auditoriyanın diqqətini cəlb etm ək və m arağı
nı oyatm aq
zəruridir, nəticədə isə insanları hərəkətə təşviq edən
motivləri açmaq mümkündür.
Çıxışın başlanğıcı daha çətindir. Giriş qısa (bir və ya iki cümlə)
olmalıdır.
G irişi çox fo rm a l başlam ayın
və onu çox diqqətlə hazır
ladığınızı göstərməyin. Sərbəstlik, ahəngin təbiiliyi uğura aparır.
N itqin bitirilm əsi
- ən çox yadda qalan mühüm ünsürdür. Nitqi
bitirərkən «mən nitqimi bitirirəm» - deməyin. Ancaq nitqi də nata
mam qoymayın.
Çıxışın sonluğunun belə variantlarını təklif etmək mümkündür:
fəaliyyətə çağırmaq, dinləyicilərə uyğun gələn xoş söz söyləmək,
gülüş doğurmaq, müvafiq poetik misraları əzbər söyləmək, kulmina
siya yaratmaq və s. Yaxşı başlanğıc və son hazırlayın və onlan bir-
ləşdrin. Söylənilən müddəaların qısa xülasəsini etmək mümkündür.
Təkcə nə danışdığınız mühüm deyil, həm də necə danışdığınız
mühümdür.
Əgər dinləyicilərin başı üzərindən, yaxud da döşəməyə
baxsanız, söhbət, yaxud çıxış «öldürülmüş» olacaq. Daha mühüm
fikri vurğu ilə, səsin gücü ilə, sürətin, yaxud fasilələrin dəyişdiril
məsi ilə qabartmaq tövsiyə olunur.
A ydınlıq çox mühüm, am m a çətindir
; bunun üçün assosiasi
ya və müqayisələrdən istifadə edin. Əgər bütün dinləyicilər sizin
ixtisasınızla bağlı deyilsə, xüsusi terminlərdən istifadə etməkdən
çəkinin. Eksponatlardan, illüstrasiyalardan, obrazlı müqayisələrdən
dinləyicilərin görmə qavramasını qüvvətləndirmək üçün istifadə
edin, daha konkret və müəyyən olmağa çalışın. Mücərrəd mülahizə
və hökmləri nümunələrlə müşayiət edin. Başlıca fikirləri təkrar
etmək olar, lakin eyni ifadələri iki dəfə işlətmək lazım deyil. Eyni
zamanda çox məsələlərə toxunmağa səy göstərməyin, xüsusilə
əgər çıxışın həcmi kiçikdirsə, bu, yaxşı alınmaz.
Kiçik çıxışda bir-iki məsələdən artığı lazımi şəkildə nəzərdən ke
çirilə bilməz. Çeynənmiş sözlərdən, ifadə və müqayisələrdən istifadə
etməyin. Öz şəxsi müqayisələrinizi yaradın. Özünəməxsus olun.
225
(
Deməli, kütlə qarşısındakı (natiqlik) nitq aşağıdakı xassələrə
malik olmalıdır:
• Kütlə qarşısında düşünmənin hiss olunması;
• Dialoqlu (dialoqun gizli forması);
• Situasiyaya uyğun və reaktiv (idarə olunan əks-əlaqəli);
• Əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş, lakin çıxışın
gedişində dəqiqləşdirilmiş və bütünlüklə formalaşdırılmış, prob
lemli;
• Yazılıya nisbətən az, şifahiyə nisbətən çox ətraflı;
• Zaman baxımından geri qayıtmayan (şifahi nitq kimi);
• Frazeoloji quruluşuna görə sadə;
• Ədəbi dilin norma və qaydalarına görə yox, şifahi nitqin qa
nunlarına əsasən qurulmuş;
• Anlaşıqlı, obrazlı və emosional.
Kütlə qarşısında çıxışın mühüm amili suallara cavabdır. Heç
bir zaman suallardan qaçmayın; əgər cavabını bilmirsinizsə, o hal
da, sual verəndən sonradan yanınıza gəlməyi xahiş edin və cavabı
hazırlayın.
6.3. K ütlə qarşısında nitqin əsas vasitələri
K ütlə q arşısın d a nitqə verilən tələblər İşgüzar ünsiyyət
m üxtəlif formalarda ifadə oluna bilər. Bu həm müşavirə, həm
söhbət, həm polemikadır... Lakin ünsiyyət hansı formada olur-ol
sun, o həmişə özündə iştirakçıların monoloq və dialoqlarını, kiçik
və böyük çıxışlarını birləşdirir.
K ütlə qarşısında nitq-
incə söz sənəti, ritorik çalışma deyil.
O, məqsəd yox, işgüzar
məqsədlərə çatm aq
vasitəsidir. Bununla
bərabər, o, bir sıra tələblərə cavab verməlidir ki, nitqi inandırıcı,
bəlağətli, sübutlu, məntiqli, düşünülmüş, həm də, sadəcə, gözəl edir.
N itq
işgüzar ünsiyyətin komponenti kimi səs, tövr, mövzu və
istifadə edilən vasitələrə görə yaxşı bir müsahibənin keyfiyyətlərinə
malik olmalıdır.
Bu
tələblərdən
bir neçəsini müəyyənləşdirək:
226
1. Nitq əvvəldən axıra qədər çox maraqlı, cəlbedici və faydalı
olmalıdır.
2. O, kompozisiya baxımından düzgün tərtib edilməli və
girişə, mənanın yerləşdiyi əsas hissəyə və yekuna malik olmalıdır.
3. Nitq fərdi həmsöhbət, yaxud böyük auditoriya qarşısın
da çıxış üçün nəzərdə tutulmasından asılı olaraq, dinləyicilərə
yönəlmiş olmalıdır.
4. Nitq tərkibi m üxtəlif olan auditoriyaya hesablanmalıdır.
5. O yalnız eşitməklə qavranılaraq, məqsədə yetişməlidir.
Nitqin məqsədi tam olmasa da, bilavasitə çıxışın mövzusu ilə
bağlı olmalıdır.
N itqin mövzusunun seçilm əsi
sizin biliklərinizə və maraqları
nıza uyğun gəlməlidir. Bu zaman aşağıdakı sadə tövsiyələr nəzər
alınmalıdır:
a) ədəbiyyata, təcrübəyə, yaxud şəxsi biliklərinizə müraciət
etmək;
b) mütəxəssislərlə, bu məsələdə maraqlı olan şəxslərlə, yaxud
gözlənilən dinləyicilərlə ilkin söhbətlər keçirmək;
c) çıxışın mümkün variantlarım düşünüb qeyd etmək;
ç) mövzunu daha yaxşı əhatə etmək üçün mövzudan doğan və
yaxud onların verəcəyi sualları müəyyənləşdirmək;
f) vəziyyətə, şərtlərə, zamana uyğun mövzu seçmək;
e) auditoriyaya uyğun gələn mövzunu seçmək.
Sonuncu halda auditoriyanın spesifik maraqlarını nəzərə almaq
lazımdır. Bunun üçün onun əsas, qrup halında, ən mühüm və konk
ret maraqlarının nə təşkil etdiyini müəyyənləşdirmək lazımdır.
Başlıca maraqlar,
adətən, əsas həyat fəaliyyətinə (həyat, sağ
lamlıq, təhlükəsizlik, nüfuz, etibarlılıq və gələcək rifahın təminatı)
aiddir. Əsas maraqlarla əlaqədar olan mövzunun seçilməsi həmişə
aktualdır və dinləyicilər adətən bu növ sualların müzakirəsinə,
əgər onlar mücərrəd şəkildə qoyulmayıbsa, həvəslə qoşulurlar.
Qrup m araqlan
- çıxış üçün digər yaxşı mövzudur. Natiq
onları müəyyənləşdirdikdən sonra öz nitqi ilə kollektivi daha çox
birləşdirir, insanları qrup maraqlan ətrafında cəmləşdirir. Belə ma
raq kollektiv hobbi, yaxud qruplan birləşdirən motiv ola bilər.
227
M ühüm m araqlar
- bunlar təxirəsalınmaz, çox aktual maraq
lardır. Belə mövzunun seçilməsi də nitqi uğurlu edir. Nəzərə almaq
lazımdır ki, istənilən mövzu aktuallaşdınla bilər. Başlıcası, bunu
süni şəkildə etməməkdir, bunun üçün konkret maraqlara diqqət
yetirmək lazımdır.
Konkret m araqlar
- insanların gündəlik maraqlan, onlan ən
çox məşğul edən məsələlərdir. Konkret maraqlar öz mahiyyətinə
görə insanlann çoxluğunun aktuallaşdınlmış əsas maraqlan, onla-
n n konkret əşyalara tələbatlandır (yaşayış yeri, qida, nəqliyyat, iş
şəraiti, əyləncələr və s ).
M üxtəlif maraqlan nəzərdə tutaraq, camaat qarşısında çıxışın
məqsədlərini formalaşdırmaq tələb olunur. Nitqin konkret məqsədi
sadə və anlaşıqlı tezislə ifadə oluna bilər. Məsələn: «Mən sizə yeni
vəzifə təlimatlanm izah edərəm». Belə məqsəd sadə və anlaşıqlı
dır. Yalnız bir şeyi nəzərə almaq lazımdır ki, konkret məqsəd hamı
ya məlum olan anlayışlarla formalaşdınlmalıdır.
Konkret məqsədi müəyyənləşdirdikdən sonra konkret məqsəd
istiqamətini formalaşdırmaq lazımdır. O, auditoriyaya və natiqin
özünə istiqamət verir. Məsələ bundadır ki, dinləyicilər öz özlüyündə
natiqin hansı motivlərlə hərəkət etdiyini araşdırmağa meyil-
li deyillər. Buna görə natiq özü nitqlə nəyə nail olmaq istədiyini
(məsələn, dinləyicilərə vəzifə bölgüsünün yeni prinsipləri haqqın
da məlumat vermək istəməsi barədə onlan xəbərdar etmək və bu
bölgünün tanışlıqdan dərhal sonra qüvvəyə minəcəyini söyləmək)
aydınlaşdırmalıdır.
Kütlə qarşısında çıxışın vasitələri sırasında məhz məntiqi va
sitələri, isbat və dəlilləşdirmə metodlannı, faktik vasitələri, taktika
metodlannı, psixoloji üsullan, quruluş-kompozisiya və təşkilati-
metodik vasitələri, xüsusi üsullan və qeyri-verbal təsir üsullannı
müəyyənləşdirmək lazımdır.
Dostları ilə paylaş: |