Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə105/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Jestlər 
Biz hamımız jestlərdən istifadə edirik və çox zaman 
bunu mexaniki surətdə edirik. Adətən, belə hesab olunur ki, jestlər 
əl və biləklərin hərəkətindən ibarətdir. Bunlar ən ifadəli və diqqəti 
cəlb edən jestlərdir. Lakin tələffüz edilən sözlərin əhəmiyyətini 
göstərmək məqsədi ilə edilən istənilən hərəkət jestdir. Başın, bo­
yunun, çiyinlərin, bədənin və ayaqların hiss edilməyən hərəkətinin 
mürəkkəb uzlaşması olmadan həvəslə, inamla danışmaq, demək olar 
ki, mümkün deyil. Beləliklə, jestlərdən istifadədə yalnız peşəkarlara 
xas olan, hamıya müyəssər olmayacaq, əlçatmaz heç bir şey yoxdur.
Lakin kütlə qarşısında çıxışlara yeni başlayan və əl jestlərinə 
vərdiş etməmiş natiq üçün jestlərdən düzgün istifadə çətin məsələ­
dir. O, əvvəlcə lazım olan duruşa və çıxış zamanı özünü idarə etmək
247


bacarığına yiyələnməli, sonra isə jestlər üzərində çalışmağa baş­
lamalıdır.
Əgər natiqlik sənəti üzrə kurslardakı məşğələlər zamanı sizdə 
güclü əllə jestlər etmək arzusu yaranırsa, onu boğmayın, yaranmış 
tələbata uyğun olaraq jest hərəkəti edin.
Əgər çıxış zamanı belə tələbat yaranmırsa, iradi və mexaniki 
jest hərəkətlərinə yol verməyin. Jest texnikası üzərində təcrübələri 
hazırlıq zamanı, yaxud müəllim dərsdə xüsusi tapşırıqlar verərkən 
yerinə yetirmək mümkündür. Kifayət qədər məşq etdikdən və 
əzələlərin mütəhərrikliyinə nail olduqdan sonra müvafiq təbii 
tələbat yarandıqda jestlər də meydana gələcək.
Əllərlə edilən jestlərə qarşı həssaslıq dinləyicinin şüurunda 
dərin kök salmışdır. Sözlərlə birləşən jestlər də «danışır» və sözlərin 
emosional səslənmə qüvvəsini artınr. Təsvir zamanı, yaxud təqlid 
məqsədilə, yaxud hadisəni və onun yerini göstərmək məqsədilə 
jestlərdən istifadə olunduqda, onlar şərhə lazımi aydınlıq gətirə bilir.
Jest mühüm əhəmiyyətə malikdir və natiqin yaradıcılıq səylərinin 
fiziki ifadəsi kimi bizdə müəyyən məmnunluq hissi yaradır. Müəyyən 
çərçivə daxilində natiqi iş prosesində müşahidə etmək hətta xoşumuza 
gəlir. Fikirlərini çatdıran zaman nitqini müşayiət edən və çıxış yolu 
axtaran hisslərinin fiziki ifadəsi onun özünə də rahatlıq gətirir.
Sözləri sanki heç bir qüvvə sərf etmədən söyləyən, ehtiyat­
la, rəvan axınla danışan natiq bizdə xoşagəlməz bir hiss və sanki 
əvvəlcədən yanlış fikir, inamsızlıq yaradır. Əl və biləklərin şüurlu və 
ifadəli işi mərdlik təsiri yaradır və insanın hərəkətə olan və intellek­
tual fəaliyyət zamanı təmin edilməyən təbii tələbatlanna cavab verir.
Bundan başqa, jestin daha bir müsbət xüsusiyyəti var: o, nati­
qin duruşunda mütənasib ahəngdarlıq yaratmağa yardım edir və bu 
ahəngdarlığı dinləyicilərə ötürə bilir. Biz yeriş zamanı əllərimizin kö­
məyi ilə tarazlıq yaradırıq, əllər eyni rolu nitq prosesində də ifa edirlər.
Siz jestlərin müxtəlif növlərini tətbiq edə bilərsiniz: qəlbinizdəki 
duyğuların hərəkətini ifadə etmək üçün, təsviri jestlər, işarəverici 
jestlər, təqlidi jestlər. 
İfadəedici jestlərdən
daha çox istifadə edilir.
Əllərin gərginliklə və uzun müddət qolaylanması ideyaların 
emosional baxımdan dolğunluğunu göstərir. Bu jestlər, adətən, nit­
248


qin qüvvətli, kulminasiya hisslərini müşayiət edir, lakin həm də ra­
hatlıq, həvəsləndirmə, tərif, təsəlli və digər ideyaları ifadə edə bilər.
Əgər iki kitabın həcmi arasındakı böyük fərqi təsvir edərkən 
siz əllərinizlə onların təxmini ölçülərini göstərməyə çalışırsınız­
sa, bu zaman 
təsviredici jestlərdən
istifadə etmiş olursunuz. Eyni 
zamanda, onların köməyi ilə sürətli və yavaş, birbaşa və dairəvi 
hərəkətləri də göstərmək mümkündür və hətta bu jestin köməyi ilə 
məcazi mənada hərəkət, məsələn, inkişaf, yaxud tənəzzül haqqın­
da da təsəvvür yaratmaq olar.
İşarəverici je stlər
bütün növlərdən ən sadələridir. Adətən, əl, 
yaxud barmaq işarəsi ilə yerləşmə yerini, yaxud istiqaməti göstərən 
işarələrdən ibarətdir. Aktyorluq qabiliyyətinə malik olan natiqlər 
çox zaman böyük uğurla təqlidi jestlərdən istifadə edirlər. İstənilən 
təsviri təqlidi üsulların köməyi ilə canlandırmağa çalışın və bu za­
man jestl ərin yalnız əl hərəkətindən ibarət olmadığını unutmayın.
Jestlərdən istifadə edərkən aşağıdakı qaydalara əməl edin:
1. Jestlər qeyri-iradi, təbii olmalıdır.
Jestdən ona tələbat ya­
randığını hiss etdikdə istifadə edin. Bu tələbat impulsunu yarım ­
çıq boğmayın. Əgər əllərinizi yuxan qaldırmağa başlamış, lakin 
onların yuxanya sərbəst hərəkətinə mane olursunuzsa, bu zaman 
toyuqlan qovmaq jestinə bənzəyən bir hərəkət alınır: kiş-kiş-kiş. 
Belə jestlər yeni fəaliyyətə başlayanlar üçün olduqca adi haldır.
2. Ə l-qol hərəkətləri arasıkəsilm əz olm am alıdır.
Bütün nitq 
boyu əl-qol atmayın. Bütün cümlələri jestlərlə müşayiət etməyə 
ehtiyac yoxdur.
3. Jestlərinizi idarə edin.
Yel dəyirmanına bənzəməyə səy 
göstərməyin, qüvvələrinizə qənaət edin; yadda saxlayın ki, əl-qol 
hərəkətləri bütün duruşun ahəngdarlıq ünsürüdür. Jest heç vaxt 
qüvvətləndirdiyi sözdən geri qalmamalıdır.
4. Jest hərəkətlərinizə m üxtəliflik gətirin.
Fikirlərinizi qüvvət­
ləndirməyə ehtiyac yarandığı bütün hallarda, heç bir fərq qoyma­
dan eyni jestdən istifadə etməyin.
5. Jestlər öz təyinatına m üvafiq olm alıdır.
Onların miqdarı, 
intensivliyi nitqin və auditoriyanın xarakterinə uyğun olmalıdır. 
Məsələn, uşaqların əksinə olaraq, böyüklər jestlərdən az istifadəyə 
üstünlük verirlər.
249


Elə ki, jestlərdən istifadəni öyrəndiniz, vaxtınızın bir qismini 
onun texniki tərəflərini mənimsəməyə ayırın.
Ümumiyyətlə, jestlərin sayının çox olduğunu hiss etdiyiniz və 
onlan azaltmaq lazım gəldiyini düşündüyünüz hallar müstəsna ol­
maqla, nitq prosesində əl-qol hərəkəti haqqında düşünmək lazım 
deyil.
Auditoriya ilə ünsiyyət zamanı təkcə natiqin səsi yox, həm də 
bütün xarici görkəmi əhəmiyyətlidir. Natiqin xarici görkəmi, onun 
tərzi, duruşu və jestlərindən yaranan ümumi yaxşı təəssürat nitqin 
uğurlu alınması üçün olduqca vacibdir.
Lakin burada da mənfi cəhətlər var. Natiqin xarici görkəminə 
aid əlamətlər dinləyicinin diqqətini nitqin məzmunundan yayındıra 
bilər. Əgər natiqin hərəkətləri və üsullan onun dinləyicilərə çatdırmaq 
istədiyi ideyalanmn daha yaxşı ifadəsinə kömək etmirsə, yəni özlərinin 
birbaşa vəzifəsini yerinə yetirmirsə, bu zaman məhz belə olur.
Natiqin xarici görkəmindəki ən yaxşı xüsusiyyət -
dürüst­
lükdür.
Yaxşı natiqlik davranışlarının ayrılmaz hissəsi sərbəstlik, 
canlılıq, inamlılıq və dostyana intonasiyadır. Düzgün duruş özün­
də qamətin sərbəstliyni və hərəkətlərin yüngüllüyünü, zərifliyini 
birləşdirir. Jestlər söylənilən ideyalann yaratdığı təsiri qüvvətlən­
dirən istənilən hərəkətlərdir.
Təyinatına görə də təsnif etmək mümkün olan əl-qol hərəkətləri 
(ifadəli, təsviri, işarəedici, təqlidi), əslində, sonsuz sayda müxtəlif 
ola bilər. Həmişə qeyri-iradi şəkildə meydana çıxan, lakin nəzarət 
etmək mümkün olan jestlər lazımi şəkildə tətbiq edildikdə, natiqin 
əhval-ruhiyyəsini və fikirlərini əks etdirir.
Beləliklə, həmsöhbətinə yaxud auditoriyaya arzu olunan təsiri 
göstərmək, yaxud onu inandırmaq lazım gəldikdə bunu yalnız 
arzu etmək və mövzunu yaxşı bilmək kifayət deyil. Bunun üçün 
dinləyiciləri mümkün qədər dərindən və ətraflı tanımaq, inandı­
rıcı təsirin yuxanda haqqında danışılan bütün imkanlanm ətraflı 
müəyyənləşdirmək, söhbəti əlverişli şəraitdə aparmaq, uğursuzlu­
ğa düçar olarkən ruhdan düşməmək, səhvlərdən nəticə çıxarmaq 
lazımdır. O zaman sərbəst, gözəl və inandıncı danışmaq bacanğı 
və onun ardınca da ustalıq özü sizi tapacaq.
250



Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin