Nitqin emosionallığı qanunu
Nitqin emosionallığının ümum-
ritorik qanunu danışandan nitqi ifadəli, təsirli söyləməyi tələb edir.
Lakin damşanın ifadə etdiyi emosiyaların səviyyəsi və qüvvəti ölçü
220
I
hissinə tabe edilməlidir, bu emosiyaların xarakteri isə dinləyicinin
xarakterinə və nitq vəziyyətinin xüsusiyyətlərinə uyğun olmalıdır.
Nitqin emosionallığı qanunu ifadə vasitələrinin köməyi ilə
tətbiq edilir, onların arasında əsas yeri metafora tutur. Natiq dil me
taforalarından (ay - gözəl haqqında, kaman- kiprik haqqında) yox,
canlı, parlaq obrazlardan, insanın mənəvi, emosional həyatındakı
təsvirlərdən istifadə etməlidir. Metafora təzə, yaradıcı olmalıdır.
Dinləyiciyə hörmət, ünsiyyətdən ləzzət almaq qanunu
Nati
qin camaat qarşısında istənilən çıxışı dinləyiciyə sevinc gətirməli,
ləzzət verməlidir. Bəs ritor nitq ünsiyyətini xoşagələn etməkdən
ötrü hansı vasitələrdən istifadə edir?
Bu, nitqin «oyun» ifadələri, yumor, poetik sitatlar, aforizmlər,
zarafatlar və sairdir. Ritorik vasitənin seçimi aşağıdakı məsələlərdən
asılıdır:
1) nitq vəziyyətinin xüsusiyyətlərindən (iştirakçılar kimlərdir,
onların arasında hansı münasibətlər mövcuddur, söhbət hansı
məsələyə həsr olunmuşdur);
2) danışanın şəxsi və fərdi xüsusiyyətlərindən (temperament,
xarakter);
3) milli nitq və ünsiyyət ənənələrindən (italiyalının nitq dav
ranışı üçün qabarıq ifadə olunan yaxınlıq strategiyası, ingilis üçün
isə kənarlaşma səciyyəvidir).
Nəticədə bir daha qeyd edək ki, ümumi ritorikanın dörd qanu
nu bir-biri ilə vahid məqsəddə - «dinləyici amili»nin nəzərə alın
masında birləşir.
6.2. K ütlə qarşısında çıxışın üm um i qay d aları
Nitqlərdə hər şey mühümdür: məzmun, intonasiya, şərhin tərzi,
jestlər, mimika. Yadda saxlamaq lazımdır ki, informasiyanın, təq
ribən, yarısı intonasiya vasitəsilə ötürülür. M üxtəlif şəkildə söylənən
eyni söz və ifadələr tamamilə əks nəticələrə gətirib çıxara bilər.
Kifayət qədər ucadan, aydın, ifadəli və anlaşıqlığı təmin etmək
üçün sadə danışmaq lazımdır. Nitq monoton olmamalıdır, amma
221
yuxugətirici «dalğalı» (yəni gah yüksək, gah yavaş səslə) da olma
malıdır. Çıxışın emosionallığı məzmuna uyğun olmalı və vəziyyəti
nəzərə almalıdır. Nitqin ucadan səslənməsinə çalışaraq səs tellərini
gərginləşdirmək lazım deyil, rezonatorlardan - səsi qüvvətləndirən
orqanlardan - ağız boşluğu, burun boşluğu, alın pərləri, döş qəfə
sindən istifadəni öyrənmək lazımdır.
Çıxış prosesində nəfəsi tənzimləmək üçün düzgün nəfəsalmanı
öyrənmək lazımdır. Hazırlıqsız adam nitq prosesində kəskin oksi
gen çatışmazlığından əzab çəkir; onun damarları şişir, üzü qızarır,
tərləyir, nəfəsi və nəbzi sürətlənir. Bu hallardan qaçmaq üçün səsin
və nəfəsin düzgün istifadəsi üzərində işləmək, lazımsız fasilələrə
yol vermədən, hiss edilmədən səslər arasında nəfəs almağı öyrən
mək lazımdır.
Ən yüksək səmərəlilik şərhin sadəliyi ilə uzlaşdırılmış nit
qin məntiqi perspektivini və aydınlığını təmin edən fikir və sözün
ahəngdarlığı ilə əldə olunur. Şərh nə qədər quru və mücərrəd olur
sa, onun emosionallığı o qədər az və qavranılması o qədər zəif olur.
Lakin emosionallıq yalnız xarici təzahürlərlə məhdudlaşmır,
daxili güc və inam da mühüm məsələdir, onlar isə yalnız işgüzar
zərurətdən doğan söz demək tələbatı ilə möhkəmləndirilə bilər. Nə
sihət və öyüdlər yolverilməzdir, auditoriyaya yaltaqlanmaq da olmaz.
Nitq hazırlığının əsas mərhələləri:
1) nitqin məqsədlərinin müəyyən edilməsi;
2) auditoriya və vəziyyətin təhlili;
3) nitqin predmetinin seçilib məhdudlaşdırılması;
4) material toplanması;
5) nitqin planının tərtib edilməsi;
6) nitq üçün sözlərin seçilməsi;
7) ucadan söyləmənin təcrübə edilməsi.
Danışan onun auditoriyasım təşkil edəcək adamları nəzərə al
malıdır. Auditoriyadakılann təhsili, peşəsi, yaşı haqqında anlayış
lar yalnız ilkin məlumatlardır. Onlar dinləyicini danışılanla maraq
lanan həmsöhbətə çevirməyə kömək edər.
İnsanlar danışıq zamanı onlara tərəfdaş kimi şəxsən müraciət
edilməsini xoşlayırlar. Natiqin rahat duruşu, auditoriadakılann
222
gözlərinə baxmaq bacanğı, intonasiyanın çevildiyi və səmimiliyi,
zarafatlar və bir çox başqa məsələlər rahatlıq və ahəngdarlıq duy
ğusu, dinləyicilərdə inam yarada bilər.
Şübhəsiz, dinləyicilərin diqqəti bütün nitq boyu bizdə olmalı
dır, lakin onu lap nitqin başlanğıcından qazanmalıyıq.
Natiqlərin
Dostları ilə paylaş: |