyimi dinləyicilərə ötür
mədim ki?
• Çıxışda mənim dəlillərimi zəiflədən artıq sözlər səslənmədi
ki («bəlkə də», «yəni», «deməli» və s.)?
• Nitq dinləyiciləri söylədiklərimin mənasını başa düşməkdən
ötrü gərginlik keçirməyə məcbur edəcək qədər çox
sürətli deyildi
ki?
• İdeyaların əhəmiyyətini qüvvətləndirmək, yaxud daha mü
hüm fikirləri ifadə etməkdən ötrü adi haldakına nisbətən daha
aramlı nitq sürətindən istifadə olundumu?
• Nitq dinləyicilər üçün aydın idimi?
• Əyani vəsaitlərdən yerində istifadə edildimi?
• Çıxışda müvafiq təəssürat yaranırmı? Geyimim lazımi təəs
sürata uyğun idimi?
Dostları ilə paylaş: