VIII FƏSİL
ŞİFAHİ NİTQ.
POLEMİKA USTALIĞI
8.1. Çıxışa hazırlıq
Kütlə qarşısında sıxışlar
Kütlə qarşısında çıxış etmək bacanğı
istənilən rəhbər işçinin fəaliyyətinin mühüm xüsusiyyətlərindən bi
ridir. Bir çox insanlar təbii olaraq şifahi çıxış qabiliyyətinə malikdir.
Onlar ekspromt şəkildə, heç bir çətinlik çəkmədən, istənilən anda,
özünə və başqalanna xoş duyğular bəxş edərək nitq söyləyə bilir.
Lakin heç də hamı gözəl natiqlik xüsusiyyətlərinə malik deyil.
Bir çoxlarını camaat qarşısına çıxmaq faktının özü qorxudur. On
lar tribunaya çıxıb fikirlərini gözəl şəkildə ifadə etməyi səmimi-
qəlbdən arzulayırlar, lakin bunu etmək onlar üçün çətindir.
Müvafiq nəzəri bilik, məşqlər və təcrübə mövcud olduqda
istənilən insan dinləyicilər tərəfindən müsbət qiymətləndirilib
yadda saxlanacaq nitq söyləyə bilər. Ancaq belə çıxışlara hazırlıq
zəhmət və bilik tələb edir.
Çıxış zamanı davranış
Auditoriyaya köklənin. Nitqinizin
məzmununun onun maraqlarına cavab verib-vermədiyini müəy
yənləşdirin. Uyğunsuzluq aşkar etdikdə «qarşılıqlı anlaşma kör
püləri salmağa» səy göstərin.
Çıxış zamanı inamlı olaraq, söylədiyiniz ideyalara möhkəm
inam nümayiş etdirin.
Çıxışa başlamazdan əvvəl auditoriyanı nəzərdən keçirin, dinlə
yicilərin sizin söyləyəcəklərinizi qəbul etməyə hazır olduğunu
yəqin edin. Yalnız sakitlik yarandıqdan sonra danışmağa başlayın.
251
Nitqi auditoriyaya qısa müraciətlə başlayın, ondan sonra ani,
ehtiyac olduqda isə daha uzun fasilə gəlməlidir.
Giriş sözü bərkdən deyilməməlidir. Bu, çıxışın gedişinə daha
yaxşı nəzarət etməyə və auditoriyanın diqqətini cəlb etməyə kömək
göstərər. Nitqin dəqiqliyinə nəzarət edin. Nitq nə çox sürətli, nə də
çox yeknəsəq olmamalıdır.
Çıxış zamanı baxışlarınız dinləyicilərə yönəlmiş olmalıdır.
Sizə yönəlmiş baxışlardan gözlərinizi qaçırmayın, bir nöqtəyə
baxmayın. Auditoriyanın reaksiyasını müşahidə edin.
Əgər indicə söylədiyiniz sözlərin dinləyicilərdə canlanma ya
ratdığını görürsünüzsə, toxunduğunuz mövzunu inkişaf etdirməyə
səy göstərin. Bu, auditoriyanı ələ almağa və müsbət münasibət qa
zanmağa yardım edər. Yalnız dinləyicilərin müsbət münasibətinə
nail olduqdan sonra başlıca məsələnin şərhinə keçin.
Bütün çıxış boyu özünənəzarəti unutmayın. Heç bir halda nitqi
söyləməkdə çətinlik çəkdiyinizi, yorulduğunuzu, yaxud hansı an
larda isə inamsız olduğunuzu hiss etdirməyin.
Hətta yerdən təhrikedici səslər gəlirsə, diskussiyaya girməyin.
Təhrikedici çağırışlar sizi özünüzdən çıxarmamalıdır. Söyləyin ki,
çıxışı bitirdikdən sonra istənilən suala cavab verməyə hazırsınız.
Bununla siz diskussiyaya hazırlaşmaq üçün vaxt qazanmış ola
caqsınız. Həm də çıxışınızın sonrakı gedişində diskussiyaya səbəb
olacaq bəzi suallar aradan qalxa bilər.
Çıxışın çətin anlarında xüsusilə inamla, hər sözü intonasiya
ilə söyləyərək danışmaq lazımdır. Auditoriya üçün xoşagəlməz
ola biləcək ifadələri aydın nümunələrlə möhkəmləndirmək lazım
dır. Bu mövzuya toxunmağa sizi zərurətin məcbur etdiyini mütləq
qeyd etməyi unutmayın. Sərt sözləri auditoriyanın ünvanına deyil
miş bir neçə xoş sözlə yumşaltmaq faydalı olar.
Əgər auditoriyanın yorulduğunu hiss edirsinizsə, səsinizi al
çaldın, sonra tədricən yüksəldin.
Ümumiləşdirici nəticələr nitqin məzmunu ilə məntiqi şəkildə
əlaqələndirilməlidir. Nitqi bitirərkən dinləyicilərə diqqətlərinə
görə təşəkkür etməyi unutmayın.
252
N itqin kompozisiya quruluşu
Dostları ilə paylaş: |