Mənfi münasibətə köklənmiş auditoriya qarşısında çıxış
«Mürəkkəb» auditoriya qarşısında çıxışdan əvvəl müvafiq
şəkildə hazırlaşmaq lazımdır. Özünüzü istənilən vəziyyətdə özü-
nənəzarəti qoruyub saxlamağın vacibliyinə inandırmaq və əvvəl
dən axıradək bu inamı qorumaq çox vacibdir. Bu, bütün çıxış müd
dətinə aid olmalıdır.
Auditoriyanın çıxışınıza «neqativ» münasibəti zamanı da sa
kitliyinizi qoruyub saxlayın. Düşünülməmiş hərəkətlərə yol ver
məməyə çalışın.
Dinləyicilərin çıxışınıza mənfi reaksiyası zamanı məsləhət
görülmür:
• Mübahisə etmək;
• Məntiqə, yaxud sağlam düşüncəyə müraciət etmək (hisslər
onlara tabe olmur);
• Onlara özlərini necə aparmaq barədə məsləhət, yaxud göstə
riş vermək;
• Əmr vermək;
• Ələ salmaq;
• Utandırmaq;
• Onları nəzərə almamaq, maraqlarına əhəmiyyət vermədən
öz dediyini demək;
• Onların davranış motivlərini soruşmaq;
• Hücuma hücumla cavab vermək;
• «Əsəbləri ilə oynamaq».
Həmçinin yadda saxlamaq lazımdır ki, dinləyicilərə birbaşa
təzyiq etmək təşəbbüsü zamanı onlar cavabında istehza ilə gülə,
264
hədələrinizə acı cavab verə, onlara ünvanlanan «moizənizi»,
nəsihətlərinizi nəzərə almaya bilər, tənqid, yaxud ittihama eyni hə
rəkətlə cavab verə bilərlər.
Auditoriyanın çıxışınıza m ənfi m ünasibəti zam anı aşağıdakı
ölçüləri götürm əyə çalışın.
Öz məqsəd və mövqelərinizi əvvəlcədən müəyyənləşdirin.
Qeyri-müəyyənlikdən qaçın. Dediyiniz hər söz sizin özünüz üçün
aydın və inandırıcı olmalıdır.
Qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün fikirlərinizi
cəmləşdirin. «Hər şeyi işin gedişində düşünəcəyəm» fikri ilə özü
nüzü aldatmayın. İstənilən ekspromt ətraflı düşünülməlidir.
Çıxışınızın ən sanballı
dəlilini hazır saxlayın və
çətin
dəqiqələrdə
ondan istifadə edin.
Faktlara əsaslanın. Suallar sizi çaşdırmasın deyə, evdə hazır
laşın. Hazırlıq vaxtı sizə verilə biləcək daha çətin sualları yazın
və onlara cavab hazırlayın. Cavablarınızı kasetə, yaxud diktofona
yazın və sonra onlara necə cavab verdiyinizi dinləyin.
Psixoloji oyunlardan çəkinin. Sizə tapm aca-sual vermələrinə
icazə verməyin. Verilən sualları konkretləşdirmələrini xahiş edin.
Əgər verilən məlumatın dəqiqləşdirilməyə ehtiyacı varsa, bunu
söyləyin. Sonra təshih edin.
Cəsarətli və düşünülməmiş cavablar verməyin. Sual çox çətin
olmasa da, onu cavablandırmazdan əvvəl fasilə verin. Vaxt qazan
maq üçün verilən sualı yazmaq da mümkündür.
Sualın, yaxud atmacamn təhrikedici olduğunu başa düşsəniz,
sakitliyinizi və özünənəzarəti qoruyub saxlayın; özünüzü 10-a
qədər saymağa məcbur edin, sonra düşünülmüş və ölçülüb-biçil
miş cavab verin.
Çox uzun danışmayın, geniş cavablar verməyin.
Cavablar üçün vaxt çərçivəsi müəyyənləşdirin. Artıq sualı ca
vablandırdığınızı bildirən «Başqa sual varmı?» ifadəsindən istifadə
edin.
Cavablandırıb qurtardığınız suala qayıtmayın. Dinləyicilər
içərisində sizi artıq izah etdiyiniz məsələyə qaytarmaq istəyən in
sanlar ola bilər. Buna yol verməyin. Belə söyləyin: «Biz artıq bu
265
sualı müzakirə etmişik, indi digər suala keçək». Bu suala fərdi qay
dada, çıxışınız bitdikdən sonra daha ətraflı cavab verəcəyinizi vəd
edə bilərsiniz.
Suallara cavab verərkən doğru olun. Hər bir dinləyiciyə hörmətlə
yanaşın. Suala görə təşəkkür edin və maraqlı olduğunu söyləyin.
Əgər səhvə yol vermişsinizsə, bunu etiraf edin.
Öz maraqlarınızı etiraf etməkdən qaçmayın (əgər onları au
ditoriyada ifadə etməyi mümkün hesab edirsinizsə), xüsusilə əgər
böyük auditoriya qarşısında çıxış edirsinizsə, bu sizə etibar qazan
maqda kömək edər.
Müzakirə edilən mövzudan kənara çıxmayın. Cavablarınız
onun mahiyyətinə uyğun olmalıdır.
Sizə lazım olmayan diskussiyanın yaranmasına yol verməyin.
Sizə aid atmacaları diqqətlə dinləyin.
Düşmən münasibət və hisslərlə üzləşdikdə, lazımi intonasi
yanı tapmaq çox vacibdir. Sarkazmlı yumordan, yaxud müdafiə
tərzindən, auditoriyanın ünvanına istehza və təhqirlərdən çəkinin.
Auditoriyanı sakitləşdirmək məqsədilə istifadə edəcəyiniz
cümlələri diqqətlə seçin.
Səs-küy içərisində damşmağa çalışsanız, aşağıdakıları deyə
bilərsiniz: «əgər otaqda sakitliyi bərpa edib, sizi eşitməyimə kö
mək göstərsəniz, çox minnətdar olardım». Belə bir replika öz hör
mətinizi saxlamağa və söhbət edənləri təhqir etməməyə imkan
verər.
Diskussiyada üstünlüyü əldə etməyə çalışan bir dinləyici var
sa, belə bir cümlədən istifadə etmək olar: «Sizə təşəkkür edirəm...
Lakin gəlin başqalarının da fikrini dinləyək. İnanıram ki, hamının
fikri diqqətəlayiqdir». Beləliklə, auditoriyanın etibarını qazanmaq
mümkündür.
Kiminsə auditoriyaya mənfi təsir göstərmək təşəbbüsləri olar
sa, dinləyicilərə belə müraciət etmək mümkündür: «Güman edirəm
ki, hər kəs müzakirə edilən mövzuya şəxsi qiymətini vermək hüqu
quna malikdir. Yalnız faktları nəzərə almaq və birgə iş qaydalarına
əməl etmək lazımdır». Auditoriyanın yaxşı münasibətini yalnız bu
yolla qazanmaq mümkündür.
266
Danışanın çox əsəbiləşdiyini gördükdə sözünü kəsməyin, ona
sözünü tamamlam ağa və qəzəbini söndürməyə imkan verin. D a
nışan sözünü başa çatdırdıqda, ona hissləri haqqında birbaşa sual
verin: «Siz hirslənirsiniz? Sizi başa düşmək olar. Gəlin vəziyyəti
düzəltmək üçün nə etmək mümkün olduğunu birlikdə nəzərdən
keçirək». Bu adamın hisslərini qəbul etməklə siz auditoriyanı öz
tərəfinizə çəkmiş olursunuz.
Çıxışınıza fəal şəkildə mane olurlarsa, birbaşa auditoriya
ya m üraciət etmək olar: «Daim sözümü kəsirlərsə, mən fikrimi
cəmləyə bilmirəm».
Ünvanınıza yönəldilən ittiham lar zamanı qarşı tərəfin söylə
diklərinə neytral cavab verm ək olar: «Bu mövzu çoxtərəflidir...»,
«İttihamlarınızın mahiyyətinə aydınlıq gətirək...»
Zalda səs-küy olduqda və dinləyicilərin çıxışa marağı ol-
madıqda diqqətin bu şəkildə davranışın nəticələrinə yönəldilməsi
kömək edə bilər: «Səs-küyün bu səviyyəsi sizə əsas məsələni
söyləməyimə imkan verməyəcək».
Ən nəhayət, əgər çıxışınızı sözün əsl mənasında pozurlarsa,
«cavab zərbəsi»ndən də istifadə etmək mümkündür: «Siz mənə
böhtan atdınız», «Belə sözlər eşidərkən sakit danışmaq çox çə
tindir». Belə cavablar dinləyicilərə sizin bu anda hansı hisslər
keçirdiyinizi bilm ək imkanı verir. Lakin hisslərinizi həddindən
artıq şişirtmək və çox emosional olmaq lazım deyil. Belə hal
larda özünənəzarəti qorumaq, qətiyyətlə və aydın danışmaq
xüsusilə vacibdir. Beləliklə siz auditoriyaya səmimi və dürüst
danışdığınızı və sizə hörmətlə yanaşılmasını istədiyinizi nüm a
yiş etdirmiş olursunuz. Siz vəziyyəti bütünlüklə idarə etdiyinizi
göstərməlisiniz.
H ər bir çıxışı xoş əhvalla bitirin, nitqinizin müsbət anla
rını təkrar edin və onların auditoriyanın m araqlan ilə əlaqəsini
göstərin.
267
8.2. Diskussiya
Bir-birinə zidd fikirlərin mübadiləsini və öz mövqeyinin müda
fiəsini göstərmək üçün dildə aşağıdakı həmcins anlayışlardan istifadə
olunur: diskussiya, mübahisə, disput, polemika, müzakirə, debat.
Bu sinonimlər cərgəsində bütöv bir janr qrupunu- dəlillərlə
əsaslandırılmış dialoqu göstərmək üçün istifadə olunan «müba
hisə» sözü neytraldır.
Dostları ilə paylaş: |