iki komponenti müəyyənləşdirmək lazımdır: subyekt və predikat.
Hökmün subyekti onun predmetini bildirir, predikat isə subyektə
aid
edilən xassə, yaxud münasibətləri bildirir. Konkret məzmunun
dan asılı olmayaraq bütün hökmlər bu şəkildə məntiqi formada ifadə
edilə və həqiqilik mənasına görə öz aralarında uyğunlaşdırıla bilər.
Hökmlər aşağıdakı kimi ola bilər:
• ümumi təsdiq edənlər;
• qismən təsdiq edənlər;
•
ümumi inkar edənlər;
• qismən inkar edənlər.
Hökmlərin növləri onların təbiətini və məntiqi formasını xa
rakterizə edir.
Tərif- istifadə edilən terminin mənasını aydınlaşdırılmaq
üçün, naməlum terminin artıq məlum vasitəsilə ifadə edilməsindən
ötrü nəzərdə tutulan, bu məna və əhəmiyyəti dəqiqləşdirən məntiqi
əməliyyatdır.
Tərifin nitqdə məntiqi vasitə kimi istifadə edilməsi bir neçə
qaydaya əməl olunmasını nəzərdə tutur:
1. S termininin həcmi
P
termininin həcminə bərabər olmalıdır.
Bu qaydanın pozulması tərifin məntiqi əməliyyatlarının mütəna
sibliyinin pozulmasına səbəb olur.
2. Tərifi «qüsurlu dairənin» köməyi ilə vermək olmaz. M əsə
lən, «
fırlanm a- fırla n m a hərəkətidir».
3. Tavtologiya
təriflər də səhv hesab edilir, yəni naməlum
predmetin tərifi onun özü vasitəsilə, yəni
«yağ yağlıdır»
kimi ve
rilə bilməz.
4. İnkardan istifadə edən, yaxud inkar edən bütün təriflər səhv
hesab edilir.
5. Obrazlı ifadələr, atalar sözü və məsəllər, metafora, hiperbo-
la, aydın olmayan və çoxmənalı sözlərdən istifadə edilən və məişət
ifadələri ilə bağlı olan təriflər məntiqi baxımdan
qeyri-ciddi və
səhv hesab edilir.
Nitqdə təriflərdən istifadə dinləyicilərin mənasım bilmədiyi
sözlərin izah edilməsi, onlann mənasım
dəqiqləşdirmək, yeni ter
minlərin artıq məlum olanlar vasitəsilə izah edilməsi ilə əlaqədardır.
229
Təsnifat
- tərifin növlərindən biridir. Bu, əşyaların, termin və
ya dəlillərin siniflər üzrə yerləşdirilməsinə aid məntiqi əməliyyatdır.
Təsnifatın məqsədi - anlayışın həcminin onun tərkibinə daxil olan
terminlərin sadalanması vasitəsilə açılmasıdır.
Kütlə qarşısında nitq anlayış və terminlərin məntiqi baxımdan
doğru şəkildə istifadəsini nəzərdə tutur. Anlayış ümumiləşdirmə,
əşyaların sinfinin ümumi əlamətlərinin müəyyənləşdirilməsi, bir
ümumi,
əhəmiyyətli və əhəmiyyətsiz, cins və növ əlamətinin gös
tərilməsi prinsipi üzrə sinfin qruplaşdınlması ilə əlaqədar fikri
əməliyyatları nəzərdə tutur.
Tərifin dil əsası sözlər, adlar, terminlərdir. Təriflərin yaranma
sı müqayisə, təhlil, sintez, mücərrədləşdirmə
və ümumiləşdirmə
ilə bağlıdır. Hər bir tərifdə
həcm
(müəyyən edilmiş əlamətə malik
olan predmetlərin sinfi) və
məzm un
(əlamət və əlamətlərin birliyi)
mövcuddur.
Dostları ilə paylaş: