Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə102/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

VII FƏSİL
NİTQ TEXNİKASI
7.1. N itq texnikasının kom ponentləri
Üç natiq kateqoriyası mövcuddur: «bir qismini dinləmək 
mümkündür, digərlərini dinləmək mümkün deyil, üçüncüləri 
dinləməmək mümkün deyil». Danışacaqlanmız öncədən müəy­
yənləşdirməyə imkan verməlidir ki, bilək, ətrafdakılar bizi dinlə­
yəcəklər, dinləməyə bilməyəcəklər, yoxsa yox? Əlbəttə, bizim sə­
simizdən də asılıdır, bizə ümumiyyətlə qulaq asacaqlarını?
Natiq üçün tərkib hissələri 
nitq tənəffüsünün form alaşdırılm a­
sı, diksiya və orfoepiya
(yəni düzgün ədəbi tələffüz) olan nitq tex­
nikası böyük əhəmiyyət kəsb edir.
N itq texn ika sın ın
mahiyyəti tələffüz normal arına əməl edilməsi 
zamanı nəfəsin, səsin, artikulyasiyanın əlaqələndirilməsindən iba­
rətdir. Bu zaman səsin sürəti, tembri, səslənməsi, yüksəkliyi, tələf­
füzün aydınlığı kimi keyfiyyətləri təmin edilir.
Natiqin səsinin qüvvəsi auditoriya üçün çox böyük əhəmiyyətə 
malikdir. Əgər o, çox ucadan danışırsa, həm də bu zaman kəskin 
səsə malikdirsə, bu onu dinləyən adamlarda əsəbilik yaradır və çı­
xışın təsiri əhəmiyyətli dərəcədə aşağı düşür.
Əgər natiq astadan danışırsa, onu yalnız yanında olanlar eşidir, 
yerdə qalanlara onun nitqinin mahiyyəti çatmır, bu da auditoriya­
nın narazılığına səbəb olur. Deməli, natiqdə daxili bir inam olmalı­
dır ki, onun səsi dinləyiciləri yormur və hamı nitqi yaxşı eşidir.
Həm çox yavaş, həm də çox uca səsli nitq yeknəsəq də ola 
bilər, bu da auditoriyanı tezliklə yorar və insanlar daha natiqi
239


dinləməzlər. Buna yol verməmək üçün çıxış zamanı tədricən və 
ahəngdar surətdə səsinizi gah yüksəldib, gah da alçaldın, onu gah 
uca, gah yavaş edin.
İnandıncı olmaq istəyən natiq aramla və aşağı tonlarda danışır. 
Lakin o, səsinin təbii diapazonunda qalmalıdır, yoxsa çıxışı qeyri- 
səmimi təsir bağışlaya bilər.
Səsin ahəngdarlığına nail olmaq üçün düzgün nəfəs almağı 
öyrənmək lazımdır. Bu isə dərindən, diafraqmanı nəfəs alıb-ver­
mə prosesinə qoşmaqla nəfəs almaq deməkdir. Bu həm də tənəf­
füsü nəzarətdə saxlayaraq, nəfəsverməni qənaətlə paylaşdırmaq 
deməkdir. Yaxşı natiqdə nəfəsalma və nəfəsvermənin uzunluğu 
1:15-1:20 nisbətində (yəni hər dəfə 15-20 söz deyilməlidir) olma­
lıdır.
B ir çox natiqlər səhv olaraq belə hesab edirlər ki, nəfəsalmanı 
durğu işarələri ilə, yaxud cümlənin sonunda etmək lazımdır. Bir 
nəfəsalmada yalnız bir qısa cümlə demək mümkündür. Əgər siz 
uzun cümləni tələffüz etmək istəyirsinizsə, onun sonuna yaxın 
səsin gücü və ahəngdarlığı mütləq aşağı düşür.
Tez-tez nəfəs almaq, daimi hava ehtiyatını qorumaq, həm də 
nəfəsalmanı təbii (məntiqi) pauzalar zamanı və hiss olunmadan 
etmək lazımdır.
Nitqin dolğunluğu və ahəngdarlığının sırf fizioloji şərtlərindən 
başqa həm də psixi əsaslan mövcuddur. Bu, özünə inam, ruh 
yüksəkliyi, söhbətin mövzusu ilə çox maraqlanmaqdır.
Natiq nə qədər yaxşı hazırlaşmışsa, nə qədər çox maraqlı fakt­
lar bilirsə, özünü o qədər inamlı hiss edir və nəticədə öz səsinə 
ahəngdarlıq və ifadəlilik vermək onun üçün bir o qədər asan olur.
Nitqin hər bir səsi xarakterik çalara, yaxud tembrə malikdir. 
Səsin digər ünsürləri kimi tembr də natiqin psixi vəziyyətindən 
asılıdr. Əgər ideyalannız aydın və canlı deyilsə və özünüz də bunu 
hiss edirsinizsə, səsiniz aydın və şəffaf səslənməyəcək. Siz yor­
ğun, ruhdan duşmuş, utanmış, yaxud qəzəbli olduqda səsinizin 
necə səslənməsinə diqqət yetirin. Əlbəttə, səsin tembrini tamamilə 
dəyişmək mümkün deyil. Lakin onu yaxşılaşdırmaq üçün çox şey 
etmək mümkündür.
240


Tembrin qüsurlan bunlardır: a)təngnəfəslik; b) xınltılılıq; c) 
sərtlik ç) boğaz səsi olması; f) burunda danışmaq.
Yaxşı tembr - açıq, dolğun, aydın, təmiz vibrasiyalarla 
səslənmədir.
Belə səslənmə dərin, nəzarətdə saxlanan tənəffüsün, səs tellə­
rinin sərbəst titrəyişlərinin və heç nə ilə sıxılmayan rezonans ka­
meralarının - qırtlağın, ağız və burun boşluqlanmn mövcudluğu­
nun nəticəsidir. Səs axınının ağızın ön hissəsinə nə qədər yüngül 
axdığını hiss etmək zəruridir.
Danışıq texnikası həm də nitqin sürəti anlayışını özündə ehtiva 
edir ki, o da nitqin sürətliliyi, ayn-ayn sözlərin səslənmə müddəti, 
fasilələrin uzunluğu və intervallan kimi göstəricilərlə səciyyələnir.
Nitqin sürəti olduqca müxtəlifdir və natiqin özünün xüsusiy­
yətlərindən və onun nitqinin məzmununun xarakterindən asılıdır. 
Natiqlərin çox hissəsi bir dəqiqədə 120-dən 150-dək söz tələffüz 
edir.
Nitqdə qorxaqlıqdan doğan tələsildik geniş yayılmış və cid­
di qüsur sayılır. Olduqca sürətli nitq həm də natiqin auditoriyaya 
tam laqeyd olmasının nəticəsidir. Yaxşı natiqlər heç zaman sürətlə 
danışmırlar. Onlar dinləyicilərə nitqin daha məzmunlu fikirlərini 
dərk etmək üçün vaxt verirlər.
Süst, həvəssiz nitq isə fleqmatik və tənbəl insanların qüsuru­
dur. Belə natiqlər bir söz söyləməzdən əvvəl uzun müddət tərəddüd 
edirlər, nəhayət, mülahizənin sonuna gəldikdə isə dinləyici artıq 
onların fikirlərinin axarını izləmək qabiliyyətini itirmiş olur.
Nitqin sürəti həm də ayn-ayn heca və sözlərin səslənmə müd­
dətinin uzunluğu ilə müəyyən edilir. Sözlər kimi hecalar da qar­
mon kimi dartılıb uzadıla və yığılıb sıxıla bilər ki, bu da onlann 
mənasından və ifadə etdikləri hisslərdən asılıdır. Əsəbi, coşqun 
natiqlər daha ifadəli səslənmə üçün səslənmənin uzunmüddətli- 
liyindən çox, ucadan danışmağa əhəmiyyət verirlər. Nəticədə din­
ləmə üçün xoşagəlməz olan sərtlik meydana çıxır.
Nitqdə bizim hisslərimiz təkcə sözlərin köməyilə yox, həm 
də 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin