Suallara necə cavab verməli
Sualların növləri
• Neytral, adətən məlumat, yaxud aydınlaşdırma tələb edən;
• Dostyana, deyilənə münasibəti dəyişdirən (məsələn: «De-
diklərinizlə razıyam, amma biz nə edə bilərik?»);
• Antaqonist (düşməncəsinə). Adətən mübahisənin proloqu,
yaxud sizin dediklərinizlə razılaşmamağı bildirir («Siz düşünür
sünüz ki...»).
Suallara cavab zamanı aşağıdakıları nəzərə alın:
Təşəxxüslü görkəm almayın. Suallara sakitcə, dəqiq cavab
verin. Əgər sual verənə təkəbbürlü münasibət göstərsəniz, bütün
auditoriyanı öz əleyhinizə qaldıra bilərsiniz.
Neytral və dostyana suallan sadəcə informasiya verməklə ca
vablandırın.
Düşməncəsinə suallar verənlərə onların niyə hər şeyə belə
münasibət bəslədiyini başa düşdüyünüzü göstərin, şəxsən onlara
qarşı heç bir mənfi münasibətiniz olmadığını və ümumi dil tapmaq
istədiyinizi bildirin. Qoy sizin cavabınızın giriş hissəsi, məsələn,
belə səslənsin: «
M ən bilirəm ki, bu fa ktla rla barışm aq çətindir, la
kin sübutlar var. O nları sizin üçün təkrar edə bilərəmmi?»
Sualı diqqətlə dinləyin.
Sualı düz başa düşdüyünüzə əmin olmaq və hər bir dinləyicinin
də onu eşitməsi üçün təkrar edin, yaxud başqa formada söyləyin.
Həm sualdakı, həm də verəcəyiniz cavabda səslənəcək termin
lərin tərifini verin.
Əgər ehtiyac varsa, sualı bir neçə hissəyə ayınn və hər bir
hissəyə ayrılıqda cavab verin.
Qısa və mahiyyətinə görə cavab verin. Düzünü deməyə çalı
şın. Yeni heç nə əlavə etməyin.
Əgər sual verən sözünüzü kəsirsə, fasilə verin və onun sözünü
bitirməsinə imkan yaradın, sonra öz cavabınıza davam edin, lakin
onun sizi əsas məsələdən yayındırmasına imkan verməyin.
Əgər insan yenə də sizin sözünüzü kəsməkdə davam edirsə,
mübahisə etməyin. Lakin çalışın cavabı başa çatdırasınız. Sizin
dinləyiciləriniz onun kobudluğunu görərək sizin tərəfinizi tutacaqlar.
262
Əgər siz sualı artıq cavablandırmışsınızsa, amma yenə həmin
sualı verirlərsə, dinləyicilərdən kifayət qədər dolğun cavab verib-
vermədiyinizi soruşun.
Əgər onların cavabı müsbət olarsa, digər suala keçin. Yalnız
bir sualı cavablandırın.
Əgər sual verən bir dəfəyə bir neçə sual verirsə, ondan han
sının daha əsas olduğunu soruşun və həmin sualı cavablandırın.
Hansı sualın cavabını daha yaxşı bilirsinizsə, ona daha ətraflı ca
vab verin.
Əgər sualda yalan informasiya mövcuddursa (məsələn: «Sizin
şirkətiniz əməkdaşları işdən çıxarır...»), bu faktı düzəldin, sonra
suala cavab verin. Sual səhv informasiyadan qaynaqlandığı üçün,
adətən, bu məsələ ilə bağlı daha sual olmur.
Cavablan öz nitqinizlə əlaqələndirin (məsələn: «Bayaq qeyd
etdiyim kimi...»).
Əgər sual mübahisəlidirsə, ona birbaşa, öz mövqeyinizi
müdafiə edərək cavab verin.
Sual verənə nitq söyləməyə imkan verməyin. Onu dayandınn
və sualın nədən ibarət olduğunu soruşun.
Əgər kimsə sualını formalaşdırmaqda çətinlik çəkirsə, ona
kömək edin.
Jarqon, xüsusi termin və ixtisarlardan istifadə etməyin.
Başqalarının nitqinizə müdaxiləsinə, yaxud fikirlərinizi ifadə
etməsinə (məsələn: «Deməli, siz belə hesab edirsiniz ki...») yol
verməyin. Dediyinizi təkrar, daha aydın şəkildə ifadə edin.
Tələsik vədlər verməyin.
Suallar üçün ayrılmış vaxtı bir və ya iki nəfərin zəbt etməsinə
yol verməyin.
N itqinizi yarım çıq kəsən suallar olduqda:
• Fasilə verin, sözünüzü kəsən adamın səsini batırmağa çalış
mayın;
• Əgər müəyyən bir əsas varsa, sizə söylənilən faktlarla razı
laşın;
• Sözünüzü kəsənlərə sonra, ayrılıqda söhbət aparmağı təklif
edin;
263
• Dinləyicilərə sizə nitqinizi tamamlamağa mane olan şəxsi
sakitləşdirməyə imkan verin;
• Polemikaya girişməyin, sakit və obyektiv olaraq qalın;
• «Yara almağa» hazır olun, ancaq yaralandığınızı bildirmə
yin;
• Heç vaxt sual verilməsini xahiş etməyin. Əgər suallar bitibsə,
öz yekun sözünüzü təkrar edin. Əgər bunu etməsəniz, dinləyicilər
gedərkən sonuncu eşitdiklərini - son suala cavabı xatırlayacaqlar.
Dostları ilə paylaş: |